아제르바이잔 러시아인 학교 아제르바이잔어 과목 교과서 2012년 11학년 21 신이 사람들을 웃게 하기 위해 창조한 인간

아제르바이잔 러시아인 학교 아제르바이잔어 과목 교과서 2012년 11학년 21 신이 사람들을 웃게 하기 위해 창조한 인간



지문


TANRI ONU İNSANLARI GÜLDÜRMƏK ÜÇÜN YARATMIŞDI
신은 그를 사람들을 웃게 하기 위해 창조하셨다

Deyilənlərə görə Lütfəli Abdullayev Bakıya gələndə artıq hazır komediya aktyoru imiş.
전해지는 바에 따르면 뤼트펠리 압둘라예프는 바쿠에 왔을 때 이미 준비된 희극 배우였습니다.

Şən zarafatları, ətrafındakıları asanlıqla ələ almaq bacarığı, insanlara isti münasibəti onu hələ gənc ikən sevdirmişdi.
즐거운 농담들, 주변 사람들을 쉽게 사로잡는 능력, 사람들에 대한 따뜻한 태도는 그를 아직 젊었을 때부터 사랑받게 했습니다.

Lütfəli Abdullayevin yaradıcı ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlı olmuşdu.
뤼트펠리 압둘라예프의 창조적 인생의 큰 한 부분은 아제르바이잔 국가 음악 희극 극장과 연결되어 있었습니다.

O, insanlara həmişə sevinc, bol-bol gülüş bəxş edirdi.
그는 사람들에게 항상 기쁨과 풍성한 웃음을 선사했습니다.

Bu onun təbiətindən doğan xüsusiyyət idi.
이것은 그의 천성에서 태어난 특징이었습니다.

İnsanlar öz əhvallarını yaxşılaşdırmaq üçün onu görməyə tələsirdilər.
사람들은 자신의 기분을 좋게 하기 위해 그를 보러 서둘렀습니다.

Tamaşalarında iynə atsan yerə düşməzdi.
그의 공연들에서는 바늘을 던져도 땅에 떨어지지 않았을 정도였습니다.

Lütfəli olduqca sadə və təvazökar insan idi.
뤼트펠리는 상당히 단순하고 겸손한 사람이었습니다.

Hamı ilə dil tapmağı bacarırdı.
그는 모두와 소통할 줄 알았습니다.

Onun tamaşalarına baxanlar deyirlər ki, elə bil heç səhnədə deyil, həyatın özündə idi.
그의 공연들을 본 사람들은 그가 마치 전혀 무대 위에 있는 것이 아니라, 삶 그 자체 속에 있었다고 말합니다.

"Beş manatlıq gəlin"də Möhsümü oynayırdı. Necə də təbii alınırdı. Amma o, öz tərəf müqabilini tapandan sonra daha da şöhrətləndi.
"5마나트짜리 신부"에서 그는 메흐쉼을 연기하고 있었습니다. 참으로 자연스럽게 이루어졌습니다. 그러나 그는 자신의 상대역을 찾은 뒤 더욱 명성을 얻었습니다.

Nəsibə xanım Lütfəli ilə uzun illər Musiqili Komediya Teatrının səhnəsində bərabər işləmişdi.
네시베 하늠은 뤼트펠리와 긴 세월 음악 희극 극장의 무대 위에서 함께 일했습니다.

Elə bil bu insanlar bir-birini tamamlayırdı.
마치 이 사람들은 서로를 완성해 주는 것 같았습니다.

Nəsibə xanım deyirdi ki, bəzən səhnədə elə vəziyyət yaranırdı ki, biz tamaşadan kənara çıxmalı olurduq.
네시베 하늠은 때때로 무대 위에서 어떤 상황이 형성되어 우리가 공연에서 벗어나야만 했다고 말했습니다.

Amma tamaşaçı bunu heç vaxt hiss etmirdi.
하지만 관객은 이것을 결코 느끼지 못했습니다.

Bəzən eyni tamaşanı günlərlə oynayırdıq.
때때로 우리는 같은 공연을 며칠 동안 연기했습니다.

Ancaq yorulmaq bilmirdik.
그러나 우리는 지칠 줄 몰랐습니다.

Çünki Lütfəlidə yaradıcılığa güclü stimul verən ilahi bir istedad var idi.
왜냐하면 뤼트펠리에게는 창작에 강력한 자극을 주는 신성한 재능이 있었기 때문입니다.

Nəsibə xanım onunla qastrol səfərlərindən də həmişə ürək dolusu danışırdı.
네시베 하늠은 그와 함께한 순회공연 여행들에 대해서도 항상 흡족하게 이야기했습니다.

Deyirdi ki, çox vaxt aktyorların pulu qurtaranda Lütfəlini qabağa salıb rayonlara qastrola gedirdik.
그녀는 자주 배우들의 돈이 다 떨어졌을 때 우리가 뤼트펠리를 앞세워 지방들로 순회공연을 갔다고 말했습니다.

Onu hər yerdə böyük hörmət və ehtiramla qarşılayırdılar.
사람들은 모든 곳에서 그를 큰 존경과 경의로 맞이했습니다.

"Toy kimindir?" tamaşasında ona Qoşun rolunu vermişdilər.
"결혼식은 누구의 것인가?" 공연에서 사람들은 그에게 고슌 역할을 주었습니다.

Bəşir Səfəroğlu ilə tərəf müqabili olduğu bu əsər uzun illər repertuardan düşməmişdi.
베쉬르 세페르오글루와 상대역이었던 이 작품은 긴 세월 레퍼토리에서 빠지지 않았습니다.

Doğrudan da, onun rollarına tamaşa edənlər uzun müddət bu xoş təəssüratdan ayrıla bilmirdilər.
실제로 그의 역할들을 관람한 사람들은 긴 시간 동안 이 좋은 인상에서 헤어날 수 없었습니다.

"Durna"dakı Dursun, "Gözün aydın"dakı Qəhrəman kimi rolları teatr tariximizdə öz yeri olan obrazlardandır.
"두르나" 속의 두르순, "축하해" 속의 게흐레만 같은 그의 역할들은 우리의 연극 역사 속에서 독보적인 위상을 차지하는 인물들에 속합니다.

Emin Sabitoğlunun "Hicran" tamaşasında Lütfəli Abdullayevin Mitoş rolu o dövr tamaşaçılarının xatirəsindən yəqin ki, heç vaxt silinməyəcək.
에민 사비트오글루의 "히즈란" 공연에서 뤼트펠리 압둘라예프의 미토슈 역할은 그 시대 관객들의 기억으로부터 아마도 결코 지워지지 않을 것입니다.

Lütfəli Abdullayevi Azərbaycanın məşhur sənət adamları ilə yaxın dostluq əlaqələri birləşdirirdi.
뤼트펠리 압둘라예프를 아제르바이잔의 유명한 예술인들과의 가까운 우정 관계들로 하나로 만들었습니다.

Xalq artisti Niyazi, xalq rəssamı Tahir Salahovla görüşləri həmişə sənət müzakirələri xarakteri alardı.
인민 예술가 니야지, 인민 화가 타히르 살라호브와의 만남은 항상 예술 토론의 성격을 띠곤 했습니다.

Lütfəli Abdullayev S.Ələsgərovun "Ulduz" musiqili komediyasında Məhəmməd rolunu böyük istedadla yaratmışdı.
뤼트펠리 압둘라예프는 S.엘레스게로브의 "울두즈" 뮤지컬 코메디에서 메헴메드 역할을 큰 재능으로 연기했습니다.

Onun həyat verdiyi Məhəmməd tamaşanın əsas qəhrəmanlarındandır və tamaşanın əsas süjet xətlərindən biri məhz Məhəmmədlə bağlıdır.
그가 생명을 불어넣은 메헴메드는 공연의 주요 인물들 중 하나이며, 공연의 주요 줄거리들 중 하나는 정확히 메헴메드와 연결되어 있습니다.

Sonradan bu əsər əsasında Ağarza Quliyev film də çəkmişdi.
나중에 이 작품을 바탕으로 아가르자 굴리예프가 영화도 찍었습니다.

Elə Məhəmməd rolunu da Lütfəli ifa etmişdi.
바로 그 메헴메드 역할도 뤼트펠리가 연기했습니다.

Bu filmdə o, tamaşada olduğu kimi, Nəsibə Zeynalova ilə tərəf müqabildir.
이 영화에서 그는 공연에서와 마찬가지로 네시베 제이날로바와 상대역입니다.

Nəsibə xanım bu filmdən danışarkən xatırlayırdı ki, filmdə bizim oyunumuz daha yaxşı alınıb.
네시베 하늠은 이 영화에 대해 이야기할 때 영화에서 우리의 연기가 더 잘 되었다고 회상했습니다.

Məhəmmədin düşdüyü situasiya, doğrudan da, çətindir.
메헴메드가 처한 상황은 진짜로 힘듭니다.

Keçmiş həyat yoldaşı Nazilənin onu qarabaqara izləməsi Məhəmmədi hər vaxt çıxılmaz vəziyyətə salır.
전처인 나질레가 그를 바짝 뒤쫓는 것은 메헴메드를 언제나 빠져나가지 못하는 상태로 몰아넣습니다.

O, kolxozda toyuq fermasının briqadiri Züleyxa ilə tanış olur və bu, onun həyatını dəyişir.
그는 집단 농장에서 양계장 작업 반장인 쥘레이하와 알게 되며 이것은 그의 인생을 바꿉니다.

Ancaq Nazilə burada da ona rahatlıq vermir.
하지만 나질레는 여기에서도 그에게 편안함을 주지 않습니다.

Lütfəli Abdullayev Məhəmmədi yüksək sənətkarlıqla bizə təqdim edir.
뤼트펠리 압둘라예프는 매헴메드를 높은 예술성으로 우리에게 선보입니다.

Onun Gülümsərovla münasibətləri də olduqca maraqlıdır.
그의 귈륌새로브와의 관계 또한 매우 흥미롭습니다.

Ancaq Lütfəli Abdullayev bu filmə qədər "Arşın mal alan"da Vəlinin rolunu yaratmışdı.
하지만 뤼트펠리 압둘라예프는 이 영화 전까지 "포목상"에서 벨리의 역할을 기했었습니다.

Bu film 1945-ci ildə Dövlət mükafatına layiq görülmüşdü və Vəli də belə yüksək mükafat alanlar sırasında idi.
이 영화는 1945년에 국가상을 수여받았고 벨리도 이러한 높은 상을 받는 수상자들 사이에 있었습니다.

Vəli komik obrazdır.
벨리는 코믹한 인물입니다.

Lütfəlini Rza Təhmasib filmə gətirmişdi.
뤼트펠리를 르자 테흐마시브가 영화계로 이끌었습니다.

Onun Vəlisi maraqlı rol idi.
그의 벨리는 흥미로운 역할이었습니다.

Vəli rolunu teatrda oynayanlar çox olub.
벨리 역할을 연극에서 연기한 사람들은 많았습니다.

Hətta, 1965-ci ildə yenidən çəkilən "Arşın mal alan"da həmin rolu Tələt Rəhmanov oynasa da, onu Lütfəlinin Vəlisi səviyyəsinə qaldırmaq mümkün olmamışdı.
심지어 1965년에 다시 촬영된 "포목상"에서 해당 역할을 텔레트 래흐마노프가 연기했음에도 불구하고, 그것을 뤼트펠리의 벨리 수준에 올려놓는 것은 가능하지 않았습니다.

Lütfəli Abdullayev 1956-cı ildə ekranlaşdırılan "O olmasın, bu olsun" filmində Qoçu Əsgərin köməkçisi Baloğlan rolunda çəkilmişdi.
뤼트펠리 압둘라예프는 1956년에 영화화된 "그것이 아니라면, 이것으로"라는 영화에서 고추 에스게르의 보조자인 발오글란 역할로 출연했습니다.

Onun bəyin evinin pilləkəni ilə qalxarkən yıxıldığı səhnəni, yəqin ki, xatırlayırsınız.
여러분은 그가 베이의 집 계단을 올라가다가 넘어지는 장면을 아마 기억하실 것입니다.

Necə miskin bir sifət alır.
그가 얼마나 처량한 표정을 짓는지 모릅니다.

Aktyor Baloğlanı çox təbii bir formada təqdim edir.
배우는 발오글란을 매우 자연스러운 모습으로 보여줍니다.

Elə filmdəki qonaqlıq səhnə-sini də xatırlasanız, Lütfəlinin aktyorluq məharətinin şahidi olarsınız.
여러분들이 바로 영화 속의 잔치 장면을 기억하신다면 뤼트펠리의 연기 기량을 목격하실 수 있을 것입니다.

"Əhməd haradadır?" filmində Lütfəli Abdullayevin çəkildiyi Zülümov onun maraqlı rollarından biridir.
"에흐메드는 어디에 있습니까?" 영화에서 뤼트펠리 압둘라예프가 출연한 줄뤼모프는 그의 흥미로운 역할들 중 하나입니다.

Rejissor Adil İsgəndərov Lütfəlini təsadüfən bu rola dəvət etməmişdi.
아딜 이스겐데로프 감독은 뤼트펠리를 우연히 이 역할에 캐스팅하지 않았습니다.

Zülümov tikinti təşkilatlarından birində direktorun köməkçisi vəzifəsində çalışır.
쥘뤼모프는 건설 조직들 중 한 곳에서 관리자의 보조자 직책으로 근무합니다.

Oğlanlarını axtarmağa gələn valideynləri qarşılayarkən onun düşdüyü vəziyyət aktyorun yüksək peşəkarlığının məhsulu idi.
아들들을 찾으러 온 부모들을 맞이할 때 그가 빠진 상황은 배우의 높은 전문성의 산물이었습니다.

Lütfəli Abdullayev Zülümovun bütün daxili aləmini açır.
뤼트펠리 압둘라예프는 쥘뤼모브의 모든 내면을 드러냅니다.

Onun yaratdığı komik situasiyalar tamaşaçılarda həqiqətən xoş əhvali-ruhiyyə yaradır.
그가 연기한 코믹한 상황들은 관객들에게 정말로 유쾌한 기분을 불러일으킵니다.

Lütfəli Abdullayev gözəl ailə başçısı idi.
뤼트펠리 압둘라예프는 훌륭한 가장이었습니다.

İki qız böyütmüşdü.
그는 두 딸을 성장시켰습니다.

Onun çoxillik yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmiş, Azxərbaycanın xalq artisti kimi fəxri ada layiq görülmüşdü.
그의 수년에 걸친 창작 활동은 높이 평가받았으며, 그는 아제르바이잔 인민 예술가라는 명예 칭호를 수여받았습니다.

Lütfəli Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdu.
뤼트펠리 압둘라예프는 1946년에 소련 국가상 수상자가 되었습니다.

Eyni zamanda o, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdi.
동시에 그는 적기 노동 훈장과 메달들을 수여받았습니다.

Bu istedadlı sənətkarın işıqlı xatirəsi onu ürəkdən sevən Azərbaycan xalqının xatirəsindən heç vaxt silinməyəcək.
이 재능 있는 예술가의 빛나는 추억은 그를 진심으로 사랑하는 아제르바이잔 국민들의 기억 속에서 결코 지워지지 않을 것입니다.

단어


müqabil 1. (방향, 위치) 맞은편, 건너편, 반대편, 대면 2. (반응, 대가) 상응, 보답, 대가, 대응, 답례 3. (비교, 대조) 대비, 대조, 비례 4. (저항, 반대) 반대, 저항, 대항, 맞섬 5. (문서, 계약) 부본, 사본, 대응물 müqabilində ~에 대한 보답으로, ~에 상응해서, ~에 상응하여 ürək dolusu danışmaq 흡족하게 말하다, 마음껏 이야기하다 laureat 1. 수상자, 입상자, 상 받은 사람 2. 계관자, 월계관을 쓴 사람, 명예로운 예술가 3. 권위자, 대가, 석학 4. 승리자, 1인자, 영광의 주인공 hicran 1. 이별, 생이별, 사별, 떨어져 지냄 2. 비탄, 비련, 애끓음, 슬픔 3. 사무치는 그리움, 애수, 향수 4. 외로움, 고독, 단절, 쓸쓸함 5. 시련, 고난, 불운, 고통 qarabaqara 바짝, 그림자처럼 rolunu yaratmaq 1. 배역을 창조하다, 캐릭터를 구축하다 2. 역할을 수행하다, 연기하다, 소화하다 3. 역할을 정립하다, 입지를 구축하다, 새로운 본보기를 만들다 4. 전형을 만들다, 독보적인 연기를 보여주다 ekranlaşdırılmaq 영화화되다, 스크린에 옮겨지다

Post a Comment

다음 이전