Təbii sərvətlərimiz
우리들의 자연적인 재산들
Neçə-neçə əsrlər bundan qabaq Yunanıstanın Delfa adlı bir yerində
yunanlar gördülər ki, bir çoban heyvanları otardıqdan sonra özünü çox
qəribə aparır.
아주 아주 옛날에 그리스의 '델파'라는 곳에서 그리스인들은 한 목동이
동물들에게 풀을 먹인 후 매우 이상하게 행동하는 것을 보았습니다.
Həmin çəmənlikdən keçən adamlar isə sərxoş kimi olur, az qala dilləri
tutulurdu.
같은 풀밭을 지나간 사람들은 술에 취한 것처럼 되고, 약간 말을 더듬고
있었습니다.
Yunanlar qərara gəldilər ki, bu yerlərdə "Ruh"lar gəzişir.
그리스 사람들은 이곳에 '신'들이 서성거린다고 결론을 지었습니다.
Sonralar məlum oldu ki, onların "Ruh" adlandırdığı naməlum qüvvə qaz
imiş.
그 후 그들이 '신'이라고 이름을 붙인 알려지지 않은 힘은 가스였다는 것을
알게되었습니다.
Qaz əsasən yerin altında olur.
가스는 기본적으로 땅 아래에 있습니다.
Onu qaz kəmərləri vasitəsilə min kilometrlərlə uzaqlara aparmaq
olur.
그것을 가스 파이프라인을 통해 수천km 떨어진 먼 곳까지 운반할 수
있습니다.
İndi qazdan sənayedə, məişətdə, müxtəlif istehsal sahələrində geniş
istifadə olunur.
현재 가스는 공업에서, 일상 생활에서, 다양한 생산분야에서 광범위하게
사용되고 있습니다.
Qazdan yanacaq kimi istifadə meşələrin qırılmasının qarşısını alır.
가스를 태우는 방식으로 숲의 파괴를 방지하는 것을 얻습니다.
Daha mənzillər odunla yox, qazla qızdırılır.
더 이상 집들은 장작으로가 아니라, 가스로 가열합니다.
Hətta soyuducular, istixanalar, bəzi maşınlar da qazla işləyir.
심지어 냉장고들, 온실들, 몇몇 기계들도 가스로 작동합니다.
Ölkəmizdə Xəzər dənizindən neftlə bərabər, qaz da çıxarılır.
우리들의 나라에서 카스피해에서 가스와 함께 똑같이, 가스도
생산됩니다.
Xəzər dənizi qaz ehtiyatları ilə olduqca zəngindir.
카스피해는 가스 매장이 매우 풍부합니다.
Azəri, Günəşli, Çıraq, Şahdəniz yataqlarından milyonlarla kub metr qaz
çıxarılır.
아재리, 귀내슐리, 츠락, 샤흐대니즈 구역들로부터 수백만 입방미터의 가스가
생산되고 있습니다.
İndi Azərbaycanın ən ucqar kəndləri də qazla təchiz olunur.
현재 아제르바이잔의 가장 외진 마을들도 가스가 공급되고 있습니다.
Azərbaycan həm də qazı ixrac edir.
아제르바이잔도 가스를 수출합니다.
Azərbaycan qazı kəmərlər vasitəsilə Türkiyəyə, Gürcüstana, Avropa
ölkələrinə göndərilir.
아제르바이잔은 가스를 파이프라인을 통해 터키로, 조지아로, 유럽 국가들로
보냅니다.
Qazdan əldə edilən gəlir Vətənimizin çiçəklənməsinə sərf olunur.
가스 때문에 획득된 수입은 우리들의 조국의 번영에 사용되고 있습니다.
Yeni-yeni körpülər salınır, yollar çəkilir, məktəblər, xəstəxanalar,
mədəniyyət ocaqları tikilir.
새로운 다리들이 놓여지고, 도로들이 건설되고, 학교들, 병원들, 문화센터들이
건설되고 있습니다.
Necə deyərlər, maddi sərvətlərimiz mədəniyyətimizin inkişafına, təbliğinə
yönəldilir.
말하자면, 우리들의 물질적 재산은 우리 문화의 발전에, 홍보에
보내집니다.
단어
təbii 자연의, 자연적인 sərxoş 술에 취한, 비틀거리는 dili tutulmaq 말을
더듬다 gəzişmək 서성거리다, 거닐다, 산책하다 naməlum 알려지지 않은,
밝혀지지 않은, 발견되지 않은 qüvvə 힘, 에너지 kəmər 관, 파이프라인 sənaye
공업, 산업 məişət 생활 istehsal 생산 soyuducu 냉장고 istixana 온실 olduqca
매우 많은 yataq 울타리를 친 장소 təchiz 공급, 제공 ixrac 수출 əldə etmək
구하다, 입수하다, 획득하다 gəlir 소득, 수입 sərf olunmaq 활용되다,
이용되다, 사용되다 yol çəkmək 도로를 건설하다, 길을 뚫다 maddi 물질적인
necə deyərlər 말하자면 inkişaf 양육, 개선, 성장, 발달 təbliğ etmək
전파하다, 선전하다, 홍보하다 yönəltmək 향하다, 보내다, 향하여 가게 하다
yönəldilmək 목표로 삼다, 향해지다, 보내지다 davranmaq 예의바르게 행동하다
partlayış 폭파, 폭발, 파열 təhlükəli 위험한, 위태로운 faciə 비극,
불행
댓글 쓰기