아제르바이잔 아제르바이잔어 과목 교과서 2012년 1학년 06 카라바흐

아제르바이잔 아제르바이잔어 과목 교과서 2012년 1학년 06 카라바흐



지문


8 Mart
3월 8일

Martın 8-i idi.
3월 8일이었습니다.

Solmaz, Ceyhun və Gülnar parkda görüşdülər.
솔마즈, 제이훈과 귈나르는 공원에서 만났습니다.

Ceyhun dedi:
제이훈이 말했습니다.

- Mən bu gün paltarımı özüm geyindim.
"나는 오늘 옷을 스스로 입었어.

Anama əziyyət vermədim.
내 어머니께 걱정을 드리지 않았어."

- Mən isə səhər yeməyimi özüm hazırladım, - deyə Gülnar qürrələndi.
"나는 아침식사를 스스로 준비했어"라고 귈나르가 말하며 으스대었습니다.

- Anamı belə təbrik etdim.
"내 어머니를 이렇게 축하해드렸어."

Uşaqlar Solmaza baxdılar.
아이들은 솔마즈를 보았습니다.

O, yavaşca dilləndi:
그는 천천히 말했습니다.

- Mən səhər oyanan kimi anamın üzündən öpdüm.
"나는 아침에 새싹처럼 어머니의 얼굴에 뽀뽀했어."

- Elə bu? - Ceyhunla Gülnar bir ağızdan soruşdular.
"그거?" 라고 제이훈과 귈나르가 이구동성으로 물었습니다.

- Hə də...Axı mən hər gün paltarımı özüm geyinirəm.
"에...결론적으로 나는 매일 내 옷을 스스로 입어.

Səhər yeməyini də özüm hazırlayıram.
아침 식사도 스스로 준비해."

단어


əziyyət 걱정, 근심 əziyyət vermək 부당하게 괴롭히다, 희생시키다 qürrələnmək 으스대다, 자랑하다 təbrik 축하 təbrik etmək 축하하다 yavaşca 천천히 oyanan 새싹 öpmək 뽀뽀하다 bir ağız 이구동성으로

=====

지문


Beş dəqiqə
5분

Səidənin yatmaq vaxtı çatmışdı.
새이대가 누울 사간이 임박했습니다.

Ancaq o, ayısı ilə oynamaq istəyirdi.
그러나 그는 그의 어머니와 함께 놀고 싶었습니다.

Anası dedi:
그의 어머니가 말했습니다.

- Yaxşı, Səidə, beş dəqiqə də oyna, gedək.
"좋아, 새이대, 5분 놀아라, 가자."

- Anacan, beş dəqiqə nə qədər vaxtdır?
"어머니, 5분은 얼마나 긴 시간이죠?"

- Quzum, xəstələnəndə qoltuğuna termometr qoyurduq ha...
"귀염둥이야, 아플 때 겨드랑이에 체온계를 두고 있었지...

Yadına gəlir nə qədər saxlayırdıq?
보거라, 얼마나 우리들이 보관했었지?

Beş dəqiqə o qədər vaxtdır.
5분은 그 정도 시간이란다."

Səidə ayısı ilə yenicə oynamağa başlamışdı ki, ana qayıtdı:
새이대는 그녀의 누나와 다시 놀기 시작했고, 어머니께서 돌아오셨습니다.

- Gedək yatmağa.
"자러 가라."

- Yox, hələ beş dəqiqə keçmədi.
"아뇨, 아직 5분 지나지 않았어요."

- Keçdi, quzu bala, beş dəqiqədən də çox keçdi.
"지났다, 귀여운 아이야, 5분에서 많이 지났어."

Səidə təəccüb elədi.
새이대는 놀랐습니다.

Axı o, az oynadı.
결국 그녀는 조금 놀았습니다.

Vaxt ona çox az göründü.
시간은 그녀에게 매우 적어보였습니다.

- Anacan, niyə termometri qoltuğuma qoyanda beş dəqiqə çox görünür, oynayanda isə az?
"엄마, 왜 온도계를 겨드랑이에 두었을 때 5분은 많아 보이는데, 놀 때는 짧아요?"

단어


dəqiqə (시간) 분 çatmaq 임박하다 quzum 귀염둥이 xәstәlәnmәk 아프게 되다, 아프다 qoltuq 겨드랑이 termometr 온도계, 체온계 yada gəlmək 보다 quzu 새끼 양

=====

지문


Əkiz bacılar
쌍둥이 소녀들

Nigar və Nərgiz əkiz bacıdırlar.
니가르와 내르기즈는 쌍둥이 소녀들입니다.

Ad günündə onlara çoxlu hədiyyə gətirdilər.
그들의 생일에 그녀들에게 많은 선물을 주었습니다.

Nərgizə həm də nərgizgülü bağışladılar.
내르기즈에게도 수선화를 주었습니다.

Nigar ağladı:
니가르가 칭얼거렸습니다.

- Bəs mənə niyə nigar gülü bağışlamırlar?
"그런데 내게 왜 니가르 꽃을 주지 않나요?"

Anası dedi:
그녀의 어머니께서 말씀하셨습니다.

- Qızım, hər adamın adı gül adı olmur.
"내 딸아, 모든 사람의 이름이 꽃 이름이 아니란다."

Nərgiz isə dedi:
내르기즈가 말했습니다.

- Bacı, qoy mənim gülüm ikimizin də gülü olsun.
"얘야, 내 꽃을 우리 둘 모두의 꽃으로 하자."

단어


əkiz 쌍둥이 hədiyyə 선물 nərgizgülü 수선화 bağışlamaq 바치다 ağlamaq 칭얼거리다, 울다, 항의하다 qoy ~하자

문법


- 'qoy...동사 희구형'은 '~하자'라는 의미다.

=====

지문


Qarabağ
카라바흐

Qarabağ Azərbaycanın ən gözəl guşələrindən biridir.
카라바흐는 아제르바이잔의 가장 아름다운 변방들 중 하나입니다.

Onun uca dağları, yamyaşıl meşələri var.
그곳에 높은 산들, 새파란 숲들이 있습니다.

Qədim Şuşa qalası, İsa bulağı, Cıdır düzü dillər əzbəridir.
오래된 슈샤 성, 이사 우물, 즈드르 평지는 사람들에게 잘 알려져 있습니다.

Bu diyar həmişə şairlər, bəstəkarlar, müğənnilər diyarı olub.
이 지역은 모두 시인들, 작곡가들, 가수들의 고장이 되었습니다.

Artıq neçə ildir ki, Qarabağ ermənilər tərəfindən işğal olunub.
몇 년이 넘도록 카라바흐는 아르메니아인들에 의해 점령되었습니다.

Xain düşmən tarixi abidələrimizi talan edib.
간교한 적은 우리들의 역사적인 기념물들을 약탈했습니다.

Məscidləri dağıdıb.
그들은 모스크들을 파괴했습니다.

Lakin igid oğullarımız Qarabağı mütləq azad edəcəklər.
그러나 우리들의 용감한 아들들은 카라바흐를 완벽히 해방시킬 것입니다.

Azərbaycanın bayrağı yenidən Şuşa qalasında dalğalanacaq.
아제르바이잔의 깃발은 다시 슈샤 성에 펄럭일 것입니다.

단어


uca 높은 yamyaşıl 매우 푸른 bulaq 우물, 분수 düz 평지 dillər əzbəri 사람들에게 잘 알려진 diyar 지역, 시골 şair 시인 bәstәkar 작곡가 müğәnni 가수 işğal 점령, 정복 xain 교활한, 간교한, 사악한 tarixi 역사적인 abidә 기념물 talan 약탈, 강탈 mәscid 모스크 dağıtmaq 파괴하다 igid 용사, 전사 mütlәq 완벽한, 당연한 yenidәn 다시

=====

지문


Novruz Bayramı
노브루즈 명절

Hər il mart ayında xalqımız Novruz bayramını qeyd edir.
매해 3월에 우리 민족은 노브루즈 바이람을 기념합니다.

Baharın gəlişi ilə təbiət canlanır.
봄이 옮과 함께 자연이 깨어납니다.

Evlərdə səməni cücərdilir.
집에서 밀 싹이 싹틉니다.

Çərşənbə axşamları bayram süfrəsi açılır.
수요일 저녁은 명절 상차림이 열립니다.

Uşaqlar həyətlərdə tonqal yandırırlar.
아이들은 공터에서 모닥불을 피웁니다.

Bayram axşamına xüsusi hazırlaşırlar.
명절 저녁을 특별히 준비합니다.

Evlərdə xonçalar bəzədilir, bayram şamları yandırılır.
집에서 다양한 달콤한 것들이 놓인 쟁반들이 장식되고, 명절의 촛불들이 태워집니다.

Qızlar qulaq falına çıxırlar.
소녀들은 문 뒤에서 다른 사람의 말을 엿들으며 미래의 길흉을 점쳐봅니다.

Yumurta döyüşdürmək də bu bayramın adətlərindən biridir.
알을 서로 부딪히는 것도 이 명절의 풍습들 중 하나입니다.

Novruz bayramının ən əziz qonaqları Kosa və Keçəldir.
노브루즈 바이람의 가장 사랑스러운 손님들은 코사와 케챌입니다.

Onların zarafatları uşaqları əyləndirir.
그들의 재담들은 아이들을 신나게 합니다.

단어


canlanmaq 깨어나다, 살아나다 səməni 맥아, 엿기름, 밀 싹 cücərtmək 싹트게 하다 cücərdilmək 싹트다 çərşənbə 수요일 süfrə 상차림 həyət 정원, 공터 tonqal 모닥불, 캠프파이어 xüsusi 특별히 xonça 다양한 달콤한 것들이 놓인 쟁반 bəzədilmək 장식되다 qulaq falı 노브루즈 바이람때 여자들이 집 문에서 몰래 대화를 엿들으며 미래의 길흉을 점쳐보는 풍습. 좋은 말을 들으면 소원이 이루어지고, 나쁜 말을 들으면 불운이 찾아온다고 한다. yumurta 계란, 알 qonaq 손님 döyüşdürmək 1. 싸우다 2. 서로 충돌시키다 adət 풍습 zarafat 재담, 농담, 만담 əyləndirmək 아주 기쁘게 하다, 기운차게 하다, 신나게 하다

Post a Comment

다음 이전