아제르바이잔 러시아인 학교 아제르바이잔어 과목 교과서 2011년 9학년 14 수학 퍼지 이론과 뤼트피 자데

아제르바이잔 러시아인 학교 아제르바이잔어 과목 교과서 2011년 9학년 14 수학 퍼지 이론과 뤼트피 자데



지문


ELM KORİFEYİ
학문의 거장

Lütfi Ələsgərzadə 1921-ci ildə Bakıda jurnalist-psixoloq ailəsində anadan olmuşdur.
뤼트피 엘레스게르자데는 1921년에 바쿠에서 저널리스트-심리학자 가족 안에서 태어났습니다.

1929-cu ildə onların ailəsi İrana köçür.
1929년에 그들의 가족은 이란으로 이주합니다.

İngilis dili təmayüllü məktəbdə uğurla təhsilini başa vuran Lütfi Tehran Universitetinə daxil olub, 1942-ci ildə mühəndis-elektrik fakültəsini bitirmiş, sonra Amerika Birləşmiş Ştatlarına getmişdir.
영어 중점 학교에서 성공적으로 교육을 마친 뤼트피는 테헤란 대학교에 입학했고, 1942년에 전기 공학 학부를 졸업했고, 그 후에 미국으로 갔습니다.

Burada o, yenidən ali məktəbə daxil olmuş - Massaçusets Texnologiya Institutunda oxumuşdur.
이곳에서 그는 다시 대학교에 입학합니다 - 메사추세츠 공과 대학에서 공부했습니다.

İkinci ali məktəbi bitirəndən cəmi üç il sonra 1949-cu ildə Lütfi Ələsgərzadə Nyu-Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsini almış, on il gərgin elmi axtarışlar aparmış, ayrı-ayrı istiqamətlərdə tədqiqatlarını genişləndirmişdir.
두 번째 대학교를 졸업한 지 불과 3년 후인 1949년에 뤼트피 엘레스게르자데는 뉴욕에 있는 컬럼비아 대학교에서 박사 학술 학위를 받았고, 10년 동안 치열한 학문적 탐구를 진행했고, 다양한 분야들에서 자신의 연구들을 확장했습니다.

1959-cu ildən görkəmli soydaşımız öz taleyini Kaliforniyadakı Berkli Universiteti ilə bağlamışdır.
1959년부터 우리의 저명한 동포는 캘리포니아에 있는 버클리 대학교에 헌신했습니다.

Şərq mənşəli soykökü ilə Azərbaycana bağlı olan alimin nəzəriyyələri dünyanın iri firmalarının, xüsusən Yaponiya sənayeçilərinin, iş adamlarının diqqətini cəlb edir.
동양 기원의 혈통으로 아제르바이잔과 관련 있는 학자의 이론들은 세계의 대기업들, 특히 일본 실업가들, 사업가들의 이목을 집중시킵니다.

Yaponiya, Almaniya, İngiltərə, Fransa kimi böyük dövlətlərin elmi dairələrinə Lütfi Zadə adı ilə tanınan həmyerlimizin şöhrət və nüfuzu daha da genişlənir.
일본, 독일, 영국, 프랑스와 같은 큰 국가들의 학술계로 뤼트피 자데의 이름이 알려진 우리 동포의 명성과 영향력은 더욱 더 넓어집니다.

Belə ki, bu və ya digər ölkələrdə onun elmi məktəb və laboratoriyaları açılır.
실제로 이런저런 여러 나라들에서 그의 학술 학파와 연구소들이 개관합니다.

Bu məktəb və laboratoriyalar Lütfi Zadənin 1965-ci ildə formalaşdırdığı qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanaraq fəaliyyət göstərir.
이 학파와 연구소들은 뤼트피 자데가 1965년에 체계화한 퍼지 논리 이론에 근거하면서 활동합니다.

İnsanın dünyanı görüb dərketmə imkanlarının genişliyini və sərhədlərə sığmadığını elmi-məntiqi əsaslandıran böyük alim gerçəkliklə, reallıqla fantastikanın, təxəyyülün bir-biri ilə qarşılıqlı əlaqə və təsirini aşkarlamaqla, qeyri-səlis məntiq nəzəriyyəsini yaratmış, dünya riyazi elm tarixinə ikinci bir şərqli alim kimi daxil olmuşdur.
인간이 세상을 인식하고 이해하는 능력의 무한함과 경계에 갇히지 않음을 학술적-논리적으로 근거를 제시하는 위대한 학자는 실재와, 현실과 판타지의, 상상력의 상호 관계와 영향을 규명함으로써 퍼지 논리 이론을 만들었고, 세계 수학사 속에 두 번째 동양인 학자로 이름을 올리게 되었습니다.

"Beləliklə, əl-Xarəzm cəbri ilə yanaşı qeyri-səlis cəbr - Zadə cəbri meydana gəlmişdir".
"이렇게 해서, 알-호라즈미의 대수와 함께 퍼지 대수 - 자데 대수가 등장했습니다."

Qeyri-səlis çoxluqlar konsepsiyası bütün dünyada çoxsaylı tədqiqatçıların diqqətini dərhal cəlb etdi.
퍼지 집합들 개념은 모든 세상에서 수많은 연구자의 주의를 즉시 끌었습니다.

Donald R.Yegerin kitabına yazdığı ön sözdə qeyd etmişdir ki, indiyə qədər bu çox vacib nəzəriyyənin nəzəri və təcrübi məsələlərinə aid 3000-dən artıq məqalə nəşr olunmuşdur.
도널드 R. 예거가 자신의 저서에 쓴 머리말에서 지금까지 이 매우 중요한 이론의 이론적이고 실천적인 문제들에 관련한 3000편이 넘는 논문이 출판되었다는 것을 언급했습니다.

Alim onu da göstərir ki, bu qeyri-səlis çoxluqlara əlavələrin potensialına gəlincə, bunlar hələlik aysberqin ancaq görünən hissəsidir.
학자는 이 퍼지 집합들의 응용의 잠재력들에 관해 말하자면, 이것들은 아직 빙산의 단지 보이는 부분일 뿐임 역시 보여줍니다.

Yeni XXI əsr - süni intellekt və yeni tip sistemlər üzrə biliklər haqqında ekspert sistemləri əsri üçün olduqca güclü metodlar lazımdır.
새로운 21세기 - 인공지능과 새로운 유형의 시스템들에 관한 지식들에 대한 전문가 시스템들의 세기를 위해서 상당히 강력한 방법들이 필요합니다.

Lütfi Zadə həmin kitabda sadə nəzəriyyənin inkişafında dünyanın müxtəlif ünvanlı alimlərinin əməyinə yüksək qiymət verərək yazır ki, onlar qeyri-səlislər, təsadüflər, imkanlar, qeyri-məlumlar, həqiqətə uyğunlar və qeyri-müəyyənliyin digər tərəfləri arasında əlaqələrin aşkarlanması naminə dəyərli əsərlər yaratmışlar.
뤼트피 자데는 해당 저서에서 기초 이론의 발전에 있어 세계의 다양한 이름의 학자들의 노고에 높은 가치를 부여하면서 그들이 퍼지 이론, 우연들, 가능성들, 미지들, 진리 부합물들 그리고 불확정성의 다른 측면들 사이의 관계들의 규명을 위해서 가치 있는 저작들을 창조했다고 기술하고 있습니다.

Lütfi Zadənin elmi-tənqidi üslubunda obyektivlik, prinsipiallıq ilə yanaşı, proqnozlaşdırma - istiqamətvermə tərəfi də əksini tapır.
뤼트피 자데의 학술적이고 비판적인 문체에는 객관성, 원칙 준수와 더불어, 예측하기 - 방향 제시 측면 또한 나타납니다.

Belə ki, onun yuxarıda adını çəkdiyimiz kitaba yazdığı ön sözdə göstərilir ki, topluda qeyri-səlis hesab məsələləri nəzərə alınmayıb; halbuki bu, gələcək aktiv tədqiqatların geniş sahəsi olacaq.
즉, 그가 앞서 이름을 언급했던 책에 적은 머리말에는 선집에 퍼지 연산 문제들이 고려되지 않았으나, 이것은 미래의 활발한 연구들의 광범위한 분야가 될 것이라고 밝혀져 있습니다.

Ultra qeyri-səlis çoxluq və ultra qeyri-səlis məntiq məsələlərinə də geniş yer verilməsini zəruri sayan alim "ultra" sözünün məna tutumlarını da açıqlamışdır.
울트라 퍼지 집합과 울트라 퍼지 논리 문제들에도 넓은 자리가 할당되는 것이 필수적이라 여긴 학자는 "울트라" 단어의 의미 함축들 또한 밝혔습니다.

Lütfi Zadənin "Теория линейных систем" kitabı 1970-ci ildə Moskvada "Наука" nəşriyyatının fizika-riyaziyyat ədəbiyyatı redaksiyası tərəfindən 6000 nüsxə tirajla buraxılmışdır.
뤼트피 자데의 "선형 시스템 이론" 책은 1970년에 모스크바에서 "나우카" 출판사의 물리-수학 문헌 편집부에 의하여 6,000부의 발행 부수로 출판되었습니다.

44 çap vərəqi həcmində olan kitab 2 fəsildən ibarətdir.
인쇄용지 44장 분량인 책은 2개 장으로 구성되어 있습니다.

İrihəcmli əsərin sonunda dörd irihəcmli əlavə də verilmişdir.
방대한 저작의 마지막에는 4가지 방대한 부록 또한 수록되어 있었습니다.

Dünyanın bir neçə dilinə çevrilmiş kitabda xətti sistem nəzəriyyəsinin terminologiyası və əsas anlayışları, xəttilik və stasionarlıq, xətti stasionar fasiləsiz sistemlər, xətti fasiləsiz sistemin dayanıqlığı, diskret, idarəçilik və müşahidəçilik məsələləri geniş elmi-nəzəri şərhini tapmışdır.
세계의 몇몇 언어로 번역된 책에서 선형 시스템 이론의 용어학 및 기본 개념들, 선형성 및 정상성, 선형 정상 연속 시스템들, 선형 연속 시스템의 안정성, 이산, 제어 가능성 및 관측 가능성 문제들이 광범위한 학술적-이론적 해설과 함께 상세히 설명되었습니다.

Sistem və optimal süzgəclər nəzəriyyəsi də Lütfi Zadənin adı ilə bağlıdır.
시스템 및 최적 필터들 이론 또한 뤼트피 자데의 이름과 연결되어 있습니다.

Yaxud başqa bir kəşf - dinamik sistemlərdə çoxmeyarlı optimallaşdırma nəzəriyyəsi də istedadlı alimin adı ilə əlaqəlidir.
또 다른 발견인 동적 시스템들에서 다기준 최적화 이론 또한 재능 있는 학자의 이름과 관련되어 있습니다.

Bu nəzəriyyələr elmə, texnika və texnologiyaya geniş miqyasda nüfuz etmişdir.
이 이론들은 과학, 공학 및 기술 분야에 광범위하게 영향을 끼쳤습니다.

Onun nəzəriyyəsinin elmi nüfuz və dəyərini təsdiqləyən faktlar:
그의 이론의 학술적 영향력과 가치를 증명하는 사실들은 다음과 같습니다.

Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi Amerikada kosmik proqramların reallaşmasında əhəmiyyətli rol oynayır;
뤼트피 자데의 퍼지 논리 이론은 미국에서 우주 프로그램들의 실현에 있어 중요한 역할을 수행하고 있습니다.

Yaponiyadakı "Mitçusita" kompaniyası qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan istehsal nəticəsində milyardlarla gəlir götürmüşdür.
일본에 있는 "마츠시타" 회사는 퍼지 논리 이론에 근거한 생산 결과로 수십억의 수익을 올렸습니다.

Lütfi Zadə nəzəriyyəsinin bilicisi və fəal təbliğatçılarından biri kimi, professor F.Tağıyev onun elmə gətirdiyi yenilikləri, eləcə də qeyri-aşkar çoxluq, qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqi məsələləri ilə bağlı maraqlı fikirlər söyləyir:
뤼트피 자데 이론의 전문가이자 활발한 전파자들 중 하나로서, F.타기예프 교수는 그가 과학에 가져온 혁신들, 그리고 비명시적 집합, 퍼지 논리 이론의 적용 문제들과 관련하여 흥미로운 의견들을 말합니다.

Lütfi Zadə müasir riyazi statistikanı, siqnalların optimal süzgəclərinin, riyazi linqvistikanın və mürəkkəb sistemlərin nəzəriyyəsini inkişaf etdirməklə dünya elmini son dərəcə zənginləşdirmişdir.
뤼트피 자데는 현대 수학적 통계학을, 신호들의 최적 필터들, 수학적 언어학 그리고 복잡한 시스템들의 이론을 발전시킴으로써 세계 과학을 극도로 풍요롭게 만들었습니다.

O, dünya elm təcrübəsində ilk dəfə olaraq, qeyri-aşkar çoxluqlar, qeyri-aşkar məntiq və qərar qəbuletmə prosesinin çox səlis nəzəriyyələrini yaratmış, beləliklə də müasir riyaziyyatın və idarəetmənin əsasını qoymuş böyük alimlərdən biri səviyyəsinə yüksəlmişdir.
그는 세계 과학 경험에서 처음으로서, 비명시적 집합들, 비명시적 논리 그리고 의사결정 프로세스의 매우 매끄러운 이론들을 창조했고, 이렇게 해서 현대 수학과 관리의 기초를 놓은 위대한 학자들 중 한 명의 수준으로 상승했습니다.

Məlumdur ki, Qərbi Avropada məntiq təfəkküründə dəqiq olan hər şeyin düz olduğu qəbul edilirdi.
서유럽에서 논리 사고에서 정확한 모든 것이 옳다는 것이 받아들여지고 있었다는 것은 잘 알려진 사실입니다.

Bu da, məşhur ingilis alimi Corc Bulun riyazi məntiq nəzəriyyəsini əsas götürərək qəbul edilirdi.
이것 또한, 유명한 영국 학자 조지 불의 수학적 논리 이론을 기초로 취하면서 받아들여지고 있었습니다.

Həmin nəzəriyyəyə görə, hər hansı fikir, düşüncə və ya təklif ya tam doğrudur, ya da tam yalandır.
그 이론에 의하면, 어떠한 의견이나 생각 또는 제안은 완전히 참이거나 아니면 완전히 거짓입니다.

Bu, 100 ildən artıq hökm sürən Bul məntiqinin ideyasıdır.
이것은, 100년 더 넘게 지배해 온 불 논리의 개념입니다.

Deməli, Bula və Qərbi Avropa təfəkkürünə görə, dünyada çox şey konkret olaraq qara və ya ağdır.
말하자면, 불과 서유럽 사고에 의하면, 세상의 많은 것이 구체적으로 검거나 아니면 하얗습니다.

Lütfi Zadənin qeyri-aşkar məntiq ideyasına görə də, dünyada çox şey konkret olaraq qara və ya ağ kimi yox, boz çalarlarla təsvir olunur.
뤼트피 자데의 퍼지 논리 개념에 따르면, 세상의 많은 것들은 구체적인 검정 또는 하양이 아닐, 회색 색조들로 묘사됩니다.

Deməli, Lütfi Zadəyə görə, nə mütləq ağ, nə də mütləq qara var.
말하자면, 뤼트피 자데에 따르면, 절대적인 흰색도 없고, 절대적인 검은색 또한 없습니다.

Bunlar arasında qaraya və ya ağa bənzərlik var.
이것들 사이에는 검거나 또는 하얀 것에 유사한 것이 있습니다.

100 ildən çoxdur ki, dəqiqlik prinsipinə və miqdara əsaslanıb, hər hansı prosesi və ya hadisəni riyazi model köməyi ilə izah etməyə çalışırlar.
그들이 정확성 원칙과 양에 근거해서, 어떤 프로세스 또는 사건을 수학적 모델의 도움으로 설명하려고 노력해 온 것이 100년이 넘습니다.

Bu qayda ilə mürəkkəb olmayan mexaniki sistemlərin işini müəyyən dərəcədə izah etmək olar.
이 규칙으로 복잡하지 않은 기계적 시스템들의 작동을 어느 정도 수준에서 설명하는 것이 가능합니다.

Misal üçün, iqtisadi problemləri modellə həll etdikdə uğursuzluğa düçar olmuşlar.
예를 들어, 그들이 경제적 문제들을 모델로 해결하려고 했을 때 실패에 빠졌습니다.

Humanitar sistemlər, yəni insanın özünün də daxil olduğu sistemlərdə baş verən hadisələri və ya prosesləri dolğun və mənalı təsvir etmək üçün insan fəhmi, təəssüratı, baxışları nəzərə alınmalıdır.
인문 시스템, 즉 인간 자신도 포함된 시스템에서 일어나는 사건들 또는 프로세스들을 풍부하고 의미 있게 묘사하기 위해서 인간의 이해력, 인상, 관점들이 고려되어야 합니다.

Bütün bu subyektiv amillər Lütfi Zadənin qeyri-aşkar məntiqində nəzərə alınır.
이 모든 주관적 요인들은 뤼트피 자데의 비명시적 논리 안에서 고려됩니다.

Lütfi Zadənin qeyri-aşkar məntiqinin köməyi ilə süni ağıl və ekspert sistemləri yaradılır və bu, insan intellektinə çox yaxın olur.
뤼트피 자데의 퍼지 논리의 도움으로 인공 지능과 전문가 시스템들이 구축되며, 이것은 인간의 지능과 매우 유사해집니다.

Riyaziyyat elmini dəqiq elm kimi tanıyırıq.
우리들은 수학을 정밀한 학문으로 알고 있습니다.

Bu elmin fundamental anlayışlarından biri olan "Çoxluq" anlayışı özü də qeyri-dəqiqliyə misaldır.
이 학문의 근본적인 개념들 중 하나인 "집합" 개념 그 자체 또한 부정확함에 대한 예시입니다.

Çünki çoxluğun özünün xassələrini müxtəlif aksiomlar vasitəsilə vermək olar.
왜냐하면 집합 그 자체의 속성들을 다양한 공리들을 통해 규정할 수 있기 때문입니다.

Qeyri-aşkar çoxluqlar nəzəriyyəsi müəyyən əlamətlərə görə siniflərə bölmədə, müəyyən sahəyə aid hazırlanmış alqoritmlərdə, təhsil və tədris sistemlərində, sosioloji sorğuda və texnologiyada böyük tətbiqə malikdir.
퍼지 집합 이론은 특정 특성에 따른 분류, 특정 분야를 위해 준비된 알고리즘들, 교육 및 학습 시스템들, 사회학적 설문조사와 기술 분야와 기술에서 널리 응용되고 있습니다.

Bu nəzəriyyə də Lütfi Zadə tərəfindən yaradılmışdır.
이 이론 또한 뤼트피 자데에 의하여 창조되었습니다.

Beləliklə, qeyri-aşkar Lütfi Zadə məntiqi və çoxluğu, XXI əsrdəki qeyri-aşkar riyaziyyatın və elektronikanın əsasını qoyur.
이로써 뤼트피 자데의 퍼지 논리와 집합론은 21세기 퍼지 수학 및 전자공학의 토대를 닦습니다.

Lütfi Zadənin qeyri-aşkar məntiq və qeyri-aşkar çoxluqlar nəzəriyyəsi kibernetika, informatika, elektronika, riyaziyyat və kosmik texnikanın inkişafında yeni era açmışdır.
뤼트피 자데의 퍼지 논리와 퍼지 집합 이론은 사이버네틱스, 정보학, 전자공학, 수학과 우주 기술의 발전에서 새로운 시대를 열었습니다.

Qeyri-aşkar məntiq və çoxluq hər yerdə meydana çıxır və bütün məlumatları faydalı edir.
퍼지 논리와 집합은 어디에서나 나타나며, 모든 정보를 유용하게 만듭니다.

Ona ehtiyac indi daha artıq duyulur.
그것에 대한 필요성은 지금 더욱 절실히 느껴집니다.

Yaponiya firmalarında hazırlanan və idarə olunan paltaryuyan maşınlar, fotoaparatlar, kosmik cihazlar, rəngli televizorlar Lütfi Zadə nəzəriyyəsi əsasında hazırlanır.
일본 기업들에서 제작되고 제어되는 세탁기, 사진기, 우주 공학 장비, 컬러 TV들은 뤼트피 자데 이론을 바탕으로 제작됩니다.

Bu aparatların hər birində müəyyən işi görmək üçün düyməni basmaq kifayətdir.
이 장치들은 각각 특정한 작업을 수행하기 위해서 버튼을 누르는 것으로 충분합니다.

Paltardakı ləkə tanınır, ona uyğun dərman buraxılır və paltarın yuyulması axıra çatır.
옷에 있는 얼룩이 인식되고, 그것에 적합한 세제가 투입되며 옷의 세탁이 끝납니다.

Köhnə paltaryuyan maşınlarda tanıma prosesi yoxdur.
오래된 구형 세탁기에는 인식 프로세스가 없습니다.

Bu dediklərimizi fotoaparatlara, kosmik cihazlara, televizorlara, nitqi tanıyaraq kodlaşdıran və işləyən elektron cihazlara da aid etmək olar.
우리가 말한 이것들을 사진기들, 우주 장치들, 텔레비전들, 음성을 인식하면서 부호화하고 작동하는 전자 장치들에도 적용하는 것이 가능합니다.

Kosmik obyektlərin fikirlə idarə edilməsinə də çox qalmayıb.
우주 물체들을 생각으로 제어하는 것까지도 많이 남지 않았습니다.

Professor Lütfi Zadə, sözün əsl mənasında elektronika texnologiyası sahəsində inqilab yaratmışdır.
뤼트피 자데 교수는, 진정한 의미에서 전자 공학 기술 분야의 혁명을 일으켰습니다.

O, humanitar sahəyə aid elmlərin kompyuterləşdirilməsinin möhkəm əsasını qoymuşdur.
그는 인문 과학 분야를 컴퓨터 시스템과 결합하는 컴퓨터화의 확고한 기틀을 마련했습니다.

Lütfi Zadə nəzəriyyələri sahəsində bütün dünyada minlərlə məqalə və kitablar nəşr edilmişdir.
뤼트피 자데 이론들 분야에서 전 세계적으로 수천 편의 논문과 저서들이 출판되었습니다.

Bu nəzəriyyə sahəsində alınmış elmi və praktik nəticələri çap etdirmək üçün Amerika, Almaniya, Hollandiya və Yaponiyada xüsusi dövri jurnallar çıxır, beynəlxalq konfranslar keçirilir.
이 이론 분야에서 얻어진 학술적 및 실무적 결과물들을 인쇄하게 하기 위해 미국, 독일, 네덜란드 그리고 일본에서 특별한 정기 간행 잡지들이 나오고, 국제 회의들이 개최됩니다.

Professor Fərhad Tağıyev Lütfi Zadə ilə ilk və hələlik birinci görüşünü belə xatırlayır:
페르하드 타그예프 교수는 뤼트피 자데와의 첫 번째이자 현재까지는 유일한 만남을 이와 같이 회상합니다.

- Dahi Azərbaycan alimi Lütfi Zadə 1965-ci ildə, o vaxt Azərbaycan EA-nın prezidenti, akademik Zahid Xəlilov tərəfindən Bakıya dəvət edilmişdi.
"천재적인 아제르바이잔 과학자 뤼트피 자데는 1965년에, 그 당시 아제르바이잔 과학 아카데미의 회장이었던 학술원 회원 자히드 켈릴로프에 의하여 바쿠로 초대되었습니다.

Akademiyanın əsas binasında onun alimlər ilə görüşü və mühazirəsi var idi.
아카데미의 본관 건물에서 그의 과학자들과의 만남과 강연이 있었습니다.

Mühazirə qurtardıqdan sonra onun ətrafına yığışdıq.
강연이 끝난 후에 우리는 그의 주위로 모였습니다.

Zahid müəllim bizi onunla tanış etdi.
자히드 선생님께서 우리를 그에게 소개해주셨습니다.

O, Bakıda doğulduğunu, İçərişəhərdə qohumları olduğunu söylədi.
그는 자신이 바쿠에서 태어났으며, 이체리셰헤르에 친척들이 있다고 말했습니다.

Energetika və idarəetmə sistemləri sahəsində görkəmli mütəxəssis professor Yaqub Məmmədovla dostluğundan danışdı.
그는 에너지학 및 제어 시스템 분야에서 저명한 전문가인 야굽 멤메도프 교수와의 친분에 대해 이야기했습니다.

Onun məruzəsi məni valeh etdi.
그의 강연은 저를 완전히 매료시켰습니다.

Azərbaycan xalqının belə bir alim oğlunun olması ürəyimi fəxrlə doldurdu.
아제르바이잔 민족의 이러한 한 명의 학자 아들이 있다는 것이 나의 마음을 자부심으로 채웠습니다.

O zamandan onu mühazirələrimdə tələbələrə, radio və mətbuat vasitəsilə bütün Azərbaycan xalqına tanıtmağa çalışmışam.
그때부터 그를 저는 제 강연들에서 학생들에게, 라디오와 언론 매체를 통해서 모든 아제르바이잔 민족에게 알리기 위해 노력해왔습니다."

Professor Cahangir Babayev iki dəfə Lütfi Zadənin yanına ezamiyyətə getməklə öz doktorluq işini başa çatdırmışdı.
자한기르 바바예프 교수는 두 번 뤼트피 자데의 곁으로 출장을 다녀옴으로써 자신의 박사 논문을 완성했습니다.

Hazırda professor Lütfi Zadə professor Rafiq Əliyev, professor İsmayıl İbrahimovla dostluq edir.
현재 뤼트피 자데 교수는 라피그 엘리예프 교수, 이스마일 이브라히모프 교수와 우정을 나누고 있습니다.

Güney Azərbaycanda onun tələbələri çoxdur.
남아제르바이잔에는 그의 제자들이 많습니다.

Təsadüfi deyildir ki, 1995-ci ildə qeyri-aşkar məntiq nəzəriyyəsi sahəsində beynəlxalq konfrans Təbriz şəhərində çağırılmışdı.
1995년에 퍼지 논리 이론 분야의 국제 회의가 타브리즈 시에서 소집되었던 것은 우연이 아닙니다.

O, ikiyə bölünmüş vətənimizin dahi alimi və oğludur.
그는 둘로 나뉜 우리 조국의 천재적인 학자이자 아들입니다.

O, dünya elminin korifeylərindəndir.
그는 세계 과학의 거장들 중 한 명입니다.

Təbii ki, vətəndən çox-çox uzaqda yaşayan, şöhrətindən doğma yurduna pay düşən müdrik soydaşımızın bu gün Azərbaycanda getdikcə tanınması bizi fərəhləndirir.
당연하게도, 조국으로부터 매우 멀리 살고 있는, 그의 명성 때문에 고향 땅에 몫이 떨어지는 현명한 우리 동포가 오늘날 아제르바이잔에서 점점 더 알려지는 것이 우리를 기쁘게 합니다.

Qocalar kövrək olur, deyirlər.
노인들은 마음이 여려진다고, 사람들은 말합니다.

Dünya elmində inqilab etmiş müdrik alimin qəlbində oyanan hiss və duyğular sırasında biri onu kövrəldəcək, düşündürəcək.
세계 과학에서 혁명을 일으켰던 현명한 학자의 마음속에서 깨어난 감정과 정서들의 연속에서 하나가 그를 애틋하게 만들고, 생각에 잠기게 할 것입니다.

Bu, ikiyə bölünmüş 30 milyonluq Azərbaycan xalqının dahi oğluna bəslədiyi hörmət və məhəbbət olacaq.
이것은, 둘로 나뉜 3,000만 명의 아제르바이잔 민족이 천재적인 아들에게 품은 존경과 사랑이 될 것입니다.

단어


korifey (학문, 예술 등에서 뛰어나고 영향력 인물) 거장, 대가 psixoloq 심리학자 təmayüllü 특성화된, 전문화된, ~위주의, ~중점의 başa vurmaq 마치다, 졸업하다 soykök 뿌리, 혈통, 가문 mənşəli (특정 기원이 있는, 이런저런 기원에 속하는, 어떠한 기원으로부터 유래한) ~계의, ~ 유래의, ~ 출신의 bitki mənşəli dərman 식물성 약물 hibrid mənşəli heyvan 잡종 기원의 동물 sənayeçi 1. 실업가, 기업가, 산업가 2. 광업 종사자, 광산 노동자 neft sənayeçisi 석유 산업 종사자 bağlı olmaq 와 연결되다, 관계가 있다 adı ilə tanınmaq  ~라는 이름으로 알려지다 dərketmə 이해, 인지, 파악 reallıq 현실, 현실성 fantastika 공상, 판타지 aşkarlamaq 밝혀내다, 폭로하다 əsaslandırmaq 1. 기초를 세우다, 토대를 마련하다, 토대를 놓다 2. 근거를 제시하다, 입증하다, 뒷받침하다, 정당화하다 müddəalarını nəzəri dəlillərlə əsaslandırmaq 자신의 주장을 이론적 근거들로 뒷받침하다 öz görüşlərini əsaslandırmaq 자신의 견해에 대한 근거를 제시하다 gerçəklik 1. 현실, 실재, 사실 2. 올바름, 진실성, 들어맞음, 사실성, 확실성 cəbr 강압, 폭력, 압제 cəbr çəkmək 죗값을 치르다, 형벌을 받다 cəbr etmək 1. 강제력을 행사하다, 탄압하다 2. 강제하다, 강요하다 cəbr eləmək 1. 강제력을 행사하다, 탄압하다 2. 강제하다, 강요하다 cəbrə düşmək 곤경에 처하다, 고통을 겪다, 고초를 겪다, 곤욕을 치르다 cəbr 대수, 대수학 cəbrən 억지로, 힘으로, 강제력을 사용하여, 강제로 시키며, 강요 하에, 위압적으로 cəbrən razı olmaq 강제로 동의하다 cəbrən qəbul etmək 억지로 수용하다, 억지로 받아들이다 cəbri 1. 강제로 실행되는, 억지로 행해지는, 의무적인, 강제적인 2. 강제적인, 의무적인, 강제 하의 cəbri (수학) 대수의, 대수적인 irrasional cəbri tənlik 무리 대수 방정식 sadə cəbri ədədlər 단순 대수적 수들 cəbrşünas 대수학 전문가, 대수학자 konsepsiya 컨셉, 개념 çoxsaylı 매우 많은, 수많은 tədqiqatçı 연구자 aysberq 빙산 həqiqətəuyğun 진리에 부합하는 것 əmək 1. 노동, 근로, 노고 2. 수고, 노력, 분투, 정성 əmək aləti 노동 도구, 작업 도구 əmək çəkmək 애쓰다, 정성을 들이다, 노고를 아끼지 않다 əmək haqqı 임금, 봉급, 보수 əmək intizamı 노동 규율, 근로 기강 əmək intizamını yüksəltmək 노동 규율을 강화하다 əmək qabiliyyəti 노동 능력, 근로 능력 əmək qabiliyyətini itirmək 노동 능력을 상실하다 əmək qoymaq 공을 들이다, 노력을 쏟다, 힘쓰다 əmək məhsuldarlığı 노동 생산성 əmək mükəlləfiyyəti 노동 의무, 근로 부역 əmək-islah düşərgəsi 노동 교화소, 노동 수용소 əməyi itmək 수고가 물거품이 되다, 공든 탑이 무너지다, 헛수고하다 əməyi zay olmaq 수고가 물거품이 되다, 공든 탑이 무너지다, 헛수고하다 əməyi əlində qalmaq 수고가 물거품이 되다, 공든 탑이 무너지다, 헛수고하다 əməyi zaya getmək 수고가 물거품이 되다, 공든 탑이 무너지다, 헛수고하다 əməyi bada getmək 수고가 물거품이 되다, 공든 탑이 무너지다, 헛수고하다 əməyi gözündən gəlsin! (저주의 표현) 은혜도 모르는 놈 같으니! əməyim gözündən gəlsin! (저주의 표현) 은혜도 모르는 놈 같으니! əmək kitabçası 노동 수첩, 근로 경력 증명서 əmək ordusu 노동자들, 근로자들, 근로 군단 əmək sazişi 근로 계약, 업무 협약 əmək tərbiyəsi 노동 교육, 근로 교육 obyektivlik 객관성, 객관적임 prinsipiallıq 원칙 준수, 원칙적임 proqnozlaşdırma 예측하기, 전망하기 proqnozlaşdırmaq 예측하다, 전망하다 istiqamətvermə 방향 제시, 길잡이 əksini tapmaq 나타나다, 반영되다 istiqamət vermək 방향을 제시하다, 인도하다 tənqidi 1. 비평의, 비판적인 2. 비판적으로, 비평적으로 3. 비판하는, 지적하는 tənqidi əsər 비평서 tənqidi mülahizə 비판적인 고찰 tənqidi realizm 비판적 리얼리즘 yer vermək 자리를 내주다, 할당하다, 다루다 zəruri saymaq 필수적이라 여기다, 필요하다고 간주하다 məna tutumu 의미 함축, 의미적 깊이 açıqlamaq 밝히다, 설명하다 redaksiya 편집부, 편집국 nəşriyyat redaksiyası 출판사 편집부 tiraj 발행 부수, 티라주 buraxılmaq 발행되다, 출시되다 irihəcmli 방대한, 대용량의 xətti 선형의 fasiləsiz 중간에 휴식 없이, 휴식하지 않고, 쉬지 않고, 끊임없이, 중단됨 없이, 끊임없는, 쉼 없는, 연속적인 fasiləsiz tamaşa 휴식 시간 없는 공연 fasiləsiz işləmək 쉬지 않고 일하다 fasiləsizlik 끊이지 않음, 쉬지 않고 계속됨, 부단함, 연속성, 부단함 dayanıqlıq 1. 안정성, 지속성, 견고함 2. 인내심, 강인함, 꾸준함 idarəçilik 관료주의, 형식주의, 행정 편의주의 anlayış 개념, 이해 şərh 1. 해설, 설명, 해석, 주석 2. 평론, 논평, 주해 siyasi mətbuatda şərh 정치 언론에서의 논평 şərh etmək 설명하다, 해설하다, 기술하다 şərh eləmək 설명하다, 해설하다, 기술하다 şərh qılmaq 설명하다, 해설하다, 기술하다 şərhçi 해설가, 논평가, 주석가 şərhini tapmaq (상세히) 설명되다, 반영되다 optimal 최적의 çoxmeyarlı 다기준의, 다속성의 optimallaşdırma 최적화 optimallaşdırmaq 최적화시키다 gəlir götürmək 수익을 올리다, 수익을 얻다 gəlir 수입, 소득, 수익 gəlirli 수익성이 좋은, 돈이 되는, 이익이 남는, 수입이 있는, 수입을 가져오는 gəlirli sənət 수익이 좋은 기술 gəlirli iş 돈이 되는 일 gəlirlilik 수익성이 있음, 이익이 남음, 수입이 있음 gəlirsiz 수익성이 없는, 소득 없는, 돈이 안 되는, 이익이 없는 gəlirsiz sahələr 수익성이 없는 분야들 gəlirsizlik 수입이 없음, 수익이 없음, 이익이 없음, 소득이 없음 qəbuletmə 수락, 수용, 받아들임 əsas götürmək 기초로 삼다, 토대로 하다 konkret olaraq 구체적으로 çalar 1. 색조, 뉘앙스, 빛깔 2. 뉘앙스, 미묘한 차이, 속성 rəng çaları 색의 색조 sözün məna çalarları 단어의 의미적 뉘앙스들 3. (일련의 색상 이름에 붙어 유사함, 닮음, 근접함을 나타냄) ~색을 띈, ~색을 띄는, ~ 계열의, ~ 기가 있는 ağaçalar 흰색을 띄는 qırmızıyaçalar 붉은색을 띄는 çalarlıq 1. 색조, 뉘앙스, 빛깔 2. 뉘앙스, 미묘한 차이, 속성 təsvir olunmaq 묘사되다 mütləq 1. 필연적으로, 의심할 여지 없이, 물론, 확실히, 어쨌든, 반드시, 꼭 2. 어떻게 되든 간에, 어떤 경우에도, 무조건적으로, 무조건, 기어이, 필히 3. (부정어와 함께) 결코, 전혀, 절대로, 단호히 4. 절대자, 절대 정신 5. 절대적인 əhalinin mütləq artımı 인구의 절대적 증가 mütləq monarxiya 전제 군주제 mütləq sıfır 절대 0도 mütləq çempion 종합 우승자 mütləq çoxluq 절대 다수, 대다수 mütləqa 1. 절대적으로, 물론, 어떻게 해서든, 반드시, 무조건, 말할 필요 없이, 의심할 여지 없이, 기필코 2. (부정어와 함께) 절대로, 결코 mütləqiyyət 전제 정치, 절대 왕정, 전제주의 mütləqiyyətçi 전제주의자, 절대 왕정 지지자 bənzərlik 유사성, 대응성 izah etmək 설명하다 düçar 빠진, 걸린, 당한 düçar etmək 처하게 하다, 겪게 하다, 당하게 하다, 마주치게 하다, 맞닥뜨리게 하다 düçar olmaq 1. (병에) 걸리다, (불행을) 당하다, 겪다 2. 만나다, 맞닥뜨리다, 마주치다, 우연히 마주치다 3. 노출되다, (해를) 입다, 발생하다, 당하다, 처하다 dolğun 1. 통통한, 살집이 있는, 풍만한 2. 가득 찬, 부풀어 오른, 부은, 팽팽한 3. 가득 찬, 가득한 4. 유력한, 강한, 우렁찬, 힘 있는 5. 성숙한, 무르익은 6. 준비된, 경험 많은, 묵직한, 다방면의, 역량 있는, 내공 있는, 탄탄한 7. 풍성한, 심도 있는, 알찬, 내용이 풍부한, 깊은, 다각적인 8. 완전한, 많은, 많이, 충분한, 넉넉한 9. 매우 감동한, 마음이 가득 찬, 눈물이 고인, 애틋해진, 목이 메인, 울컥한, 애잔한 10. 눈물로 가득 찬, 눈물이 그렁그렁한, 눈물 어린 dolğun məzmun 알찬 내용 dolğun nitq 심도 있는 연설 dolğunlaşma 통통해짐, 성숙해짐, 풍성해짐 dolğunlaşmaq 1. 살찌다, 살집이 오르다, 통통해지다 2. 성숙해지다, 무르익다, 완성에 도달하다 3. 더욱더 의미 있게 되다, 내용이 있게 되다, 의미상으로 풍부해지다, 내용상으로 풍부해지다, 내실이 다져지다, 심화되다 dolğunluq 1. 살찜, 충만함, 통통함, 풍만함 2. 충만함, 포만감 3. 성숙도, 완숙미 4. 완성도, 충실함 məzmun dolğunluğu 내용의 충실함 əsərin ideyaca dolğunluğu 작품 사상의 완성도 dolğunmaq 통통해지다, 익다, 무르익다, 여물다 dolğunsifət 얼굴이 통통한, 살찐 dolğunsifətli 얼굴이 통통한, 살찐 dolğunvücud 체격이 좋은, 통통한 몸매의 dolğunvücudlu 체격이 좋은, 통통한 몸매의 fəhm 이해력, 통찰력, 지각 fəhm etmək 이해하다, 알아듣다, 깨닫다, 파악하다, 알아차리다 fəhm qılmaq 헤아리다, 깨닫다 fəhmli 이해력이 있는, 지각 있는, 총명한, 영리한 fəhmli adam 이해력이 좋은 사람 fəhmsiz 이해력이 없는, 지각 없는, 무지한, 우둔한 fəhmsiz oğlan 이해력이 부족한 소년 təəssürat 인상, 소감, 느낌 aksiom (수학) 공리 xassə 1. 특성, 고유성, 성질 2. 자질, , 특징, 속성, 품질, 특질 mədən sularının şəfaverici xassələri 광천수의 치유적 속성들 xassəli ~의 성질을 가진, 특유의 자질이 있는, 특성이 있는, 특징이 있는 müxtəlif xassəli maddələr 다양한 성질을 가진 물질들 əlamət 1. 징후, 증상, 표식, 특징 2. 흔적, 자취, 잔재 3. 상징, 표현, 신호, 조짐, 징조 4. 비범한 것, 독보적인 존재 xəstəliyin əlamətləri 질병의 증상들 əlaməti-fariqə 변별적 특징, 식별 표지 əlamətdar 획기적인, 기념비적인, 의미심장한, 매우 큰 중요성을 지닌 əlamətdar tarix 역사적인 날짜 əlamətdar hadisə 중대한 사건 əlamətdar gün 뜻깊은 날 əlamətdarlıq 의미심장함, 매우 중요함, 중요성, 의의 hadisənin əlamətdarlığı 사건의 중대성 sorğu 1. 질문, 질의, 응답, 설문조사 2. 심문, 취조, 캐묻기 sorğuya qısa cavab vermək 질문에 짧게 답변하다 sorğu etmək 질문하다, 묻다, 질문을 던지다 sorğu-sual 1. 질문, 질의, 응답, 설문조사 2. 심문, 취조, 캐묻기 sorğu-sual etmək 질문하다, 묻다, 질문을 던지다 sorğu-suala tutmaq 잇달아 질문을 던지다, 많이 심문하다, 캐묻다, 질문 공세를 퍼붓다, 꼬치꼬치 캐묻다 paltaryuyan 1. 빨래하는, 세탁하는 2. 세탁부 2. 세탁용의, 세탁하기 위한 3. 세탁기 paltaryuyan maşın 세탁기 idarə olunmaq 제어되다, 관리되다 iş görmək 작업을 수행하다, 일을 보다 kodlaşdırmaq 부호화하다, 코딩하다 kompyuterləşdirilmə 컴퓨터화, 전산화됨 kompyuterləşdirilmək 컴퓨터화되다, 전산화되다 kompyuterləşdirmə 컴퓨터화시킴, 전산화시킴 kompyuterləşdirmək 컴퓨터화하다, 전산화하다 əsasını qoymaq ~의 기초를 닦다, ~의 기틀을 마련하다 tanıtmaq 1. 소개하다, 알리다 2. 널리 알리다, 홍보하다, 전파하다, 유명하게 만들다, 명성을 퍼뜨리다, 이름을 알리다 beynəlxalq konfrans 국제 회의 pay düşmək 몫이 돌아가다, 혜택을 입다 pay 1. 몫, 지분, 배당 2. 1인분, 음식 몫 3. 부분, 조각 4. 상속분, 유산 몫 5. 배(倍), 갑절 6. 선물, 선사품, 기념품, 보답, 찬조 7. 운, 운명, 숙명, 보상, 팔자 8. 대가, 응보 9. 출자금, 배당금, 분담금 pay çəkmək 각 사람을 위해 음식을 덜어 담다, 음식을 덜어주다, 배식하다 payın çox olsun! (선물(선사품, 선물)을 준 사람에게 하는 감사 표현) 베풀어주셔서 감사합니다, 복 많이 받으세요 payınız çox olsun! (선물(선사품, 선물)을 준 사람에게 하는 감사 표현) 베풀어주셔서 감사합니다, 복 많이 받으세요 payın artıq olsun! (선물(선사품, 선물)을 준 사람에게 하는 감사 표현) 베풀어주셔서 감사합니다, 복 많이 받으세요 payınız artıq olsun! (선물(선사품, 선물)을 준 사람에게 하는 감사 표현) 베풀어주셔서 감사합니다, 복 많이 받으세요 payına düşmək 운명이 되다, 행운으로 돌아오다, ~의 몫이 되다, ~에게 돌아오다 payına çıxmaq 운명이 되다, 행운으로 돌아오다, ~의 몫이 되다, ~에게 돌아오다 payını almaq 대가를 치르다, 처벌받다, 혼쭐나다 kooperativ payı 협동조합 출자금 üzvlərin payı 회원들의 분담금 pay 발, 발치 kövrəltmək 1. 연하게 만들다, 약하게 하다, 부서지기 쉬운 상태로 만들다, 연약하게 만들다 2. 마음을 뭉클하게 하다, 감동시키다, 울컥하게 하다, 쉽게 감동시키다, 감동을 주다, 애틋하게 하다, 울먹이게 하다 uşağı kövrəltmək 아이를 울먹이게 하다 ürəyini kövrəltmək 심금을 울리다, 마음을 약하게 하다 qəlbini kövrəltmək 심금을 울리다, 마음을 약하게 하다

문법


- '명사 여격 gəlincə' 는 '~에 관해서라면', '~에 관해 말하자면' 이라는 의미다.

Post a Comment

다음 이전