Qaçaq Nəbi
도망자 내비
Təxminən yüz əlli il bundan əvvəl Qarabağ dağlarında, Araz çayı
yaxınlığındakı kəndlərdə Nəbi adlı qoçaq bir adamın adı dillər əzbəri
olmuşdu.
약 150년 전 카라바그 산맥에 아라즈 강 근처에 있는 마을들에 '내비'라는
이름을 가진 매우 용감한 사람이 유명해졌습니다.
Aşıqlar onun hünərinə şeirlər qoşur, hər yerdə onun haqqında
danışırdılar.
악사들은 그의 용기에 대해 시를 지었고, 모든 곳에서 그에 대해 이야기하고
있었습니다.
O zaman Azərbaycanda çar hökuməti, qudurğan bəylər kəndlilərə çox zülm
edirdilər.
그 시기 아제르바이잔에는 차르 통치, 미쳐날뛰는 귀족들이 마을들을 매우
탄압하고 있었습니다.
Bəzi adamlar bu zülmə dözmür, çar hökumətinə və bəylərə qarşı
vuruşurdular.
몇몇 사람들은 이 탄압에 견디지 않고, 차르 통치에, 그리고 귀족들에 반대해
투쟁하고 있었습니다.
Nəbi də belə adamlardan idi.
내비도 이와 같은 사람들 중 하나였습니다.
Hökumət Nəbini cəzalandırmaq istəyirdi.
정부는 내비를 처벌하고 싶어하고 있었습니다.
Nəbi isə tüfəngini götürüb, Bozata minmiş və dağlara qaçmışdı.
내비의 경우 소총을 쥐고, 보자트로 들어갔고, 산맥으로 도망쳤습니다.
Ona görə də Nəbini "qaçaq" adlandırırdılar.
그 때문에 그들은 내비를 '도망자' 라고 명명했습니다.
O burada da sakit oturmur, zalımlardan intiqam alırdı.
그는 여기에서도 조용히 있지 않고, 압제로부터 복수하고 있었습니다.
Nəbinin arvadı Həcər də igidlikdə ərindən geri qalmırdı.
내비의 부인인 해재르도 영웅적 행동으로 남편보다 뒤쳐지지 않고
있었습니다.
Nəbini tuta bilməyən hökumət adamları ondan intiqam almaq üçün çox yollar
axtarırdılar.
내비를 잡을 수 없던 정부는 사람들을 그에게 복수하기 위해 매우 많은 방법을
찾았습니다.
Axırda Həcəri tutub həbsxanaya saldılar.
결국에 해재르를 잡아서 감옥에 집어넣었습니다.
Bu vaxt aşıqlar Həcərin adından belə bir şeir qoşdular:
이때 시인들은 해재르의 명성으로 이와 같은 시 하나를 지었습니다.
Qazamat istidir, yata bilmirəm,
감옥은 뜨거워요, 잘 수 없어요,
Düşmənim güclüdür, bata bilmirəm.
제 적은 강력해요, 무찌를 수 없어요.
Ayaqda qandalaq, qaça bilmirəm,
발에는 족쇄, 도망칠 수 없어요,
Mənim bu günümdə gələsən, Nəbi,
저의 이 날로 와줘요, 내비,
Qazamat dalını dələsən, Nəbi!
감옥의 뒤를 뚫어줘요, 내비!
Bu xəbər Nəbiyə çatan kimi o, yoldaşıarı ilə gedib həbsxana keşikçilərini
qırdı və Həcəri xilas etdi.
이 소식이 내비에게 다다르자마자 그는 친구들과 함께 가서 감옥 간수들을
격파하고 해재르를 구출했습니다.
Hökumət və bəyləy bundan qorxuya düşdülər.
정부와 귀족들은 이로 인해 겁먹은 상태에 빠졌습니다.
Onlar nə olursa-olsun, Nəbini cəzalandırmağa çalışırdılar.
그들은 어떻게 해서든, 내비를 벌주기 위해 노력했습니다.
Amma onu ələ keçirə bilmirdilər.
그러나 그를 잡을 수 없었습니다.
Çünki xalq onun nə üçün qaçaq düşdüyünü yaxşı bilir və ona kömək
edirdi.
왜냐하면 사람들은 그가 무엇 때문에 도망자 상태가 되었는지 잘 알고 있고,
그를 돕고 있었기 때문입니다.
Aşıqlar da öz mahnılarında Nəbinin adından belə deyirdilər:
악사들도 자신의 노래들로 내비의 명성을 가지고 이처럼 말하고
있었습니다.
Nəbiyə hay verir obalar, ellər,
작은 마을들, 민중들이 내비에게 대답해주고 있어요,
El gücüdür daşqın çaylar, gur sellər.
민중은 강력해요, 범람한 강들, 거친 급류들.
El-obadan kənar bükülür bellər,
민중들 때문에 가장자리는 꺾인다, 허리들도,
Alar qüvvət, gücü elindən Nəbi!
민중으로부터 힘을 얻을 것이다, 내비!
El-obanı salmaz dilindən Nəbi!
민중은 다 사라지지 않을 것이다, 내비!
Xalq Nəbini sevdiyi və ona kömək etdiyi kimi, Nəbi də onların köməyinə
çatırdı.
민중이 내비를 사랑하고 그를 돕는 것처럼, 내비도 그들에게 도움을
주었습니다.
O zaman zalım bəylər və çar hökumətinin qulluqçuları-naçalniklər,
pristavlar Nəbinin qorxusundan rahat otura bilmirdilər.
그 시기 탄압하는 귀족들과 차르 정부의 하수인들과 지휘관들, 경찰관들은
내비로 인한 두려움 때문에 편히 쉴 수 없었습니다.
Nəbi əlində tüfəng, Bozatın belində camaatın köməyinə çatır, zalımları
cəzalandırırdı.
내비는 그의 손에 총, 보자트 골짜기에서 민중에게 도움을 주고, 압제자들을
벌하고 있었습니다.
Xalq isə onun bu yaxşılığını unutmur, öz mahnılarında ona məhəbbətini
bildirirdi.
사람들은 그의 이 선행을 잊지 않고, 자신들의 노래들로 그에 대한 사랑을
알렸습니다.
Uzun illər çar hökuməti idarələrinin başçılarını qorxudan Nəbini 1896-cı
ildə gecə yatdığı yerdə xaincəsinə öldürdülər.
장기간 차르 정부는 기관들의 수장들을 두렵게 한 내비를 1896년 밤에 자고
있는 곳에서 암살했습니다.
O vaxtdan çox illər keçsə də, xalqımız Nəbini unutmur.
그때부터 많은 해가 지났음에도 불구하고, 우리 민족은 내비를 잊지
않습니다.
Onun haqqında qoşulan mahnılar hələ də dillər əzbəridir.
그에 대해 노래한 노래들은 아직도 유명합니다.
단어
təxminən 거의, 대략, 약 qoçaq 두려움이 없는, 저돌적인, 무모한 dillər
əzbəri olmaq 유명해지다, 이름나다 çar (러시아 황제) 차르 qudurmaq
미쳐날뛰다, 사정없이 때리다 qudurğan 억제되지 않은, 호통치는 vuruşmaq
싸우다, 소동을 일으키다 intiqam 복수, 보복 intiqam almaq 복수하다,
보복하다 igidlik 용기, 용감, 영웅적 행위 həbsxana 감옥 qazamat 감옥,
교도소 qandalaq 쇠고랑, 수갑, 족쇄 nə olursa-olsun 어떻게 해서든, 무슨
짓을 해서라도 daşqın 1. 범람 2. 쇄도, 폭주, 충만 bükülmək 1. 꿈틀거리다,
꼼지락대다 2. 접히다, 숙이다 qulluqçu 고용인, 하수인 naçalnik 지휘자
pristav 경찰관 dildlən salmaq 고갈하다, 다 써버리다 xaincəsinə 배반의
xaincəsinə öldürmək 암살하다 köməyinə çatmaq (고통스러워하고 곤경이나
어려움에 처한 사람에게) 도움을 주다
댓글 쓰기