지문
OVDAN TƏBİƏT ZİYAN ÇƏKMİR
사냥은 자연에 해를 끼치지 않습니다
Ov quşları oturaq həyat keçirmir.
수렵 조류는 정착 생활을 하지 않습니다.
Onlar qışda isti ölkələrə, yazda isə nisbətən sərin və daha münasib
yerlərə köçürlər.
그들은 겨울에는 따뜻한 나라들로, 봄에는 상대적으로 서늘하고 더 적합한
장소들로 이동합니다.
Bu da müəyyən edilmişdir ki, ov quşları yerlərini müxtəlif formada
dəyişir.
수렵 조류가 장소를 다양한 형태로 바꾼다는 것 또한 확인되었습니다.
Bəzi ov quşları tək-tək, bəziləri isə dəstə halında, lakin dəqiq müəyyən
edilmiş marşrut üzrə uçurlar.
어떤 수렵 조류는 단독으로, 어떤 것들은 무리 지어, 하지만 정확히 정해진
경로를 따라 날아갑니다.
Lakin təəssüflə qeyd etməliyik ki, köçəri quşlar miqrasiya yollarında
kütləvi surətdə tutulur, vurulur, zəhərli və çirkli sularda məhv
olurlar.
하지만 유감스럽게도 우리는 철새들이 이동 경로에서 대량으로 잡히고, 총에
맞으며, 독성이 있고 더러운 물에서 죽어간다는 점을 언급해야 합니다.
Nəticədə quşların sayı ildən-ilə azalmaqda davam edir.
결과적으로 새들의 수는 해마다 계속해서 줄어들고 있습니다.
Ancaq belə azalmalar bizdə o qədər də hiss olunmur.
하지만 이러한 감소는 우리에게 그다지 느껴지지 않습니다.
Ona görə ki, biz quşların mühafizəsindən, onlar üçün ixtisaslaşdırılmış
təsərrüfatlar yaradılmasından və quş ovunun qanuna müvafiq şəkildə
təşkilindən ötrü daxili imkanlarımızdan maksimal surətdə istifadə etməyə
çalışırıq, respublikamızın bir neçə bölgəsində artıq ovçuluq
təsərrüfatları yaratmışıq.
왜냐하면 우리는 조류 보호와 그들을 위한 전문화된 관리 시설 조성, 그리고
조류 사냥법에 따른 적절한 수렵 조직을 위해 내부 역량을 최대한 활용하려고
노력하고 있으며, 우리 공화국의 여러 지역에 이미 수렵 관리 구역을 조성했기
때문입니다.
Bunlar, əsasən, əkinə, örüşə və otlaq sahələrinə yaramayan, bataqlıq və
sututarı sahələridir.
이것들은 주로 경작, 방목 및 목초지로 적합하지 않은 늪지와 저수지
구역들입니다.
Dəvəçi limanı, Mahmudçala su bataqlığı, İmişli şərbət qobusu, Pirallahı
adası belə təsərrüfatlardandır.
데베치 항구, 마흐무드찰라 습지, 이미슐리 셰르베트 저지대, 피랄라히 섬이
이러한 관리 구역들에 속합니다.
Biz həmin təsərrüfatlarda köçəri quşların yuvalaması, qidalanması üçün
təbii şərait yaratmışıq.
우리는 해당 관리 구역들에서 철새들이 둥지를 틀고 먹이를 먹을 수 있도록
자연적인 조건을 조성했습니다.
Təsadüfi deyil ki, son 30 ildə Azərbaycanda məskunlaşan heç bir quşun
nəsli kəsilməmişdir.
최근 30년 동안 아제르바이잔에 서식하는 그 어떤 새의 종류도 멸종되지
않았다는 것은 우연이 아닙니다.
Təsərrüfatlarda ovçulara lazımi qayğı göstərilməsi, onlara ov və
istirahət şəraiti yaradılması istiqamətində də az iş görülməmişdir.
관리 구역 내에서 사냥꾼들에게 필요한 배려를 제공하고, 그들에게 사냥과
휴식 조건을 조성해 주는 방향으로도 적지 않은 일이 수행되었습니다.
Azərbaycanın təbiəti zəngin və rəngarəngdir.
아제르바이잔의 자연은 풍요롭고 다채롭습니다.
Qiymətli heyvan növlərini mühafizə edən və çoxaldan qoruqlar, yasaqlar,
qoruq-ovçuluq təsərrüfatları, şəhərətrafı istirahət zonaları da
mövcuddur.
가치 있는 동물 종을 보호하고 번식시키는 보호구역, 보존지구, 보호 수렵
관리 구역, 도시 인근 휴양지들도 존재합니다.
Bunlar Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə
tabedir.
이것들은 국가 생태 및 자연 이용 통제 위원회에 소속되어 있습니다.
Hazırda ölkəmizdə Respublika Nazirlər Kabinetinin qərarı ilə təsdiq
edilən 2,226 min hektar açıq ov sahəsi (pambıq, taxıl əkini, örüş sahələri
də nəzərdə tutulur) vardır.
현재 우리 나라에는 공화국 국무회의의 결정으로 확정된 2,226,000 헥타르의
개활 수렵 구역(면화, 곡물 경작지, 방목지도 포함됩니다)이 있습니다.
Azərbaycanda fısıldayan qu, kiçik qu, gözəl durna, qaraleylək, çəhrayı
qutan, qızıl qaz, qırmızıdöş qaz, adi dovdağ, turac, cüllüt, qırqovul və
onlarca bu növ qiymətli quşlar dövlət tərəfindən qorunur.
아제르바이잔에서 혹고니, 작은고니, 재두루미, 검은황새, 분홍사다새, 홍학,
붉은가슴기러기, 느시, 자고새, 도요새, 꿩 그리고 이와 같은 수십 종의 귀중한
새들이 국가에 의해 보호받고 있습니다.
Onları ovlamaq yasaq edilmişdir.
그것들을 사냥하는 것은 금지되었습니다.
Ov gözəl əyləncədir, yaxşı istirahətdir.
사냥은 즐거운 오락이며 좋은 휴식입니다.
Qanuna görə ovçulara həftə ərzində yalnız iki gün, şənbə və bazar günləri
ov eləməyə icazə verilir.
법에 따르면 사냥꾼들에게는 주중에 단 이틀, 토요일과 일요일에만 사냥하는
것이 허가됩니다.
Amma bu iki gündə yalnız bir günün norması qədər ov edilməlidir.
하지만 이 이틀 동안 단 하루 치의 규정량만큼만 사냥해야 합니다.
Yəni 10 qaşqaldaq və ya 5 ördək, 2 qaz və ya 20 cüllüt.
즉, 물닭 10마리 또는 오리 5마리, 기러기 2마리 또는 도요새
20마리입니다.
Azərbaycanda oktyabr ayından etibarən Ovçular Cəmiyyəti təsərrüfatlarında
ov mövsümü başlayır.
아제르바이잔에서는 10월부터 수렵 협회 관리 구역에서 사냥 시즌이
시작됩니다.
Mövsüm fevral ayınadək davam edir və sonra buradakı quşlar yenidən
göllərin sahibinə çevrilir.
시즌은 2월까지 계속되며, 그 후에 이곳의 새들은 다시 호수의 주인이
됩니다.
Bizim Nizamnaməmizə görə, 18 yaşına çatmış hər bir azərbaycanlı vətəndaş
cəmiyyətin üzvü ola bilər.
우리 정관에 따르면, 18세에 도달한 모든 아제르바이잔 시민은 협회의 회원이
될 수 있습니다.
Üzv olduqdan sonra həmin şəxsə xüsusi vəsiqə verilir.
회원이 된 후 해당 인원에게는 특별 증명서가 발급됩니다.
Bununla da, onlar ovçuluq hüququ qazanırlar.
이것으로 그들은 수렵 권리를 얻습니다.
Respublikamızda Ovçular Cəmiyyətinin 20 min nəfərə qədər üzvü vardır ki,
biz cəmiyyəti, onun rəhbər orqanını, təsərrüfatlarımızı yalnız üzvlük
haqqı və ov üçün putyovkadan gələn gəlirlə saxlayırıq.
우리 공화국에는 수렵 협회의 회원이 2만 명에 달하며, 우리는 협회와 그
지도부, 관리 구역들을 오직 회비와 사냥을 위한 허가권에서 나오는 수입으로
유지합니다.
Mənim fikrimcə, qanunvericilik əsasında aparılan ovdan təbiət zərər
çəkmir.
제 생각에는, 법적 규제에 기반해 실시되는 사냥은 자연에 해를 끼치지
않습니다.
단어
oturaq 1. 정주하는, 붙박이의 2. (조류) 텃새의, 정주성의 3. (가축, 물고기
등) 정착형의, 비이동성의 4. 앉아서 하는, 좌식의 5. 거처, 휴식처, 자리,
야영지 6. 바닥, 밑면 marşrut 경로, 노선 miqrasiya 이동, 이주 tabe 종속된,
소속된 nizamnamə 정관, 규칙, 헌장 gəlir 수입, 수익
댓글 쓰기