Maralın etibarı
마랄의 신뢰
Kənddə bir inəyimiz vardı.
마을에 우리들의 젖소 한 마리가 있었습니다.
Onun adı Maral idi.
그것의 이름은 마랄이었습니다.
Bu adı ona nənəm vermişdi.
이 이름을 그것에게 제 할머니께서 주셨습니다.
Maral nənəmin sevimlisi idi.
마랄은 제 할머니께서 아끼시는 것이었습니다.
Doğrusu, o elə hamımızın sevimlisi idi.
실제로, 그것은 우리들 모두가 아끼는 것이었습니다.
Axı o bizim gözümüzün qarşısında böyümüşdü.
결론적으로 그것은 우리들의 눈 앞에서 성장했습니다.
Yadımdadır, yay tətilində kənddə olanda hamımız balaca Maralın başına
yığışardıq.
제 기억에, 여름방학 중 마을에 있었을 때 우리들 모두 어린 마랄 앞에
모여들었습니다.
Kimi onu sığallayar, kimi ot, su, kimi də əlindəki meyvəni və ya çörəyi
ona verərdi.
누군가는 그것을 쓰다듬고, 누군가는 풀, 물을, 누군가는 손에 있는 과일 또는
빵을 그에게 주었습니다.
Balaca Maral bizim qayğımızdan xoşallanardı.
어린 마랄은 우리들의 보살핌에 즐거운 시간을 보냈습니다.
Başını əlimizə, üzümüzə söykəyərdi.
그것은 머리를 우리들의 손에, 얼굴에 대고는 했습니다.
Biz uzaqda olanda isə tez-tez mələyər, sanki, bizi yanına
çağırardı.
우리들이 멀리 있을 때에는 자주 메에 울었는데, 마치 우리를 곁으로 부르는
것 같았습니다.
Amma o hamıdan çox nənəmə öyrəşmişdi.
그러나 그것은 가장 먼저 제 할머니에게 익숙해졌습니다.
Axı nənəm onun yanında bizdən çox olurdu.
결국 제 할머니는 그것의 옆에서 우리들보다 많이 있었습니다.
İllər keçdi.
시간이 흘렀습니다.
Maral böyüdü.
마랄은 컸습니다.
Gözəl bir inək oldu.
그것은 아름다운 젖소가 되었습니다.
Biz kəndə gedəndə Maralın nənəmə olan məhəbbətini seyr etməkdən həzz
alardıq.
우리들은 시골로 갔을 때 마랄의 할머니에게 향한 사랑을 봐서
즐거웠습니다.
Hər axşam darvazanın qabağında Maralın örüşdən qayıtmasını
gözləyərdik.
우리들은 매일 저녁 정문 앞에서 마랄이 목초지에서 돌아오기를
기다렸습니다.
Maral darvazanın qabağında nənəmi görən kimi yerişini sürətləndirər və
bir neçə dəfə mələyərdi.
마랄은 정문 앞에서 할머니를 보자마자 걸음을 재촉하고, 몇 번 메에 울곤
했습니다.
Maral, elə bil, bununla öz sevimli sahibini salamlayırdı.
마랄은 마치 이것을 통해 자신이 사랑하는 주인에게 인사하고 있는 것
같았습니다.
İnək nənəmə yaxınlaşanda nənəm əllərini ona tərəf uzadar, belinə, başına
sığal çəkərdi.
젖소가 제 할머니께 접근했을 때, 제 할머니는 손을 그를 향해 뻗고, 그것의
허리와 머리를 쓰다듬곤 하셨습니다.
Maral da nənəmin əllərini yalayar, üzünü onun əllərinə sürtərdi.
마랄도 할머니의 손을 핥고, 얼굴을 그녀의 손에 문지르곤 했습니다.
Bir dəfə yayda nənəm bərk xəstələndi.
한 번은 여름에 제 할머니께서 매우 편찮으셨습니다.
Atam onu həkimə göstərmək üçün Bakıya apardı.
제 아버지는 그녀를 의사에게 보여드리기 위해 바쿠로 모셔갔습니다.
Maral bizim ümidimizə qaldı.
마랄은 우리들에게 맡겨졌습니다.
Biz yenə də axşamlar darvazanın qabağında Maralı gözləyirdik.
우리들은 또 저녁에 정문 앞에서 마랄을 기다렸습니다.
Ancaq Maral səsini çıxarmır, sual dolu gözləri ilə üzümüzə baxır, sonra
da başını salıb həvəssiz həyətə keçirdi.
그러나 마랄은 소리를 내지 않고, 궁금함이 가득한 눈으로 우리들을
바라보았고, 그 후에 머리를 숙이고 무관심하게 정원으로 갔습니다.
Hətta bir dəfə bibim onu bağlamaq istəyəndə Maral dartındı və bibimi
vurmaq istədi.
한 번은 고모가 그것을 묶으려고 할 때 마랄은 뒷걸음질쳤고, 제 고모를
들이받으려고 했습니다.
Mən əlimdəki ağacla onu vurdum.
저는 손에 있는 나무로 그것을 때렸습니다.
İnək divara qısıldı və kinli gözləri ilə mənə baxdı.
젖소는 벽에 딱 붙었고, 악의에 불타는 눈으로 저를 보았습니다.
Elə bil, nənəmə şikayət edəcəyi ilə məni hədələdi.
그것은 마체 제 할머니께 일러바칠 거라고 저를 협박하는 것
같았습니다.
On gündən sonra nənəm Bakıdan qayıtdı.
열흘 뒤 제 할머니는 바쿠에서 돌아왔습니다.
Axşam, adəti üzrə, o, darvazanın qabağına çıxdı.
저녁에, 늘 그래왔듯, 그것은 정문 앞으로 갔습니다.
Körpüdən enəndə Maral nənəmi gördü.
다리를 건넜을 때 마랄은 할머니를 보았습니다.
İnək böyürə-böyürə nənəmin üstünə qaçırdı.
젖소는 음메 울면서 할머니 앞으로 달려갔습니다.
Onun səsinə bütün qonşular küçəyə çıxdılar.
그것의 소리에 모든 이웃들이 거리로 나왔습니다.
Hamı bu qeyri-adi mənzərəyə maraqla tamaşa edirdi.
모두가 이 기이한 장면을 흥미롭게 구경하고 있었습니다.
Maral nənəmin qabağında dayandı.
마랄은 할머니 앞에서 가만히 있었습니다.
O, nənəmin əllərini yalayır, paltarlarını iyləyir, başını onun qoynunda,
qucağında gizlətmək istəyirdi.
그것은 할머니의 손을 핥고, 그녀의 옷을 냄새맡고, 머리를 그녀의 가슴에,
품에 집어넣고 싶어했습니다.
Maralın gözlərindən yaş axırdı.
마랄의 눈에서 눈물이 흐르고 있었습니다.
Nənəm də ağlayırdı.
할머니도 울고 있었습니다.
Bu hadisədən hamı təsirlənmişdi.
이 사건 때문에 모두가 영향을 받았습니다.
Hamımızın gözlərimiz yaşarmışdı.
우리들 모두의 눈에서 눈물이 났습니다.
Maralın etibarını görəndə mən öz hərəkətimdən peşman oldum.
마랄의 믿음을 보았을 때 저는 제 행동 때문에 부끄러웠습니다.
O vaxtdan mən bu hadisəni unuda bilmirəm.
그 이후로 저는 이 사건을 잊을 수 없습니다.
단어
yığışmaq 모여들다 öyrəşmək 익숙해지다, 길들다 xoşallanmaq 즐기다, 즐거운
시간을 보내다 örüş 초원, 목초지 dartınmaq 물러나다, 철수하다, 뒷걸음질치다
kinli 악의를 가지고, 악의에 차서 adəti üzrə 습관적으로, 늘, 으례
təsirlənmək 깊이 감동하여 동정하다 böyürə-böyürə (소가 음메) 울면서 sığal
çəkmək 윤이 나게 매끈하게 하다, 반듯하게 펴다 ümidinə qalmaq 보호받는
상태가 되다 həzz almaq 즐기다, 즐거운 시간을 보내다 mələmək (양, 소가)
메에 울다 həzz almaq 즐거워하다, 기쁨을 느끼다, 즐거워하다 darvaza 큰 문,
정문 yeriş 걸음, 발소리 sürətləndirmək 가속하다, 재촉하다 salamlamaq
인사하다, 환영하다 sığal çəkmək (머리카락, 털을) 쓰다듬다 yalamaq 핥다
sürtmək 문지르다 ümidinə qalmaq 맡겨지다 dartınmaq 뒷걸음치다, 홱 움직이다
qısılmaq (어떤 것에) 바싹 파고들다, 달라붙다 kinli 원한 있는, 악의에
불타는, 앙심을 품은 şikayət etmək 항의하다, 불평을 늘어놓다, 푸념하다,
한탄하다, 일러바치다 adəti üzrə 전통적인, 관습적인, 일반적인 qoyun 가슴
təsirlənmək 영향을 받다, 반응하다 yaşarmaq 눈물이 나다
문법
- 'kimi A, kimi B...' 는 '누군가는..., 누군가는...' 이라는 의미다.
댓글 쓰기