아제르바이잔 러시아인 학교 아제르바이잔어 과목 교과서 2011년 9학년 07 역사학자 지야 뷘야도프

아제르바이잔 러시아인 학교 아제르바이잔어 과목 교과서 2011년 9학년 07 역사학자 지야 뷘야도프



지문


ZİYA BÜNYADOV
지야 뷘야도프

Azərbaycanın hər bir elm sahəsində adlı-sanlı, tanınmış, görkəmli insanları həmişə olmuş və indi də var.
아제르바이잔의 모든 학문 분야에서 이름 있고 유명하고 저명한 인물들은 항상 존재해 왔고, 지금도 마찬가지입니다.

Onlardan biri də tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, vitse-prezidenti mərhum Ziya Bünyadov idi.
그들 중 한명으로 역사 학자이자 교수, 아제르바이잔 국립 과학 아카데미의 정회원이자 부회장이었던 고인 지야 뷘야도프였습니다.

Ziya Musa oğlu Bünyadov haqqında daha hansı dəqiq məlumatlara malikik?
우리들은 지야 무사 오글루 뷘야도프에 대해서 더 어떤 정확한 정보를 갖고 있나요?

Z. Bünyadov 1921-ci il dekabrın 24-də vətənimizin ən dilbər guşələrindən biri olan Astarada doğulmuşdur.
지야 뷘야도프는 1921년 12월 24일에 우리들의 조국의 가장 아름다운 곳 중 하나인 아스타라에서 태어났습니다.

Mütaliəyə, təhsilə, elmə çox maraq göstərmiş, şərqşünas alim kimi yetişmişdir.
그는 독서, 교육, 학문에 많은 관심을 보였고, 동양학자로써 양성되었습니다.

Sovet İttifaqı Qəhrəmanı, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının akademiki kimi fəxri adlara layiq görülmüşdür.
그는 소비에트 연방 영웅, 역사학 박사, 교수, 아제르바이잔 공화국 국립 과학 아카데미 회원과 과 같은 명예로운 칭호를 수여받았습니다.

Z.Bünyadov 1939-cu ildə Bakıda hərbi məktəbə daxil olmuşdur.
지야 뷘야도프는 1939년에 바쿠에서 군사학교에 입학했습니다.

1941-1945-ci illər müharibəsində vzvod, rota və batalyon komandiri kimi Berlinədək uzun bir döyüş yolu keçmiş, böyük qəhrəmanlıqlar göstərmişdir.
그는 1941~1945년 전쟁에서 소대, 중대 그리고 대대 지휘관으로서 베를린까지 긴 전투의 여정을 거쳤으며, 위대한 영웅적 면모를 보여주었습니다.

Polşa ərazisində gedən döyüşlərdə isə daha çox fərqlənmişdir.
폴란드 영토에서 진행되는 전투들에서는 더 많이 두각을 나타냈습니다.

O, ordudan tərxis olunduqdan sonra, 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir.
그는 군대에서 전역한 후에, 1946년에 모스크바 동방학 대학교에 입학했고, 1950년에 그곳을 졸업했습니다.

1954-64-cü illərdə Azərbaycan Respublikası EA Tarix İnstitutunda, 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitutunda Orta əsrlər tarixi şöbəsinin rəhbəri seçilmişdir.
그는 1954년부터 1964년까지 아제르바이잔 공화국 과학 아카데미 역사 연구소에서, 1964년부터는 근동 및 중동 민족 연구소에서 중세사 부서장으로 선출되었습니다.

Ziya Bünyadov Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından olmuş, eyni zamanda alban tarixçisi Mixtar Qoşun "Alban xronikası" əsərini ingilis dilindən, Əbdürrəşid Bakuvinin "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" və Nəsəvinin "Sultan Cəlaləddin Mankburnunun həyatının təsviri" əsərlərini ərəb dilindən rus dilinə tərcümə etmişdir.
지야 뷘야도프는 칼리파국과 아제르바이잔의 7-13세기들 역사의 연구가들 중의 하나였고, 동시에 알바니아 역사학자 미크타르 고쉬의 '알바니아 연대기' 작품을 영어로부터,앱뒤르레쉬드 바쿠비의 '유적들의 요약과 강력한 통치자의 기적들'과 내새비의 '술탄 잴랄랫딘 망부르누의 삶의 묘사" 작품들을 아랍어로부터 러시아어로 번역했습니다.

Əsərləri İraq, Fransa və Türkiyədə də nəşr olunmuşdur.
그의 저작들은 이라크, 프랑스와 튀르키예에서도 출판되었습니다.

Onun ən böyük xidmətlərindən biri də professor Vasim Məmmədəliyevlə birlikdə müqəddəs "Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə etməsidir.
그의 또 다른 가장 큰 업적 중 하나는 바심 맴매댈리예프 교수와 함께 쿠란을 아제르바이잔어로 번역한 것입니다.

Bir sözlə, Ziya Bünyadov tarixin ən dərin qatlarını tədqiq edən, Azərbaycanın tarixi coğrafiyasına dair erməni uydurmalarına qarşı tutarlı dəlillərlə çıxan ən güclü tarixçi alimimiz idi.
한 마디로, 지야 뷘야노프는 역사의 가장 깊은 층들을 연구하고, 아제르바이잔 역사 지리에 대한 날조에 대항해서 타당한 증거들로 대응한 우리들의 가장 역량 있는 역사학자였습니다.

단어


dilbər 1. 아름다운, 사랑스러운, 미인 2. 연인, 미인 3. 매혹적인, 황홀한 dilbər qız 아름다운 소녀 dilbər gəlin 아름다운 신부 dilbəranə 아름답게, 매혹적으로 dilbərcəsinə 미인처럼, 미인의 자태로, 아름답게, 매혹적인 태도로 dilbərlik 아름다움, 마음을 사로잡는 매력, 미모 vzvod (군대 단위) 소대 rota (군대 단위) 중대 batalyon (군대 단위) 대대 tərxis 제대, 전역 tərxis etmək 제대시키다, 전역시키다 ordunu tərxis etmək 군대에서 전역시키다 tərxis olunmaq 제대하다, 전역하다 xülasə 1. 간단히, 한마디로, 요약컨대, 요컨대, 한마디로 2. 개요, 요약, 줄거리 3. 결과, 결론, 결실 xülasə etmək 요약하다, 개괄하다 qüdrət 1. 위력, 저력, 권능 2. 힘, 능력, 기력, 기량 3. 영향력, 힘 4. 기력, 능력, 여력 5. 의지, 의지력, 정신력, 기개 6. 용기, 담력 7. 자연, 천성, 창조물 qüdrətdən 자연으로부터, 천성으로부터, 창조로부터, 천연의, 타고난 qüdrətlənmək 매우 강해지다, 매우 힘이 세지다, 강성해지다, 강해지다 qüdrətli 매우 강력한, 매우 강한, 강력한, 위대한, 막강한 qüdrətlilik 강력함, 유능함, 강함, 능력 qüdrətsiz 무능한, 힘없는, 약한, 무력한, 기량이 없는 qüdrətsizlik 무능함, 힘없음, 기력 없음, 약함, 무력함, 유약함, 기량 부족 tutar 힘, 기력, 기운, 저력 tutarlı 1. 근거 있는, 적절한, 증명된, 부인할 수 없는, 정곡을 찌르는, 올바른, 정확한, 설득력 있는, 타당한, 확실한 2. 단단한, 강력한, 묵직한, 매운 tutarlı sübut 확실한 증거 tutarlı cavab 설득력 있는 답변 tutarlı zərbə 강력한 타격 tutarlılıq 타당성, 설득력, 일관성 sübutların tutarlılığı 증거들의 타당성 tutarsız 근거 없는, 증거 없는, 논거 없는, 터무니없는 tutarsizliq 증거 없음, 근거 없음, 논거 없음, 타당성 결여 dəlil 근거, 논거, 증거 tutarlı dəlil 설득력 있는 논거 dəlil gətirmək 근거를 제시하다 dəlil etmək 길을 보여주다, 타이르다, 인도하다, 훈계하다 dəlil-nəsihət etmək 길을 보여주다, 타이르다, 인도하다, 훈계하다 dəlil-dəlalət etmək 길을 보여주다, 타이르다, 인도하다, 훈계하다 dəlil eləmək 길을 보여주다, 타이르다, 인도하다, 훈계하다 dəlil-nəsihət eləmək 길을 보여주다, 타이르다, 인도하다, 훈계하다 dəlil-dəlalət eləmək 길을 보여주다, 타이르다, 인도하다, 훈계하다 dəliləşmə 미쳐감, 발광함 dəliləşmək 미치다, 미친 상태가 되다, 제정신을 잃다, 사나워지다, 미친 듯이 행동하다, 실성하다, 광분하다 dəlilik 1. 광기, 정신 이상 2. 어리석은 일과 행동, 어리석은 말, 미친 짓 dəlilik 광기의 징후 dəlilik etmək 어리석은 일을 하다, 의미 없는 행동을 하다, 고집을 피우다 dəliliyi tutmaq 고집을 피우다, 억지를 부리기 시작하다 dəlilləşdirilmə 입증됨, 근거가 제시됨 dəlilləşdirilmək 입증되다, 근거가 마련되다, 근거들로 뒷받침되다 dəlilləşdirmə 입증, 근거 제시 dəlilləşdirmək 입증하다, 실증하다, 근거들로 뒷받침하다 dəlilləşmə 근거가 세워짐 dəlilləşmək 근거들로 토대를 두다, 근거를 갖추다 dəlilli 근거 있는, 타당한, 증명된, 확실한 기반이 있는 dəlilsiz 근거 없는, 증명되지 않은, 무분별한 dəlilsizlik 증거가 없음, 근거 없음, 증거 부재, 증거 부족

지문


ƏDƏBİ-BƏDİİ TƏDBİRDƏ
예술제에서

Məktəbdə böyük bir tədbir keçirilirdi.
학교에서 큰 행사가 열리고 있었습니다.

Doqquzuncu sinif şagirdləri arasında deklamasiya yarışına da yekun vurulacaqdı.
9학년 학생들 사이에서 열린 웅변 대회 또한 마무리될 예정이었습니다.

Yarışın dialoq-diskussiya nömrələri də var idi.
경연에는 대화와 토론 종목도 있었습니다.

Şərtə görə, hər sinifdən üç nəfər nəsr, nəzm parçalarını bədii-obrazlı ifadə etməli, intonasiyanı, vurğunu və orfoepiyanı gözləməli idi.
규칙에 따르면, 각 학급에서 3명이 산문, 운문 구절을 예술적이고 형상적으로 표현해야 했으며, 억양, 강세와 발음법을 지켜야 했습니다.

Rəhbəri olduğum 9 "a" sinfindən Sitarə Əzimova azadlıq aşiqi Xəlil Rza Ulutürk haqqında qısa çıxış edib, onun "Afrikanın səsi" şeirini oxumalı, Aydın Rəhimov şair Vaqif Aslanın "Ruhlarla söhbət" poemasından parçalar söyləməli, Şəfəq Məmmədova isə əvvəlcə Vüqar Əhmədin sözlərinə yazılmış "Anam mənim" mahnısını oxumalı idi.
제가 담임을 맡은 9학년 a반의 시타래 애지모바는 자유의 연인  캘릴 르자 울루튀르크에 대해 짧게 발표한 후 그의 시 "아프리카의 소리"를 낭송해야 했으며, 아이든 래히모프는 시인 바기프 아슬란의 서사시 "영혼들과의 대화" 중 일부를 낭독해야 했고, 섀팩 맴매도바는 먼저 뷔가르 애흐매드가 작사한 "나의 어머니"라는 노래를 불러야 했습니다.

Şagirdlərimizin şeirləri emosional şəkildə, gözəl səslə oxumaları valideynlərin də, müəllimlərin də, şagirdlərin də uzun sürən alqışlarına səbəb oldu.
우리 학생들이 시를 감정적인 방식으로, 아름다운 목소리로 낭송한 것은 학부모와 교사, 그리고 학생들의 길게 이어진 박수 갈채의 원인이 되었습니다.

Odur ki, münsiflər heyəti belə gözəl çıxış etdiyimizə görə bizə əlavə bir yer də verdi.
그래서 심사위원든은 이렇게 우리들이 아름답게 발표한 것 때문에 우리들에게 추가 순위를 하나 더 주었습니다.

Dördüncü ifaçımız Səmra Kərimli öz müəllimi şair Rafiq Yusifoğlunun "Ey Vətən!" şeirini ifa etdi.
우리의 네 번째 출연자인 샘라 캐림리는 자신의 스승인 시인 라픽 유시프오글루의 '오, 조국이여!' 시를 낭송했습니다.

단어


deklamasiya 낭독, 낭송, 웅변 nömrə 1. 번호, 순번 2. 치수, 사이즈, 호수 3. 호, 회분, 판 4. 객실, 방, 호실 5. 종목, 순서, 레퍼토리 6. 수작, 장난, 속임수, 짓 evin nömrəsi 집 번호, 집 번지 inventar nömrəsi 재고 번호 biletin nömrəsi 표 번호 nömrə gəlmək 속이다, 책략을 쓰다, 사기를 치다, 수작을 부리다, 속임수를 쓰다 yoldaşına nömrə gəlmək 동료에게 수작을 부리다 nömrəbaz 교활한, 사기꾼 같은 nömrələmə 번호 매기기, 번호 기입 nömrələmək 번호를 매기다, 넘버링하다 kitabları nömrələmək 책들에 번호를 매기다 nömrələnmək 번호가 매겨지다, 번호가 적히다, 번호가 붙여지다 nömrələnmiş 번호가 적힌, 번호가 찍힌, 번호가 매겨진 nömrələnmiş sənədlər 번호가 매겨진 서류들 nömrələnmiş yerlər 번호가 매겨진 좌석들 nömrəli 번호가 있는, 번호가 적힌, 번호가 찍힌, ~번의, ~호의 nömrəsiz 번호가 없는, 번호가 찍히지 않은, 번호가 붙지 않은 nəzm 운문, 시, 시가 nəzm etmək 시로 짓다, 운문으로 표현하다  nəzmə çəkmək 시로 짓다, 운문으로 표현하다 nəzmən 운문으로 된, 시 형식의 intonasiya 억양 orfoepiya 정음법, 표준 발음법 vurğu 1. 타격, 충격 2. 박동, 울림, 고동 3. 중풍, 뇌졸중, 뇌출혈 3. 재앙, 불행, 화, 액운 vurğu 액센트, 강세, 강조 vurğu işarəsi 강세 기호 vurğulu 강세가 있는, 강세 기호가 있는 vurğulu hərf 강세가 있는 글자 vurğun 1. 반한, 사랑에 빠진, 지나치게 사랑하는, 매료된, 열렬히 사랑하는 2. 중풍 맞은, 큰 충격을 받은 vurğusuz 강세가 없는 vurğusuz heca 강세 없는 음절 vurğusuzluq 강세가 없음, 무강세 münsif 중재자, 심판, 조정자 münsif olmaq 중재자가 되다, 중개하다, 중재하다, 조정하다 münsiflər heyəti 심사위원단 münsiflik 중재 업무, 심판직

지문


DAHİ BƏSTƏKAR
천재 작곡가

Qarayev Qara Əbülfəz oğlu 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur.
가라예프 가라 애뷜패즈 오글루는 1918년에 바쿠에서 태어났습니다.

İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində almış, 1933-1938-ci illərdə isə həmin Konservatoriyada oxumuşdur.
그는 첫 음악 교육을 아제르바이잔 국립 음악원 산하의 노동자 학부에서 받았고, 1933-1938년에는 해당 음악원에서 공부했습니다.

Bəstəkarlıq üzrə R.L.Rudolfdan, Azərbaycan xalq musiqisinin əsasları üzrə Ü. Hacıbəyovdan dərs almışdır.
그는 작곡에 관해서 R.L.루돌프로부터, 아제르바이잔 민속 음악의 기초들에 관하여 Ü.하즈배요프로부터 수업을 받았습니다.

1946-cı ildə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında D.D. Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir.
그는 1946년에 P.I.차이코프스키 모스크바 국립 음악원에서 D.D.쇼스타코비치의 작곡반을 졸업했습니다.

Həmin ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamış, 1957-ci ildə professor adına layiq görülmüşdür.
그는 해당 연도부터 Ü.하즈배요프 아제르바이잔 국립 음악원에서 수업을 가르치기 시작했고, 1957년에 교수 직함을 수여받았습니다.

O, müxtəlif mövzulu süitaların müəllifidir.
그는 다양한 주제의 모음곡들의 작곡가입니다.

Bunların bir çoxu "Yeddi gözəl", "İldırımlı yollarla" baletinə və "Xəzər neftçiləri haqqında dastan", "Vyetnam", "Dənizi fəth edənlər", "Don Kixot" kinofilmlərinə yazılan musiqi əsasında yaradılmasına baxmayaraq, müstəqil əsər kimi şöhrət qazanmışdır.
이것들의 상당수는 "일곱 미인", "번개 치는 길들을 따라" 발레에 그리고 "카스피해 석유 노동자들에 관한 서사시", "베트남", "바다를 정복하는 자들", "돈 키호테" 영화들에 사용된 음악을 바탕으로 창작되었음에도 불구하고, 독립적인 작품으로서 명성을 얻었습니다.

"Don Kixot" simfonik qravürləri janr etibarı ilə orijinaldır.
"돈 키호테" 교향적 소품들은 장르 측면에서 독창적입니다.

Q. Qarayev yaradıcılığında ideya aktuallığı və məzmun əsas yer tutur.
Q. 가라예프의 창작에서 아이디어의 시의성과 내용은 주요한 자리를 차지하고 있습니다.

İnsanın gözəllik, ülvilik və ucalıq uğrunda mübarizəsi Qarayev musiqisinin əsas mövzusudur.
인간의 아름다움, 숭고함 그리고 고귀함을 위한 투쟁은 가라예프 음악의 핵심 주제입니다.

O, əsrimizin bir çox kəskin ictimai problemlərini sənətkarlıqla açmışdır.
그는 우리 세대의 많은 날카로운 사회적 문제들을 예술성 있게 밝혔습니다.

Qara Qarayev uzaq keçmişə dair mövzulara da müasir dövrün ideyaları baxımından yanaşır.
가라 가라예프는 먼 과거에 관한 주제들에도 현대 시기의 아이디어들 관점에서 접근합니다.

Onun novator axtarışları Azərbaycan xalqının musiqi təfəkkürünün xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nailiyyətlərinə əsaslanmışdır.
그의 혁신적인 탐구들은 아제르바이잔 민족의 음악적 사고의 특징들에, 또한 지난 세기들의 작곡 학교들과 음악 조류들의 가장 훌륭한 성취들에 그 뿌리를 두고 있습니다.

Qara Qarayevin musiqisi ümumdünya şöhrəti qazanmış, baletləri ölkəmizin və bir sıra dünya teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur.
가라 가라예프의 음악은 전 세계적인 명성을 얻었고, 그의 발레들은 우리 나라와 일련의 세계 극장들의 무대 위에서 공연되었습니다.

Qara Qarayev hazırda yetişən gənc musiqiçilər nəslinin də müəllimi sayılır.
가라 가라예프는 현재 성장하고 있는 젊은 음악가 세대의 스승으로도 추앙받고 있습니다.

단어


nəzd 곁, 부근, 산하 nəzdində 곁에, 기관의 소속 하에, 산하의, 부속의, ~에 소속된 qravüra 1. 판화, 판각화, 에칭 2. 판화판, 판목, 원판 qravüraçi 판화가, 조각사 qravür 1. (음악적) 소품 2. 판화 aktuallıq 시의성 novator 혁신적인, 새 시대를 여는 təfəkkür 1. 사유, 사고, 성찰 2. 생각, 소견 elmi təfəkkür 과학적 사고 təfəkkür etmək 사고하다, 생각하다, 숙고하다, 고심하다 təfəkkür qılmaq 사고하다, 생각하다, 숙고하다, 고심하다 cərəyan 1. 흐름, 물살, 급류 2. 해류, 조류 3. 전류, 전력 4. 사조, 조류, 파 iti cərəyan 빠른 물살 dəniz cərəyanları 해류 isti cərəyan 난류 soyuq cərəyan 한류 yüksəktezlikli cərəyan 고주파 전류 cərəyanın gücü 전류의 세기 satirik cərəyan 풍해 사조 mürtəce cərəyan 반동적 조류 incəsənətdə cərəyanlar 예술 사조들 cərəyanölçən 전류계, 유속계 əsaslanmaq 1. 기초하다, 근거하다 2. 토대를 두다, 입각하다 3. 기틀을 잡다, 정착하다, 뿌리를 내리다, 자리를 공고히 하다 ciddi dəlillərə əsaslanmaq 확실한 증거에 근거하다 qanunlara əsaslanmaq 법률에 입각하다

Post a Comment

다음 이전