지문
Bir parça çörək
빵 한 조각
Eldar quzuları otarmağa aparmışdı.
엘다르는 그의 새끼 양들을 풀을 먹이기 위해 데려갔습니다.
Günorta o, çantasından təndir çörəyi ilə pendir çıxarıb yeməyə
başladı.
점심에 그는 가방에서 구운 빵과 치즈를 꺼내서 먹기 시작했습니다.
Alabaş bunu görüb quyruğunu buladı.
알라바쉬는 이것을 보고 꼬리를 쳤습니다.
O da yemək istəyirdi.
그도 먹고 싶었습니다.
Eldar bir əlindəki çörəyə, bir də itə baxdı.
엘다르는 한 손에 있는 빵을, 한 번은 개를 보았습니다.
Düşündü ki, çörəyim azdır, özümə ancaq çatar.
그는 '내 빵은 적고, 내게만 적당해'라고 생각했습니다.
O, iti aldatmaq istədi.
그는 개를 속이고 싶었습니다.
Əlindəki çörəyi Alabaşa tərəf uzatdı.
손에 있는 빵을 알라바쉬를 향해 뻗었습니다.
İt elə bildi ki, Eldar ona çörək verir.
개는 엘다르가 그에게 빵을 준다고 그렇게 알았습니다.
Hoppandı.
그는 껑충 뛰었습니다.
Ancaq Eldar əlini geri çəkib güldü.
그러나 엘다르는 손을 뒤로 빼며 웃었습니다.
O, iti yenə aldatmaq istədi.
그는 개를 다시 속이고 싶었습니다.
Bu dəfə çörək əlindən çıxıb düz Alabaşın qabağına düşdü.
이때 빵은 손에서부터 나와 바로 알라바쉬의 앞에 떨어졌습니다.
Ancaq Alabaş ağıllı it idi.
그러나 알라바쉬는 현명한 개였습니다.
Çörəyə yaxın gəlmədi.
빵에 가까이 오지 않았습니다.
Sakit-sakit Eldara baxır, elə bil deyirdi:
그는 조용히 조용히 엘다르를 보며, 이렇게 알라고 말하고 있었습니다.
"Mən sənin kimi deyiləm.
"나는 너와 같지 않아.
Götür, özün ye.
가져가, 네가 먹어.
İstəsən, bir parça da mənə ver".
원한다면 한 조각 내게도 줘."
단어
parça 조각 çanta 가방 otarmaq 풀을 먹이다 quyruq 꼬리 bulamaq 흔들다
tərəf 방향, 쪽 hoppanmaq 껑충뛰다 geri 뒤로 geri çəkmək 빼내다, 뒤로
돌리다 düz 곧장, 곧바로, 바로 qabaq 앞 sakit 조용히, 조심스럽게
=====
지문
Pis rəsm
나쁜 그림
Rəsm dərsində müəllim dedi:
미술 시간에 선생님께서 말씀하셨습니다.
- Nə istəyirsiniz çəkin.
"너희들이 무엇을 원하든 그리거라."
Biz çəkməyə başladıq.
우리들은 그리기 시작했습니다.
Mən ayı balası çəkdim.
저는 새끼 곰을 그렸습니다.
Parta yoldaşım ev çəkirdi.
나의 짝꿍은 집을 그리고 있었습니다.
Çingiz isə sinfimizin şəklini çəkməyə başladı.
칭기즈는 우리들의 교실의 그림을 그리기 시작했습니다.
Şəkil lap qiyamət çıxdı!
그림은 매우 좋게 나왔습니다!
Sinfimizdə müəllimin stolunun bir ayağı əyilib, Çingizin çəkdiyi şəkildə
də bu belə idi.
우리들의 교실에서 선생님의 책상의 한 다리가 기울어졌고, 칭기즈가 그린
그림에도 이게 이랬습니다.
Bizdə silgi yazı lövhəsinin altına düşüb, şəkildə də o, yerdədir.
우리들의 것에서 걸레가 칠판 앞에 떨어졌고, 그림에서도 그것은 땅에
있습니다.
Biz düşünürdük ki, müəllim bu işi bəyənəcək.
우리들은 선생님께서 이 일을 좋아할 것이라고 생각했습니다.
Amma o, şəklə baxıb başını buladı:
그러나 그는 그림을 보고 머리를 흔들었습니다.
- Pisdir, çox pisdir!
"나쁘구나, 매우 나쁘구나!"
- Necə yəni pisdir, axı hər şey olduğu kimi təsvir edilib, - deyə mən
heyrətlə soruşdum.
"왜 그러니까 나쁜가요, 모든 것이 있는 대로 묘사했잖아요"라고 저는 놀라서
질문했습니다.
Müəllim dedi:
선생님께서 말씀하셨습니다.
- Çingizin çəkdiyi şəkil, əlbəttə, yaxşıdır.
"칭기즈가 그린 그림, 물론, 좋단다.
Ancaq deyə bilərsiniz, mən onu niyə bəyənmədim?
그러나 여러분들은 말할 수 있나요, 제가 그것을 왜 좋아하지
않았을까요?"
Biz hamımız diqqətlə şəklə baxdıq.
우리들 모두 주의깊게 그림을 보았습니다.
Şəkil çox xoşumuza gəldi.
그림은 매우 우리들의 마음에 들었습니다.
Hər şey çox oxşar idi.
모든 것이 매우 비슷했습니다.
Bizdə də bəzi partaların üstü cızıq-cızıq idi, şəkildə də.
우리들에게도 몇몇 책상 위에 금이 있었고, 그림에도 그랬습니다.
Biz çiyinlərimizi çəkdik, müəllim isə dedi:
우리들은 어깨를 으쓱했고, 선생님께서는 말씀하셨습니다.
- Çingizin çəkdiyi şəkil sizin sinfinizə olan münasibətinizi göstərir.
Elə deyilmi?
"칭기즈가 그린 그림은 너희들의 교실에 있는 너희들의 관계를 보여준다.
그렇지 않니?"
Biz bir qədər susduq.
우리는 잠시 침묵했습니다.
Sonra mən dedim:
그 후 제가 말했습니다.
- Elədir.
"그래요.
O göstərir ki, biz öz sinfimizə pis baxırıq.
그는 우리들 자신의 교실을 나쁘게 관리하고 있는 것을 보여주고
있어요."
Dərsdən sonra hamımız sinifdə qaldıq.
수업 후 우리들 모두 교실에 남았습니다.
Otağımızı səliqəyə saldıq.
우리들은 우리들의 방을 정돈했습니다.
Sonra Çingiz sinfimizin yeni şəklini çəkdi.
그 후 칭기즈는 우리들의 교실의 새로운 그림을 그렸습니다.
Bu şəkil, həqiqətən, gözəl idi.
이 그림은, 정말로, 아름다웠습니다.
단어
rəsm 그림 parta 학교 책상 parta yoldaşı 짝꿍 əyilmək 비뚤어지다,
기울어지다 silgi 넝마, 걸레 yazı lövhəsi 칠판 bəyənmək 좋아하다 yəni
그러니까 heyrət 놀람 xoşuna gəlmək 마음에 들다 cızıq 선 çiyin 어깨
çiyinlərini çəkmək 어깨를 으쓱하다 münasibət 관계 səliqəyə salmaq
정리하다, 정돈하다
=====
지문
Almalar
사과들
İlkin məktəbə gecikmişdi.
일킨은 학교에 지각했습니다.
O, sinfin qapısını döyüb içəri keçdi.
그는 교실의 문을 두드리고 안으로 들어갔습니다.
Müəllim soruşdu:
선생님께서 물어보셨습니다.
- İlkin, oğlum, nə üçün gecikmisən?
"일킨, 내 아이야, 왜 늦었니?"
İlkin çantasından beş alma çıxarıb müəllimin stolunun üstünə qoydu və
dedi:
일킨은 가방에서 사과 5개를 꺼내 선생님 책상 위에 놓고 말했습니다.
- Müəllim, metrodan çıxıb avtobusa minmək istəyirdim.
"선생님, 전철에서 나와서 버스를 타고 싶었어요.
Bu vaxt avtobusdan düşən qoca bir nənənin ayağı sürüşdü.
그때 버스에서 내리는 나이 든 한 할머니의 발이 미끄러졌어요.
Onun əlindəki səbətdən almalar yerə töküldü.
그녀의 손에 있는 광주리에서 사과들이 땅으로 쏟아졌어요.
Almaları səbətə yığdım.
저는 사과들을 광주리에 모아드렸어요.
Nənə bir neçə almanı mənə verib dedi:
할머니께서는 사과 몇 개를 제게 주시며 말씀하셨어요.
- Nənəyə kömək etdiyin üçün sağ ol.
'할머니께 도움을 드린 것 때문에 고맙다.
Bu almaları da götür.
이 사과들도 가지고 가라.
Öz bağımızdandır, yoldaşlarınla yeyərsən.
내 자신의 우리들 정원에서 나온 것이란다, 친구들과 먹거라."
Müəllim gülümsünüb dedi:
선생님께서는 미소지으시며 말씀하셨습니다.
- Oğlum, sən düzgün hərəkət etmisən.
"아이야, 너는 올바른 행동을 했구나.
Qocalara, yaşlılara, xəstələrə kömək etmək lazımdır.
노인들에게, 나이든 사람들에게, 환자들에게 도움을 드려야 한단다."
단어
gecikmək 늦다, 지각하다 döymək 노크하다 minmək 타다 qoca 나이 든, 늙은
sürüşmək 미끄러지다 səbət 광주리, 바구니 tökülmək 치다, 들이받다,
떨어져나가다, 쏟아지다 xəstə 아픈, 편찮은, 몸이 좋지 않은 hərəkət 행동
düzgün 올바른, 정직한, 바른
댓글 쓰기