지문
AZƏRBAYCANLI ADLARI
아제르바이잔인의 이름들
Yer kürəsində yaşayan qırx milyondan çox azərbaycanlıların adı forma və
mənaca başqa xalqlara məxsus şəxs adlarından fərqlənir.
지구상에 사는 4천만 명 이상의 아제르바이잔인들의 이름은 형태와 의미
면에서 다른 민족들에게 속한 인명들과 구별됩니다.
Formaca fərqlənən şəxs adları tərkibində Azərbaycan dilinə məxsus
səciyyəvi səs və hərflərin işlənməsi ilə diqqəti cəlb edir.
형태적으로 차이가 나는 인명들은 구성에서 아제르바이잔어에 속한 특징적인
소리와 글자들이 사용되는 것으로 주의를 끕니다.
Məsələn, Heydər, Cəfər, Göyçək, Hümbət, Özdəmir, Ülkər və s.
예를 들어서, 헤이데르, 제페르, 괴이첵, 휨벳, 외즈데미르, 윌케르 등이
있습니다.
Azərbaycan adlarının bir qismi forma etibarilə həmqafiyə olur.
아제르바이잔 이름들의 일부분은 형태적 관점에서 운율이 맞습니다.
Məsələn, Nadir-Qadir-Bədir, Lalə-Jalə, Yunis-Munis,
Vaqif-Saqif-Akif-Yusif-Asif-Nəsib, Eldar-Maldar-Sərdar, Həsən-Hüsən,
Kəmalə Cəmalə, Xəyalə-Vəfalə, Ayğün-Elgün, Elşən-Rövşən, Habil-Qabil,
Əli-Vəli, Gülnar-Gülxar.
예를 들어서, 나디르-가디르-베디르, 랄레-잘레, 유니스-무니스,
바기프-사기프-아키프-유시프-아시프-네시브, 엘데르-말다르-세르다르,
헤센-휘센, 케말레 제말레, 헤얄레-베팔레, 아이귄-엘귄, 엘셴-뢰브셴,
하빌-가빌, 엘리-벨리, 귈나르-귈하르입닏.
Azərbaycanlı adları mənaca daha səciyyəvi xüsusiyyətlərə malikdir.
아제르바이잔인의 이름들은 의미상 더 독특한 특징들을 갖고 있습니다.
Bu xüsu-siyyətlər aşağıdakılardan ibarətdir:
이러한 특징들은 다음과 같은 것들로 이루어져 있습니다.
Meyvə, gül, çiçək və başqa bitki adlarından əmələ gələn azərbaycanlı
adları: Limon, Qərənfil, Fidan, Lalə, Çiçək, Nərgiz, Şamama, Püstə, Badam,
Ətirşah, Nanə, Reyhan, Bənövşə, Yasəmən, Süsən, Gilas, Xurma və s.
과일, 꽃, 화초 및 다른 식물 이름들로부터 형성된 아제르바이잔인 이름들 :
리몬, 게렌필, 피단, 랄레, 치첵, 네르기즈, 샤마마, 퓌스테, 바담, 에티르샤,
나네, 레이한, 베뇌브셰, 야세멘, 쉬센, 길라스, 후르마 등.
Heyvan və quş adlarından əmələ gələn azərbaycanlı adları: Maral, Ceyran,
Pələng, Şiraslan, Aslan, Bəbir, Ahu, Məstan, Kəklik, Turac, Durna, Laçın,
Göyərçin, Tovuz, Qumru, Tutu, Ququş və s.
동물과 새 이름들로부터 형성된 아제르바이잔인 이름들 : 마랄, 제이란, 펠렝,
쉬라슬란, 아슬란, 베비르, 아후, 메스탄, 케클릭, 투라즈, 두르나, 라츤,
괴예르친, 토부즈, 쿰루, 투투, 쿠쿠쉬 등.
Göy cisimlərinin adından əmələ gələn azərbaycanlı adları: Aygün, Günay,
Ulduz, Ülkər, Venera, Günəş, Səma, Asiman, Aypara, Zöhrə, Hilal və
s.
천체들의 이름으로부터 형성된 아제르바이잔인 이름들 : 아이귄, 귀나이,
울두즈, 윌케르, 베네라, 귀네쉬, 세마, 아시만, 아이파라, 죄흐레, 힐랄
등.
Su obyektlərinin xüsusi adından əmələ gələn azərbaycanlı adları: Araz,
Xəzər və s.
수역들의 고유 이름으로부터 형성된 아제르바이잔인 이름들 : 아라즈, 헤제르
등.
Tayfa, qəbilə, xalq adlarından əmələ gələn azərbaycanlı adları: Azər,
Tatar, Oğuz, Özbək, Çoban və s.
부족, 씨족, 민족 이름들로부터 형성된 아제르바이잔인 이름들 : 아제르,
타타르, 오구즈, 외즈베크, 초반 등.
Qiymətli daş-qaş adlarından əmələ gələn azərbaycanlı adları: Almaz,
Brilyant, Firuzə, Mirvari, Zümrüd, Yaqut, Gövhər və s.
보석들의 명칭으로부터 형성된 아제르바이잔인 이름들 : 알마즈, 브릴얀트,
피루제, 미르바리, 쥠뤼드, 야쿠트, 괴흐헤르 등.
İslam dininə məxsus anlayışları əks etdirən azərbaycanlı adları:
Allahverdi, Tanrıverdi, Ocaqverdi, Haqverdi, Pirverdi, İslam, Məhəmməd,
Hüseyn, Əli, Oruc, Namaz, Qurban, Seyid, Ramazan, Cənnət, Allahyar,
İmamyar və s.
이슬람 종교에 속한 개념들을 반영하는 아제르바이잔인 이름들 : 알라베르디,
탄르베르디, 오자크베르디, 하크베르디, 피르베르디, 이슬람, 메헴메드,
휘세인, 엘리, 오루즈, 나마즈, 쿠르반, 세이드, 라마잔, 젠넷, 알라야르,
이맘야르 등.
Ailənin arzu və istəyini, sevincini əks etdirən azərbaycanlı adları:
Arzu, Sevinc, Fərəh, Xoşbəxt, Tale, Həyat, Tapdıq, Nəhayət, Qızgəl və
s.
가족의 소망과 바람, 기쁨을 반영하는 아제르바이잔인 이름들 : 아르주,
세빈지, 페레흐, 호슈베흐트, 탈레, 헤야트, 탑득, 네하예트, 크즈겔 등.
Qız doğulmasına etiraz əlaməti kimi yaranan azərbaycanlı adları: Qızbəs,
Qıztamam, Kifayət, Qızyetər, Qızqayıt, Tamam, Bəsti və s.
딸이 태어나는 것에 대한 반대의 표시로서 생겨난 아제르바이잔인 이름들 :
크즈베스, 크즈타맘, 키파예트, 크즈예테르, 크즈카이트, 타맘, 베스티
등.
Dünyaya gələn uşağın sağlam, uzunömürlü olması arzusu ilə yaranan
azərbaycanlı adları: Polad, Dəmir, Daşdəmir, Qəmbər və s.
세상에 태어난 아이가 건강하고 오래 살기를 바라는 소망과 함께 생겨난
아제르바이잔인 이름들 : 폴라드, 데미르, 다슈데미르, 겜베르 등.
Müəyyən fəsildə, ayda, təbiət hadisəsi zamanında doğulduğunu göstərən
azərbaycanlı adları: Bahar, Gülyaz, Boran, Tufan, Aprel, Mayıs, Oktyabr,
Fevral, İldırım və s.
특정한 계절, 달, 자연 현상의 시간 동안에 태어났음을 보여주는
아제르바이잔인 이름들 : 바하르, 귈야즈, 보란, 투판, 아프렐, 마이스,
옥탸브르, 페브랄, 일드름 등.
Yüksək insani keyfiyyətləri bildirən sözlərdən yaranmış azərbaycanlı
adları: Dəyanət, Mətanət, Vüqar, Vəfa, Etibar, Sədaqət, İlqar, Şücaət,
Alim və s.
은 인간적 자질들을 나타내는 단어들로부터 생겨난 아제르바이잔인 이름들 :
데야네트, 메타네트, 뷔카르, 베파, 에티바르, 세다케트, 일카르, 쉬자에트,
알림 등.
Görkəmli tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, qəhrəmanların
adlarından götürülmüş azərbaycanlı adları: Nizami, Babək, Tomris, Xaqani,
Məhsəti, Nəsimi, Füzuli, Vaqif, Vidadi, Müşfiq, Cavid, Cəfər, Koroğlu,
Nəbi, Mehdi, Həzi və s.
뛰어난 역사적 인물들, 작가 및 시인들, 영웅들의 이름들로부터 채택된
아제르바이잔인 이름들 : 니자미, 바베크, 톰리스, 하카니, 메흐세티, 네시미,
퓌줄리, 바키프, 비다디, 뮈슈피크, 자비드, 제페르, 코로글루, 네비, 메흐디,
헤지 등.
Azərbaycanlı adları forma və mənaca çox zəngindir.
아제르바이잔인의 이름들은 형태와 의미적으로 매우 풍부합니다.
Dünyanın hər yerində yaşayan azərbaycanlılar milli varlığımızı özündə əks
etdirən bu adlarla fəxr edir və onları şərəflə, iftixarla öz körpələrinə
ötürürlər.
세계 도처에 사는 아제르바이잔인들은 우리의 민족적 존재를 그 자체에
반영하는 이 이름들로 자부심을 느끼며, 그것들을 명예와 영광과 함께 자신의
아기들에게 전수합니다.
단어
həmqafiyə 운율이 같은, 압운의
댓글 쓰기