Dialoq
지문
- Dəniz, heyvanlar aləmi deyəndə nə başa düşülür?
"대니즈야, 동물 세계라고 말할 때 무엇이 이해되니?
Dostlarına izah edə bilərsənmi?
너는 친구들에게 설명할 수 있니?"
- Mən bilirəm ki, heyvanların çoxlu növləri var.
"나는 동물들의 종류가 매우 많다는 것을 알아.
Bunlar hamısı birlikdə heyvanlar aləmini təşkil edir.
이것들 모두가 함께 동물 세계를 구성하고 있어."
- Doğru deyirsən, bəs bilirsənmi ki, dünyada iki milyona yaxın heyvan
növü var?
"맞아, 그런데 세계에 200만에 가까운 동물 종류가 있다는 것을 알고
있니?"
- Çoxbilmiş, yalan danışa bilmərəm.
"촉빌미쉬야, 나는 거짓말을 하지 않을 거야.
Heyvanların növünün çox olduğunu bilirəm.
동물들 종류가 매우 많다는 것은 알고 있어.
Ancaq bunun iki milyona yaxın olduğunu, doğrusu, bilmirdim.
그러나 그것이 200만에 가까운 것을, 사실은 모르고 있었어.
Səndən öyrənmiş oldum.
네게 배웠어."
- Yaxşı, onda de görüm, heyvan deyəndə hansı canlılar başa düşülür?
"좋아, 그러면 보자, 동물들이라고 할 때 어떤 생명들이 이해되니?"
- Bilirəm ki, heyvanlar dənizdə, meşədə, dağda, hətta torpağın altında
yaşayırlar.
"나는 동물들이, 바다에, 숲에, 산에, 심지어는 땅 속에도 살고 있다는 것을
알아.
Axı heyvanların qrupları çoxdur, hansını sayım?!
결론적으로 동물들 그룹들은 많아, 어떤 것을 셀까?!"
- Səncə, arı və ya hörümçəyə heyvan demək olarmı?
"네 생각에 꿀벌과 거미가 동물이라고 말할 수 있니?"
- Bunlar bir-birinə oxşasa da, ayrı-ayrı canlılardır.
"이것들은 서로 비슷하지만, 다른 생명들이야.
Cücülər altı, hörümçəklər isə səkkiz ayaqlı heyvanlardır.
곤충들은 6개, 거미들은 8개의 다리를 가진 동물들이야.
Mən bilirəm ki, bir çox dostlarımız qurbağaları timsah və ya tısbağadan
fərqləndirmirlər.
나는 내 많은 친구들이 개구리들을 악어와 거북이로부터 구별짓지 못한다는
것을 알고 있어.
Eləcə də yarasanı quş, balina və delfini balıq hesab edirlər.
게다가 박쥐를 새, 고래와 돌고래를 물고기로 간주해."
- Deməli, sən onda bunların ayrı-ayrı qrupa daxil olduğunu da
bilirsən?
"결론적으로, 너는 거기에서 이것들이 다른 그룹에 들어간다는 것도 알고
있니?
Afərin, Dəniz!
브라보, 대니즈!
Daha mənim sənə sözüm yoxdur!
네게 더 할 말이 없어!
Bəlkə, onda bu bildiklərini deyəsən, bilməyənlər də eşitsinlər.
만약, 거기에서 이 아는 것들을 말하며, 모르는 사람들도 듣기 바래."
- Mən bilirəm ki, milçək, arı, kəpənək, parabüzən cücüdür.
"나는 파리, 꿀벌, 나비, 무당벌레가 벌레라는 것을 알아.
Əqrəb, hörümçək, dediyim kimi, bunlardan fərqlənir.
전갈, 거미는, 내가 말한 바와 같이, 이것들과 구분돼.
Balıqları dostlarımız yaxşı tanıyır və faydasını da bilirlər.
물고기들을 내 친구들은 잘 알고, 그것의 유용함도 알아.
Qurbağalar isə həm suda, həm də quruda yaşadıqları üçün onlara
suda-quruda yaşayanlar deyirlər.
그들은 개구리들이 물에서도, 땅에서도 사는 것 때문에 그들에게 물과 땅에서
사는 것들이라고 말해.
Tısbağa, timsah, ilan və kərtənkələlər sürünənlərdir.
거북이, 악어, 뱀과 도마뱀들은 파충류들이야."
Quşların da növləri çoxdur.
"새들도 종류가 많아.
İstəyirəm ki, dostlarımız sevdikləri pinqvinin quşlara aid edildiyini də
unutmasınlar.
내 친구들이 사랑하는 펭귄이 새에 구분지어지는 것도 잊지 않기를
바래.
Onu da bilsinlər ki, delfin və balina, yarasa və siçan da inək, pələng,
fil və meymun kimi məməli heyvanlardır.
돌고래와 고래, 박쥐와 쥐도 젖소, 호랑이, 코끼리와 원숭이처럼
포유류들이야."
- Çox sağ ol, Dəniz, sən dostlarımıza heyvanlar aləmi barədə geniş
məlumat verdin.
"매우 고마워, 대니즈, 너는 내 친구들에게 동물들의 세계에 대해 넓은 지식을
주었어.
İnanıram ki, dostlarımızı heyvanlar aləmi barədə yeni bilgilər əldə
etməyə həvəsləndirdin.
나는 네가 내 친구들을 동물들의 세계에 대해 새로운 지식들을 손에 넣게
고무시켰다고 믿어."
- Çoxbilmiş, sən də sağ ol, bunları dostlarımızın çoxu bilir, bilməyənlər
də səndən soruşub öyrənəcəklər.
"촉빌미쉬, 너에게도 고마워, 이것들을 많은 내 친구들이 알고, 모르는 애들도
너에게 물어서 배울 거야."
단어
timsah 악어 tısbağa 거북, 거북이 fərqləndirmaq 분류하다, 나누다, 구분짓다
eləcə də 게다가 yarasa 박쥐 parabüzən 무당벌레 fayda 유용함, 유용성
sürünən 파충류 pinqvin 펭귄 aid etmək 구분짓다, 구별하다 məməli heyvan
포유류 həvəsləndirmək 격려하다, 고무시키다, 자극하다
댓글 쓰기