지문
MİLLİ MƏTBUATIMIZIN YARADICISI
우리 민족 언론의 창시자
Həsən bəy Zərdabi 1832-ci ildə Zərdabda anadan olmuşdur.
헤센 베이 제르다비는 1832년에 제르다브에서 태어났습니다.
Orta təhsilini başa vurduqdan sonra o, Moskva Universitetinə daxil olmuş,
oranı qurtarıb Azərbaycana qayıtmışdır.
중등 교육을 마친 후에 그는 모스크바 대학교에 입학했고, 그곳을 졸업하고
아제르바이잔으로 돌아왔습니다.
Həsən bəy öz vətənində elm və maarifi yaymağa, elmin və məktəbin
faydasını bilməyənləri başa salmağa çalışırdi.
헤센 베이는 자신의 조국에서 학문과 교육을 퍼뜨리고, 학문과 학교의
이로움을 모르는 이들을 이해시키려 노력했습니다.
O, xalqın uşaqlarını məktəbə çağırır və qayğı ilə oxudurdu.
그는 사람들의 아이들을 학교로 불렀고 정성껏 교육시켰습니다.
Həsən bəy kasıb və yetim uşaqları oxutmaq üçün dövlətlilərdən pul yığmaq
fikrinə düşür.
헤센 베이는 가난하고 고아인 아이들을 공부시키기 위해 부자들로부터 돈을
모을 생각을 했습니다.
Ancaq dövlətlilər bu xeyir işdən boyun qaçırırlar.
그러나 부자들은 이 선한 일을 거절했습니다.
Bir dəfə Həsən bəyin yanına lap yoxsul bir sudaşıyan gəlir.
한 번은 헤센 베이의 곁으로 아주 가난한 한 물 나르는 사람이
왔습니다.
O, əsgiyə bükdüyü pulları ona uzadaraq deyir:
그는 헝겊에 감싼 돈들을 그에게 내밀며 말했습니다.
- Götürün, Həsən bəy.
"받으십시오, 헤센 베이.
Bu pulu eşşəklə su daşıyıb yığmışam.
저는 이 돈을 나귀로 물을 날라서 모았습니다.
Bir oğlum vardı.
제게는 아들이 하나 있었습니다.
Oxumağını görə bilmədim.
저는 그가 공부하는 것을 보지 못했습니다.
Öldü.
그는 죽었습니다.
İndi heç kəsim yoxdur.
이제 내게는 아무도 없습니다.
Qoy bu pullara yetimlərimiz oxusunlar.
이 돈으로 우리 고아들이 공부하게 해주십시오."
Həsən bəy kəndlini qucaqlayır, onu doğma qardaşı kimi bağrına
basır.
헤센 베이는 농부를 껴안고, 그를 친형제처럼 가슴에 품었습니다.
Dövlət məmuru, məhkəmə işçisi, gimnaziya müəllimi vəzifələrində çalışan
Həsən bəy Zərdabi xalqın maarif və mədəniyyətə qovuşmasının zəruriliyini
başa düşür.
공무원, 법원 직원, 김나지움 교사 직위에서 일한 헤센 베이 제르다비는
민중이 교육과 문화에 도달하는 것의 필요성을 이해했습니다.
Bunun üçün milli mətbuata ehtiyac olduğunu görür.
그는 이를 위해 민족 언론이 필요하다고 판단했습니다.
Azərbaycanda birinci dəfə qəzet çap etdirməyə başlayır.
아제르바이잔에서 최초의 신문을 인쇄하기 시작했습니다.
"Əkinçi" adlı bu qəzetin birinci nömrəsi 1875-ci il iyulun 22-də
çıxır.
"에킨지"라는 이름의 이 신문의 창간호는 1875년 7월 22일에
발행되었습니다.
Ölkənin sosial-mədəni həyatında bir canlanma əmələ gəlir.
나라의 사회-문화적 삶 속에 하나의 활기가 생겨났습니다.
Demokratik ideyalar daha sürətlə yayılmağa başlayır.
민주주의 사상이 더 빠르게 퍼지기 시작했습니다.
Azərbaycanın qabaqcıl fikirli adamları - Mirzə Fətəli Axundzadə, Seyid
Əzim Şirvani, Nəcəf bəy Vəzirov və başqaları qəzetdə fəal çıxış
edirlər.
아제르바이잔의 깨어 있는 생각을 가진 사람들 - 미르제 페텔리 아훈드자데,
세이드 에짐 쉬르바니, 네제프 베이 베지로프 등등이 신문에서 활발하게
활동했습니다.
Beş şöbəsi olan və həftədə iki dəfə çap edilən qəzet iki il fəaliyyət
göstərir.
다섯 개의 섹션이 있고 일주일에 두 번 인쇄된 신문은 2년 동안
운영되었습니다.
Azərbaycan mədəniyyətinin, ictimai fikrinin və ədəbiyyatının inkişafında
böyük rol oynayır.
그것은 아제르바이잔 문화, 사회 사상 그리고 문학의 발전에 큰 역할을
했습니다.
1877-ci ildə çar hökumətinin göstərişi ilə bağlanır.
1877년에 차르 정부의 지시로 폐간되었습니다.
Həsən bəy Zərdabi 1907-ci ildə vəfat etmişdir.
헤센 베이 제르다비는 1907년에 사망했습니다.
Onu dəfn etməyə gələnlərin içində ruslar, gürcülər, yəhudilər də
vardı.
그를 매장하러 온 사람들 중에는 러시아인, 조지아인, 유대인들이
있었습니다.
Yüzlərlə şagird və tələbə, fəhlə və kəndli... Həsən bəylə son dəfə
vidalaşmağa gəlmişdi.
수백 명의 학생과 노동자, 그리고 농민들...하산 베이에게 마지막 작별 인사를
하러 왔습니다.
Onların əlində bir lövhə vardı.
그들은 손에 판자를 들고 있었습니다.
Bu, "Əkinçi" qəzetinin birinci səhifəsi idi.
이것은 "에킨치" 신문의 1면이었습니다.
단어
əski 1. 오래된, 예전의, 낡은, 과거의 2. 낡은, 헌, 노후된, 해진, 망가진 3.
고대의, 옛, 유구한 4. 오래된, 옛 5. 베테랑의, 숙련된, 노련한 6. 나이
지긋한, 연배가 있는 əski hamam 구태의연함, 예나 지금이나 똑같음 əski tas
구태의연함, 예나 지금이나 똑같음 əski qapı 도로 아미타불, 변한 것 없음
əski daban 도로 아미타불, 변한 것 없음 əski 걸레, 헝겊 əsgi 1. 배냇저고리,
기저귀, 포대기 2. 헝겊, 누더기, 걸레 əsgi ilə döşəməni silmək
헝겊으로 바닥을 닦다 əsgiçi 1. 고물상, 헌 옷 장수 2. 골동품상 əsgiləşmə
낡아짐, 해짐 əsgiləşmək (옷이) 낡다, 해지다, 헝겊 조각이 되다 əsgilik
낡음, 헌 상태 əsginas 지폐 əsgi-püsgü 누더기, 넝마 əsgi-üsgü 누더기, 넝마
göstəriş 지시, 명령, 훈령, 지침
=====
지문
AZƏRBAYCAN DİLİ
아제르바이잔어
Anamın südündə, vətənin havasında, çörəyində, suyunda səni
duymuşam.
나의 어머니의 젖에서, 조국의 공기에서, 빵에서, 물에서 당신을
느꼈습니다.
Torpağımda, daşımda, Kürümdə, Arazımda, Xəzərimdə, canımda səni
görmüşəm!
나의 땅에서, 나의 돌에서, 나의 퀴르강에서, 나의 아라즈강에서, 나의
카스피해에서, 나의 생명 안에서 당신을 보았습니다!
Elimdə-obamda, dərsimdə, kitabımda səni sevmişəm!
나의 고을과 나의 마을에서, 나의 수업에서, 나의 책에서 당신을
사랑했습니다!
Sevmişəm, a mənim tarixin eniş-yoxuşlarında xalqımın göz bəbəyi kimi
qoruduğu dilim!
사랑했습니다, 오, 역사의 오르막과 내리막 속에서 저의 민족이 눈동자처럼
지켜온 나의 언어여!
Azərbaycan dilim!
나의 아제르바이잔어여!
Anamın həzin-həzin laylalarında, arzu dolu baxışlarında qanıma
keçmisən!
내 어머니의 구슬픈 자장가 속에서, 희망 가득한 시선 속에서 내 피로
스며들었구나!
Atamın söhbətlərində ruhuma çökmüsən!
내 아버지의 대화들 속에서 내 영혼으로 깃들었구나!
Babamın, nənəmin şirin-şirin nağıllarında, bayatılarında ürəyimə
girmisən!
내 할아버지, 내 할머니의 달콤한 동화들 속에서, 짧은 시들 속에서 내
심장으로 들어왔구나!
Əlimə qələm alan gündən böyüklüyünü dərk etmişəm.
내 손에 펜을 잡은 날부터 위대함을 깨달았습니다.
Yuxusuz qaldığım ilk gecədə, ilk ağır sınaq gecəsində necə də köməyimə
gəldin.
내가 잠 못 이루고 깨어 있던 첫 번째 밤에, 첫 번째 무거운 시련의 밤에
당신이 어찌나 도와주러 왔는지요.
Qüdrətinlə ana barəsində düşüncələrim öz qəlibinə, söz qəlibinə
düşdü.
당신의 권능으로 어머니에 관한 나의 생각들이 제 틀에, 말의 틀에
담겼습니다.
Səxavətini unutmamışam.
당신의 너그러움을 잊지 않았습니다.
Heç zaman, heç kəsdən bir kömək ummadım.
어느 때도, 어느 누구에게서도 하나의 도움을 바라지 않았습니다.
Tək səndən savayı.
오직 당신을 제외하고는요.
Səndən də həmişə budur təmənnam:
당신에게서도 언제나 나의 소망은 이것입니다.
əsirgəmə sözlərini, varını...,
당신의 단어들을, 당신의 풍요로움을 아끼지 마소서...
a mənim ulu əcdadımın yadigarı, nişanəsi, nəfəsi doğma dilim, ana dilim,
Azərbaycan dilim!
오, 나의 위대한 조상의 유산이며, 징표이며, 숨결인 나의 친근한 언어,
어머니의 언어, 아제르바이잔어여!
Sənsiz neyləyə bilərəm?
당신 없이 내가 무엇을 할 수 있겠습니까?
Nəyə gərəyəm?
내가 무엇에 필요하겠습니까?
Varlığım varlığına bağlıdır.
나의 존재는 당신의 존재에 매여 있습니다.
Adım adınla öyünər.
나의 이름은 당신의 이름으로 자랑스러워합니다.
Sevincim, səadətim qüdrətinlə yaranar, a mənim günüm, ilim, əsrim,
qərinəm Azərbaycan dilim!
나의 기쁨과 나의 행복은 당신의 권능으로 생겨납니다. 오, 나의 하루, 나의
해, 나의 세기, 나의 시대인 아제르바이잔어여!
Azərbaycan dilim!
나의 아제르바이잔어여!
단어
eniş-yoxuş 1. 오르막 내리막, 기복 2. 굴곡진, 울퉁불퉁한 3. 구석구석,
이리저리, 위아래로, 사방팔방 eniş-yoxuşlu 오르막 내리막이 있는, 기복이
심한 qəlib 1. 틀, 본, 골 2. 거푸집, 주형, 금형 4. 성형물, 덩이
qəlibdən-qəlibə girmək 변신을 거듭하다, 자신의 형태와 모습을 자주 바꾸다,
이 모습 저 모습으로 변하다 min qəlibə girmək 변신을 거듭하다, 자신의
형태와 모습을 자주 바꾸다, 이 모습 저 모습으로 변하다 qəlibçi 1. 조형공,
주물공 2. 금형공, 틀 제작자 qəlibləmə 성형, 틀에 넣기 qəlibləmək 틀에 넣어
모양을 만들다, 성형하다, 틀에 끼우다, 틀에 넣다, 틀에 박다 qəliblənmə
성형됨, 틀에 박힘 qəliblənmək 성형되다, 틀에 박히다, 틀에 끼워지다, 틀에
넣어지다 qəliblətmə 성형시키기 qəliblətmək 틀에 넣어 성형시키다 qəlibli
틀에 박힌, 일정한 모양이 있는, 틀에 끼워진, 틀에 고정된
=====
지문
AŞIQ ƏLƏSGƏR
아쉭 엘레스게르
Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasının ən gör-kəmli nümayəndələrindən
biridir.
아쉭 엘레스게르는 아제르바이잔 아쉭 문학의 가장 저명한 대표자들 중 한
명입니다.
O, 1821-ci ildə anadan olmuş, yüz ildən artıq ömür sürmüşdür.
그는 1821년에 태어났으며, 백 년 넘게 삶을 이어갔습니다
Aşıq Ələsgər məşhur Aşıq Alının şagirdi olmuşdur.
아쉭 엘레스게르는 유명한 아쉭 알르의 제자였습니다.
Şagirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçədə aşıqlıq
etmişdir.
제자 시절을 마친 후에 엘레스게르는 괴이체에서 아쉭 활동을
하였습니다.
Tezliklə onun şöhrəti qonşu mahallara yayılmışdır.
곧 그의 명성이 이웃 지역들로 퍼졌습니다.
Ələsgər gözəl bir sənətkar kimi Şirvana, Naxçıvana, Qazaxa, Qarabağa,
Gəncəyə, Kəlbəcərə və Azərbaycanın digər yerlərinə çağırılmış, özünün
aşıqlıq məharəti ilə məclisdəkiləri heyran qoymuşdur.
엘레스게르는 훌륭한 예술가로서 쉬르반, 나흐츠반, 가자흐, 가라바흐, 겐제,
켈베제르 그리고 아제르바이잔의 다른 지역들로 초대받았으며, 자신의 아쉭
기량으로 모임에 있는 사람들을 감탄하게 만들었습니다.
Aşıq Ələsgər ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş.
아쉭 엘레스게르는 키가 크고, 어깨가 넓으며, 신체적으로 건강하고
강인했다고 합니다.
Sazı sol əli ilə çalırmış.
그는 사즈를 왼손으로 연주했다고 합니다.
Zil, nazik səsi ilə çox şirin və məlahətli oxuyurmuş.
그는 높고 가느다란 목소리로 매우 달콤하고 매력적으로 노래했다고
합니다.
Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirmiş, ustad bir
sənətkar kimi məşhurlaşdırmışdır.
이러한 자질들은 그를 아제르바이잔의 모든 곳에서 영광스럽게 만들었으며,
거장 예술가로서 유명하게 만들었습니다.
Onu görənlərin dediyinə görə, Aşıq Ələsgər zəhməti sevən, ömrünün sonuna
qədər əlini işdən çəkməyən bir adam olmuşdur.
그를 본 사람들의 말에 따르면, 아쉭 엘레스게르는 노동을 사랑하고, 생의
마지막까지 일에서 손을 떼지 않은 사람이었습니다.
Ömrünü xalqın içərisində toy, şadlıq, məclislərində keçirən Aşıq Ələsgər
təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir
sənətkar kimi tanınmışdır.
일생을 민중 속에서 결혼식, 잔치, 모임들에서 보낸 아쉭 엘레스게르는 단지
아제르바이잔뿐만 아니라 터키, 이란 그리고 다기스탄에서도 거장 예술가로서
알려졌습니다.
Aşıq Ələsgər 1926-cı ildə vəfat etmişdir.
아쉭 엘리스게르는 1926년에 사망했습니다.
Onun qoşma, gəraylı, təcnis, müxəmməs formalarında olan ədəbi irsi lirik
şeirlərdən ibarətdir.
그의 고슈마, 게라일르, 테즈니스, 뮈헴메스 형식으로 된 문학적 유산은
서정시들로 구성되어 있습니다.
Orada saf, təmiz məhəbbət, gözəllik, vətənin təbii mənzərələri və s.
tərənnüm olunmuşdur.
거기에서 순수하고 깨끗한 사랑, 아름다움, 조국의 자연 풍경 등이
찬양되었습니다.
Aşıq Ələsgərin əsərləri toplanmış və nəşr etdirilmişdir.
아쉭 엘레스게르의 작품들이 수집되었고 출판되었습니다.
1972-ci ildə onun anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində
qeyd olunmuşdur.
1972년에 그의 탄생 150주년이 아제르바이잔의 모든 곳에서
기념되었습니다.
단어
şöhrətləndirmək 영광스럽게 만들다, 영광스럽게 하다 məşhurlaşdırmaq
유명하게 만들다, 유명해지게 하다
=====
지문
Aşıq Ələsgər başına çox iri bir papaq qoyub məclisə gəlir.
아쉭 엘레스게르가 머리에 매우 큰 모자 하나를 쓰고 모임에 옵니다.
Aşığın bəy dostların-dan biri onun papağına sataşmaq məqsədilə
deyir:
아쉭의 귀족 친구들 중 한 명이 그의 모자를 놀리려는 목적으로
말합니다.
- Aşıq, qardaşın varmı?
"아쉭, 당신은 형제가 있어요?"
Aşıq Ələsgər arif olduğu üçün mətləbi o saat başa düşür.
아쉭 엘레스게르는 지혜로운 사람이기 때문에 그 의도를 즉시
이해합니다.
- Var, amma onun papağı mənimkindən də iridir, - deyir.
"있네, 하지만 그의 모자는 내 것보다도 더 크다네," 라고 말합니다.
단어
mətləb 1. 소망, 욕구, 염원, 원하는 것, 목적 2. 본론, 요지, 핵심 3. 문제,
일, 사건, 사안, 용건 mətləbə yetmək 원하는 바를 이루다, 소망에 도달하다,
뜻을 이루다, 소원 성취하다 mətləbə nail olmaq 원하는 바를 이루다, 소망에
도달하다, 뜻을 이루다, 소원 성취하다 mətləbə çatmaq 원하는 바를 이루다,
소망에 도달하다, 뜻을 이루다, 소원 성취하다 mətləbi hasil olmaq 원하는
바를 이루다, 소망에 도달하다, 뜻을 이루다, 소원 성취하다 mətləb hasil
olmamaq 이득이 없다, 성과가 없다, 허사가 되다, 소득이 없다 mətləb üstə
gəlmək 주요 사안에 대해 말하다, 본론으로 넘어가다, 주된 목적을 말하다,
본론으로 들어가다, 요점을 말하다 mətləb üstə keçmək 주요 사안에 대해
말하다, 본론으로 넘어가다, 주된 목적을 말하다, 본론으로 들어가다, 요점을
말하다 mətləb üstə qayıtmaq 주요 사안에 대해 말하다, 본론으로 넘어가다,
주된 목적을 말하다, 본론으로 들어가다, 요점을 말하다 mətləbə dəxli yoxdur
상관없는 일이다, 본론과 무관하다, 주된 사안에 속하지 않는다, 일과 관련이
없다
댓글 쓰기