아제르바이잔 러시아인 학교 아제르바이잔어 과목 교과서 2012년 5학년 04 진실




Əsl həqiqət
진실된 진실

İki gündən sonra yenə yazı dərsi idi.
2일 후 다시 쓰기 시간이었습니다.

Ceyran müəllim dəftərləri uşaqlara payladı.
제이란 선생님은 공책들을 아이들에게 나누어주었습니다.

Ancaq qəribə idi.
그러나 이상했습니다.

İlahənin dəftəri yoxdu.
일라해의 공책이 없었습니다.

Qız sakitcə oturub təəccüblə müəllimə baxırdı.
소녀는 아무 말 없이 앉아서 놀라며 선생님을 바라보고 있었습니다.

Müəllim də İlahənin hərəkətlərinə göz qoyurdu.
선생님도 일라해의 행동을 주시하고 있었습니다.

İlahə soruşmaq istədi.
일라해는 물어보고 싶었습니다.

Lakin müəllimin qaşqabaqlı olduğunu görüb danışmadı.
그러나 선생님이 우울해하시는 것을 보고 말하지 못했습니다.

Müəllim üzünü İlahəyə tutub dedi:
선생님은 일라해를 보며 말했습니다.

- İlahə, bəs sənin dəftərin hanı?
"일라해, 그런데 네 공책은 어디 있니?

Niyə öz dəftərini soruşmursan?
왜 자신의 공책을 물어보지 않니?"

İlahə ayağa qalxdı və utana-utana dedi:
일라해는 일어났고, 우물쭈물 말했습니다.

- Müəllim, soruşmaq istəyirdim...ancaq...
"선생님, 물어보고 싶었어요...그러나..."

Ceyran müəllim sinif jurnalının altından bir dəftər çıxarıb stolun üstünə qoydu:
제이란 선생님은 학급 잡지 아래에서 공책 하나를 꺼내 책상 위에 놓았습니다.

- Sənin də dəftərin məndədir.
"네 공책도 내게 있어.

Ancaq heç inanmıram ki, bu yazını sən yazmış olasan!
그러나 나는 이 글쓰기를 네가 쓴 거라고 전혀 믿을 수 없구나.

Hərflərin hərəsi bir tərəfə gedib.
철자들 모두가 한 쪽으로 갔어."

İlahə başını qaldırıb müəllimin üzünə baxmağa utanırdı.
일라해는 고개를 들고 선생님 얼굴을 볼 용기가 나지 않았습니다.

Müəllim dəftərdə qırmızı qələmlə altından xətt çəkdiyi sözlərə baxıb deyirdi:
선생님은 공책에서 붉은 팬으로 아래에 선을 그은 단어들을 보며 말했습니다.

- Çox səliqəsiz yazmısan.
"너는 매우 지저분하게 썼어.

Əvvəlki yazılarınla bunun arasında gör nə qədər fərq var.
예전에 쓴 것들과 이것 사이에 얼마나 차이가 있는지 봐.

Belə niyə?
이것은 왜?

Yazanda niyə diqqətli olmamısan?
쓸 때 왜 주의깊지 않았니?"

İlahə dinmirdi.
일라해는 말하지 않았습니다.

Ceyhun da başını aşağı dikmişdi.
제이훈도 고개를 숙였습니다.

Həyəcan keçirirdi.
그는 걱정하고 있었습니다.

Ona elə gəlirdi ki, indicə İlahə hər şeyi açıb müəllimə deyəcəkdir.
그는 이제 일라해는 모든 것을 밝히고 선생님께 말할 것이라고 느꼈습니다.

İlahə isə ayaqüstə dinməzcə dururdu.
일라해는 잠시 아무 말 하지 않고 서 있었습니다.

Axırda Ceyran müəllim dəftəri İlahəyə verib dedi:
결국 제이란 선생님은 공책을 일라해에게 주며 말했습니다.

- Bu dəfə səliqəli ol!
"이번에는 깔끔하게 하거라!"

İlahə özünü ağlamaqdan güclə saxlayırdı.
일라해는 울음을 가까스로 참고 있었습니다.

Gözləri dolmuşdu.
눈물이 글썽거렸습니다.

Dodaqları əsirdi...
그녀의 입술은 떨고 있었습니다...

Birdən Zərifə əlini qaldırıb dedi:
갑자기 재리패가 손을 들고 말했습니다.

- Müəllim, mən bilirəm İlahə niyə pis yazıb.
"선생님, 저는 일라해가 왜 나쁘게 썼는지 알아요."

- Sən hardan bilirsən?
"너는 어떻게 아니?

De görüm!
말해보거라!"

Zərifə Ceyhuna baxıb cavab verdi:
재리패는 제이훈을 보며 대답했습니다.

- Ceyhun onu yazmağa qoymadı.
"제이훈이 그녀를 쓰게 놔두지 않았어요."

Müəllimin qaşları çatıldı:
선생님의 눈썹이 찌푸려졌습니다.

- Necə yəni Ceyhun qoymadı?
"어떻게 그러니까 제이훈이 놔두지 않았니?"

- Dirsəyi ilə onu vururdu.
"팔꿈치로 그녀를 쳤어요."

Müəllim eynəyini gözündən çıxarıb stolun üstünə qoydu.
선생님은 안경을 눈에서 벗고 책상 위에 놓았습니다.

Uşaqlar müəllimin həyəcanlandığını başa düşdülər.
아이들은 선생님이 화가 났음을 알았습니다.

O gəlib lap Ceyhunun yanında durdu:
그는 와서 제이훈 바로 옆에 섰습니다.

- Ceyhun, Zərifə düz deyir?
"제이훈, 재리패가 맞는 말을 하고 있니?"

Ceyhun cavab vermədi.
제이훈은 대답하지 못했습니다.

- Niyə cavab vermirsən, nə üçün ona manə olmusan?
"왜 대답을 하지 못하니, 왜 그녀를 방해했니?"

- Müəllim, mən deyim?
"선생님, 제가 말할까요?"

Zərifə yenə əlini qaldırdı.
재리패가 다시 손을 들었습니다.

- Müəllim, İlahə sanitar olanda onun adını yazıb sizə vermişdi.
"선생님, 일라해가 당번일 때 그의 이름을 써서 당신께 제출했어요.

Buna görə də Ceyhun qolunu İlahənin qoluna toxundurdu.
이 때문에 제이훈은 손을 일라해의 손에 건드리게 했어요."

Müəllim sinifdə gəzişdi.
선생님은 교실에서 서성거리셨습니다.

Məsələ ciddi idi.
문제는 심각했습니다.

Sinifdə oğlanlarla qızlar arasında hələ də dostluq yaradılmamışdı.
교실에서 소년들과 소녀들 사이에서 아직도 우정이 만들어지지 않았습니다.

Təcrübəli müəllimi bu məsələ ciddi düşündürdü...
노련한 선생님을 이 문제가 심각하게 걱정을 끼쳤습니다...

단어

həqiqət 진실 qaşqabaqlı 우울한, 침울한 utanmaq (부끄러움 등으로) ~할 용기가 나지 않다 səliqəsiz 깔끔하지 않은, 지저분한 başını aşağı dikmək 고개를 떨구다, 고개를 숙이다 ayaqüstü 당분간, 잠시 özünü güclə saxlamaq 간신히 참아내다 gözləri dolmaq 눈물짓다, 눈물이 글썽거리다 həyəcanlanmaq 흥분하다, 화가 나다, 격앙하다 sanitar 1. 간호사 2. 당번 ciddi 심각한, 걱정스러운 yaradılmaq 구성되다, 조직되다, 만들어지다 təcrübəli 경험이 풍부한, 노련한 düşündürmək 걱정을 끼치다

Post a Comment

다음 이전