지문
İSMAYIL ŞIXLI
이스마일 쉬흘르
(1919-1997)
İsmayıl Qəhrəman oğlu Şıxlı 1919-cu ildə Qazax rayonunun İkinci Şıxlı
kəndində müəllim ailəsində anadan olmuşdur.
이스마일 게흐레만 오글루 쉬흘르는 1919년 가자흐 구역의 이킨지 쉬흘르
마을에서 교사 가정에서 태어났습니다.
İbtidai və natamam orta təhsilini doğma kəndində aldıqdan sonra Qazax
Pedaqoji Texnikumunda oxumuşdur.
그는 초등 및 불완전 중등 교육을 고향 마을에서 받은 후에 가자흐 사범
전문학교에서 공부했습니다.
Ali təhsil almaq üçün Bakıya gəlmiş və 1941-ci ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsini bitirmişdir.
그는 고등 교육을 받기 위해 바쿠로 왔고 1941년에 아제르바이잔 국립 사범
대학교의 어문학부를 졸업했습니다.
İ. Şıxlı 1942-ci ildən 1945-ci ilə kimi ordu sıralarında olmuş və Şimali
Qafqaz, Kuban, Krım, Belorusiya, Şərqi Prussiya cəbhələrindəki döyüşlərdə
iştirak etmişdir.
이스마일 쉬흘르는 1942년부터 1945년까지 군 복무를 했고, 북부 카프카스,
쿠반, 크림, 벨로루시, 동프로이센 전선들에서의 전투들에 참여했습니다.
Yazıçının "Həkimin nağılı" adlı ilk hekayəsi 1947-ci ildə çap
edilmişdir.
작가의 "의사 이야기"라는 제목의 첫 단편 소설은 1947년에
출간되었습니다.
İ. Şıxlı "Kerç sularında", "Konserv qutuları", "Ayrılan yollar" adlı
roman, povest və hekayələrin müəllifidir.
이스마일 쉬흘르는 "케르치 해역에서", "통조림 깡통들", "갈라지는
길들"이라는 제목의 장편 소설, 중편 소설 및 단편 소설들의 저자입니다.
"Dəli Kür" romanı onun ən böyük əsəridir.
"델리 퀴르" 장편 소설은 그의 가장 위대한 작품입니다.
Bu roman Azərbaycan ədəbiyyatında qiymətli əsərlərdən biri hesab
olunur.
이 소설은 아제르바이잔 문학에서 가치 있는 작품들 중 하나로
여겨집니다.
"Dəli Kür" romanı XIX əsrin ikinci yarısındakı Azərbaycan kəndinə həsr
olunmuşdur.
"델리 퀴르" 소설은 19세기 후반의 아제르바이잔 마을에
헌정되었습니다.
Əsərdə o dövrün tarixi hadisələri, xalqın ağır həyat şəraiti
sənətkarlıqla təsvir olunur.
작품에서 그 시대의 역사적 사건들, 민중의 고달픈 삶의 형편이 능숙하게
묘사됩니다.
İ. Şıxlı bədii yaradıcılıqla yanaşı, elmi və pedaqoji sahədə də fəaliyyət
göstərmişdir.
이스마일 쉬흘르는 예술 창작뿐만 아니라, 학문 및 교육 분야에서도
활동했습니다.
Alim və yazıçı İ. Şıxlı müharibə cəbhələrində iştirakına görə "Qırmızı
ulduz" ordeni və bir sıra medallarla, ədəbi fəaliyyətinə görə isə "Şərəf
nişanı" ordeni və "Əmək igidliyinə görə" medalı ilə təltif
edilmişdir.
학자이자 작가인 이스마일 쉬흘르는 전쟁 전선들에 참전한 공로로 "붉은 별"
훈장 및 일련의 메달들을, 문학 활동 공로로는 "명예의 표상" 훈장과 "노동의
용맹함에 대한" 메달을 수여받았습니다.
İsmayıl Şıxlı 1997-ci ildə Bakıda vəfat etmişdir.
이스마일 쉬흘르는 1997년에 바쿠에서 사망했습니다.
단어
natamam 불완전한, 미완의
=====
지문
KERÇ SULARINDA
케르치 해역에서
(hekayədən bir parça)
(단편 소설 중 일부)
Şəfqət bacıları körpüyə yaxınlaşan gəmilərdən xəstələrin çıxmasına kömək
edir, bəziləri yaralıların qoltuğuna girərək çadırlara doğru
aparırdılar.
간호사들은 다리로 접근하는 배들에서 환자들이 내리는 것을 돕고, 일부는
부상자들을 부축하며 천막들을 향해 데려가고 있었습니다.
Yüngül yaralılar onları gözləmədən sahilə çıxır, bir-birinə söykənərək
tibb məntəqəsinə gedirdilər.
가벼운 부상자들은 그들을 기다리지 않고 물가로 나오고, 서로에게 기대며
의료소로 가고 있었습니다.
Ağır yaralıları xərəklə daşıyırdılar.
그들은 중상자들을 들것으로 운반하고 있었습니다.
Ağrıdan üzlərini qırışdırıb ufuldayanlar olduğu kimi, gəmidən düşəntək
rəngi düzələnlər, hətta zarafatlaşanlar da var idi.
통증 때문에 얼굴을 찌푸리며 신음하는 사람들이 있는가 하면, 배에서
내리자마자 안색이 좋아지는 사람들, 심지어 농담을 주고받는 사람들도
있었습니다.
Körpüyə yan almış (yanaşmış) bir qayığın içində enlikürəkli, genişkökslü,
qara-yanız bir oğlan oturmuşdu.
다리에 정박한 보트 안에서 어깨가 떡 벌어지고 가슴팍이 넓은, 가무잡잡한
사내 하나가 앉아 있었습니다.
Başında qara dəridən tikilmiş matros şlemi var idi.
그의 머리에는 검은 가죽으로 만든 수병 모자가 있었습니다.
Əynindəki paltar, hətta qara, topa saqqalı belə yaş idi.
그의 몸에 있는 옷, 심지어 검고 덥수룩한 수염조차 젖어 있었습니다.
Rəngi ağarmış, dodaqları göyərmişdi.
그의 안색은 창백해졌고, 입술은 파랗게 질려 있었습니다.
O, iri və qüvvətli əlləri ilə qayığın yanlarından yapışmışdı.
그는 크고 강한 손으로 보트의 옆면들을 붙잡고 있었습니다.
Tez-tez üzünü qırışdırırdı.
그는 자주 얼굴을 찌푸렸습니다.
Deyəsən, ağır yaranın əzabını çəkirdi.
보아하니, 그는 심한 상처의 고통을 겪고 있었습니다.
Hər şeyə sakitcə baxır və dodaqaltı nə isə oxuyurdu.
그는 모든 것을 조용히 바라보며 입술 아래로 나직이 무언가를 중얼거리고
있었습니다.
Onun bu hərəkəti ətrafındakıları təəccübləndirirdi.
그의 이러한 행동은 주변 사람들을 놀라게 하고 있었습니다.
Hətta şəfqət bacılarından biri hirslənərək:
심지어 간호사들 중 한 명은 화가 나서
- Görünür, kefiniz çox kökdür, oğlan! dedi və tərs-tərs ona baxdı.
"보아하니, 당신은 기분이 아주 좋군요, 젊은이!" 그녀는 말했고 험악하게
그를 바라보았습니다.
Matros gülümsündü:
수병은 웃었습니다.
- Mənə xərək gətirin.
"제게 들것을 가져다주세요."
Şəfqət bacıları bir-birinin üzünə baxdılar.
간호사들은 서로의 얼굴을 바라보았습니다.
Körpüdən qayığa endilər.
그녀들은 다리에서 보트로 내려왔습니다.
Oturanın yarası olduqca ağır idi.
앉아 있는 사람의 상처는 상당히 심각했습니다.
Onu xərəyə uzandırdılar.
그들은 그를 들것에 눕혔습니다.
Matros onlara öz minnətdarlığını bildirmək istədisə də bacarmadı.
수병은 그들에게 자신의 감사를 표하고 싶어 했지만 하지 못했습니다.
Dodaqları titrəyib yumuldu.
그의 입술은 떨리더니 닫혔습니다.
Ayağındakı yaradan qan açıldığından, bircə dəfə ufuldayaraq gözlərini
qapadı.
발에 있는 상처에서 피가 터져 나왔기 때문에, 그는 단 한 번 신음하며 눈을
감았습니다.
Onu ağır xəstələrə məxsus çadıra gətirdilər.
사람들은 그를 중환자용 천막으로 데려갔습니다.
Baş həkim huşunu itirmiş matrosun yarasına baxdı.
수석 의사는 의식을 잃은 수병의 상처를 살펴보았습니다.
Onun dizi ovxalanmışdı.
그의 무릎은 으스러져 있었습니다.
- Cərrahiyyə masasının üstünə aparın.
"수술대 위로 옮기세요.
Zəhranı çağırın.
제흐라를 부르세요.
Yaralının bədənindəki güllə və çarpanaqları çıxarmaq lazımdır.
부상자의 몸속에 있는 총알과 파편들을 꺼내야 해요."
Şəfqət bacıları baş həkimin əmrini yerinə yetirdilər.
간호사들은 수석 의사의 명령을 이행했습니다.
Cərrahiyyə əməliyyatına lazım olan hər şeyi hazırladıqdan sonra Zəhranı
çağırdılar.
그녀들은 수술에 필요한 모든 것을 준비한 후에 제흐라를 불렀습니다.
Başqa çadırlarda yara sarıyan Zəhra, xalatının qolunu bağlaya-bağlaya
içəri girdi.
다른 천막들에서 상처를 싸매고 있던 제흐라는, 그녀의 가운 소매를 묶으면서
안으로 들어왔습니다.
Xəstəyə yaxınlaşıb yaraya baxdı:
그녀는 환자에게 다가가 상처를 살펴보았습니다.
- Alətləri hazırlayın, - deyə, gözünü yaradan ayırmayan şəfqət bacısına
müraciət etdi.
"도구들을 준비하세요"라고 말하며, 그녀는 눈을 상처에서 떼지 않는
간호사에게 요청했습니다.
Şəfqət bacısı nikelli dəmir qutunun içindəki müxtəlif alətləri
cingildədərək həkimin yanında dayandı.
간호사는 니켈로 된 철제 상자 안에 있는 다양한 도구들을 달그락거리며 의사
곁에 자리를 잡았습니다.
Zəhra ancaq bu zaman qarşısında huşsuz uzanmış xəstənin şlemini başından
çıxartdı.
제흐라는 그제야 그녀의 앞에 의식 없이 누워 있는 환자의 헬멧을 머리에서
벗겨냈습니다.
Onun yumulmuş göz qapaqlarına, solğun çöhrəsinə, qara, topa saqqalına
baxdı.
그녀는 그의 감긴 눈꺼풀들과, 창백한 얼굴과, 검고 덥수룩한 수염을
바라보았습니다.
- Necə də oxşayır, ancaq onun saqqalı yox idi.
"정말 많이 닮았네, 하지만 그 사람은 수염이 없었어."
O, bir də xəstənin sifətinə baxdı.
그녀는 다시 한번 환자의 얼굴을 바라보았습니다.
Ürəyi öz ahəngini itirdi.
그녀의 심장은 자신의 리듬을 잃었습니다.
Əlindəki bıçaq cingilti ilə yerə düşdü.
손에 있는 칼이 쨍그랑 소리를 내며 바닥에 떨어졌습니다.
Gözləri qaraldı.
그녀의 눈앞이 캄캄해졌습니다.
Çadır başına dolandı.
천막이 그녀의 머리 주위를 돌았습니다.
- Aslan, qardaşım?!
"아슬란, 오빠야?!"
Zəhra masanın qabağında diz çökdü.
제흐라는 테이블 앞에서 무릎을 꿇었습니다.
Bayaqdan Zəhranın hərəkətlərinə fikir verən, ancaq bir şey anlamayan
şəfqət bacıları təlaşla onun qolundan tutub ayağa qaldırdılar.
조금 전부터 제흐라의 행동들에 주의를 기울이고 있었지만, 아무 것도
이해하지 못했던 간호사들은 당황하며 그녀의 팔을 잡고 일으켜
세웠습니다.
Zəhra xəstənin üzərinə əyilib titrək səslə:
제흐라는 환자 위로 몸을 굽히고 떨리는 목소리로
- Aslan! - dedi və onu bağrına basıb solğun yanaqlarından öpdü.
"아슬란!" 이라고 말하고 그를 가슴에 품고 창백한 뺨에 입을
맞췄습니다.
İlıq göz yaşları xəstənin saqqalında parıldadı.
따뜻한 눈물이 환자의 수염에서 반짝였습니다.
- Zəhra, özünüzü ələ alın, xəstəni incitməyin, - deyən ətrafdakı qızlar
onu sakitləşdirmək istəyirdilər.
"제흐라, 정신 차려요, 환자를 아프게 하지 마세요"라고 말하는
주변의 처녀들은 그녀를 진정시키려 했습니다.
O isə heç nə eşitmirmiş kimi yaralının başını sinəsinə sıxır, onu hey
öpürdü.
그러나 그녀는 아무것도 들리지 않는 것처럼 부상자의 머리를 가슴에
밀착시키고, 그에게 계속해서 입을 맞췄습니다.
Aslan ufuldayıb gözünü açdı.
아슬란은 신음하며 눈을 떴습니다.
Hadisəni eşidən baş həkim içəri girib, şahidi olduğu mənzərədən mütəəssir
oldusa da, Zəhraya yaxınlaşdı və onun çiynindən tutub yavaşca kənara
çəkdi.
사건을 들은 수석 의사는 안으로 들어와서, 목격한 장면으로 인해 마음이
움직였음에도 불구하고 제흐라에게 다가갔고 그녀의 어깨를 잡아서 천천히
옆으로 끌어냈습니다.
- Qızım, özünüzü ələ alın, gedin bayırda gözləyin. Mən özüm xəstənin
yarasına baxacam.
"얘야, 정신을 차리거라. 가서 밖에서 기다려라. 내가 직접 환자의 상처를
살펴보겠다."
Zəhra getmək istəmədi.
제흐라는 가고 싶어 하지 않았습니다.
Onu güclə apardılar.
그녀들은 그녀를 억지로 데려갔습니다.
İçəridə cərrahiyyə əməliyyatı getdikcə, xəstə zarıyıb ufuldayır, bəzən də
yarımhuşsuz halda sayıqlayırdı.
안에서 수술이 진행되는 동안, 환자는 신음하며 끙끙거렸고, 때로는 의식이
혼미한 상태로 헛소리를 했습니다.
Qardaşının iniltisini eşidən Zəhra dözə bilmirdi.
오빠의 신음 소리를 듣는 제흐라는 견딜 수가 없었습니다.
Nəhayət, şəfqət bacısı çadırdan çıxdı:
마침내, 간호사가 천막에서 나왔습니다:
- Qurtardı.
"끝났어요."
Zəhra içəri atıldı.
제흐라는 안으로 뛰어 들어갔습니다.
Çadırın ortasında ayaq üstə duran ucaboylu, saqqalına dən düşmüş həkimin
gözlərinin içinə baxdı.
그녀는 천막 한가운데에 서 있는 키가 크고 수염이 희끗희끗한 의사의 눈 안을
바라보았습니다.
Yalvarıcı səslə:
애원하는 목소리로
- Doktor, onu xilas edin, mən sizin qüdrətinizə inanıram, - dedi.
"선생님, 그를 구해주세요. 저는 당신의 실력을 믿습니다"라고 그녀는
말했습니다.
Baş həkim xeyli susdu.
수석 의사는 한참 동안 침묵했습니다.
- Yarası ağırdır, həm də çoxlu qan itirmişdir.
"상처가 위중하고, 또한 피를 많이 흘렸습니다.
Ancaq çox sağlam ürəyi və möhkəm bədəni var.
하지만 매우 건강한 심장과 튼튼한 몸을 가졌더군요.
Ümidinizi kəsməyin.
희망을 잃지 마십시오."
O, cəld hərəkətlə çadırdan çıxdı.
그는 빠른 동작으로 천막에서 나갔습니다.
Özünə gələn Aslan bir anlığa harada olduğunu anlamadı, ətrafa
boylandı.
정신을 차린 아슬란은 한동안 자신이 어디에 있는지 이해하지 못하고 주변을
둘러보았습니다.
Qulağına tanış bir səs gəldiyini hiss edib, qalxmaq istədi.
귀에 익숙한 목소리가 들려오는 것을 느끼고 일어나려 했습니다.
Zəhra onun çiynindən yapışıb qalxmağa qoymadı.
제흐라는 그의 어깨를 붙잡고 일어나지 못하게 했습니다.
Aslan iri qara gözlərini bacısına zillədi.
아슬란은 크고 검은 눈을 누이에게 고정했습니다.
Dodaqlarında solğun bir təbəssüm oynadı.
그의 입술에는 희미한 미소가 번졌습니다.
- Ağlama, ağlama, Zəhra, orada məndən daha yaxşı oğlanlar qaldı...
"울지 마, 울지 마, 제흐라. 그곳에는 나보다 더 훌륭한 청년들이
남았어...
Gəmim qərq oldu...
내 배는 침몰했어...
Ancaq...
하지만...
Onun bayrağını düşmənə vermədim.
그 깃발을 적에게 내주지는 않았어."
단어
qoltuğuna girmək 부축하다 xərək 1. 들것 2. (악기) 줄받침, 브릿지
qirişdirmaq 1. (피부) 주름지게 하다, 주름을 잡다, 주름이 생기게 하다,
인상쓰다 2. (사물) 구기다, 짓이기다, 엉망으로 만들다 3. (상태) 수축시키다,
옥죄다 zarafatlaşmaq 농담을 주고받다 yan almaq (배를) 대다, 접안하다
yanaşmaq (배를) 대다, 접안하다 enlikürəkli 어깨가 벌어진, 어깨가 넓은
genişkökslü 가슴이 넓은, 흉곽이 큰 qarayanız (피부색) 가무잡잡한,
거무스름한 matros 수병 qan açılmaq 피가 터져나오다, 출혈이 시작되다 huşunu
itirmək 의식을 잃다, 정신을 잃다 ovxalanmaq 가루가 되다, 으스러지다,
부서지다 cərrahiyyə masası 수술대 çarpanaq 파편, 조각 mütəəssir 1. (심리)
감동한, 감명받은, 영향받은 2. (상태) 슬퍼진, 침울한, 괴로운 3. (기분)
기분이 상한, 평정심을 잃은, 어수선한 mütəəssir etmək 기분을 상하게 하다,
슬프게 하다, 감동시키다 mütəəssir olmaq 기분이 상하다, 슬퍼하다, 감동하다,
감명받다, 마음이 움직이다, 영향을 받다 zarımaq 1. (상태) 신음하다, 앓다,
끙끙거리다 2. (소리) 울부짖다, 울다 3. (동작) 흐느끼다, 흐느껴 울다,
울먹이다 4. (심리) 이물거리다, 앓는 소리를 내다 yarımhuşsuz 반쯤 의식이
없는, 혼미한 cərrahiyyə 수술 cərrahiyyə əməliyyatı 외과 수술 qərq 침수,
몰입, 휩싸임 qərq etmək 1. 침몰시키다, 수장시키다 2. 익사시키다, 수장하다
3. 파멸시키다, 몰살하다 4. ~에 휩싸이게 하다, ~로 가득 채우다 5. 적시다,
물들이다, 담그다 qərq olmaq 1. 가라앉다, 침몰하다, 빠지다 2. 익사하다,
수장되다 3. ~에 잠기다, ~에 빠지다, ~에 휩싸이다
댓글 쓰기