아제르바이잔 러시아인 학교 아제르바이잔어 과목 교과서 2011년 4학년 17 애달래트의 사즈




Ədalətin sazı
애달래트의 사즈

1937-cil ildə Qazaxda bir oğlan anadan oldu.
1937년에 카자흐에서 한 아이가 태어났습니다.

Atası Məhəmməd onun adını Ədalət qoydu.
그의 아버지 매햄매드는 그의 이름을 '애달래트' 라고 붙였습니다.

Məhəmməd kişi aşıq idi.
매햄매드는 남성 아쉭이었습니다.

O, yaxşı saz çalırdı.
그는 사즈를 잘 연주했습니다.

Toylarda, bayramlarda saz çalır, oxuyurdu.
그는 파티들에서, 명절들에서 사즈를 연주하고, 배우고 있었습니다.

Məhəmməd kişi hərdən evdə də saz çalırdı.
매햄매드는 가끔 집에서도 사즈를 연주했습니다.

Balaca Ədalət atasının sazına maraqla baxırdı.
어린 애달래트는 아버지의 사즈를 흥미롭게 보았습니다.

O da saz çalmaq istəyirdi.
그도 사즈를 연주하고 싶었습니다.

Hərdən atasının sazını əlinə götürür, dınqıldadırdı.
그는 가끔 아버지의 사즈를 손에 쥐고, 아무렇게나 연주하곤 했습니다.

Atası bunu görürdü.
아버지는 이것을 보고 있었습니다.

Bir gün Ədalət atasına dedi:
어느 날 애달래트는 그의 아버지께 말했습니다.

- Ata, mənə də bir saz al!
"아버지, 제게도 사즈 하나를 주세요!

Mən də aşıq olmaq istəyirəm!
저도 아쉭이 되고 싶어요!"

Məhəmməd kişi çox sevindi.
매햄매드는 매우 기뻤습니다.

O, Ədalətə balaca, qara bir saz aldı.
그는 애달래트에게 작고, 검은 사즈 한 개를 주었습니다.

(Ədalət ona "cürə saz" deyir).
(애달래트는 그것을 "아주 작은 사즈" 라고 말합니다).

İndi Ədalətin öz sazı var idi.
이제 애달래트의 자신의 사즈가 있었습니다.

O, sazını əlindən yerə qoymurdu.
그는 사즈를 손에서 땅으로 내려놓지 않았습니다.

Çalmağı tez öyrənmək istəyirdi.
그는 연주법을 빨리 배우고 싶었습니다.

Ədalət saz çalmağı çox tez öyrəndi.
애달래트는 사즈 연주를 매우 빠르게 배웠습니다.

Onun müəllimi atası Məhəmməd kişi idi.
그의 선생님은 그의 아버지인 매햄매드였습니다.

Artıq yeddi yaşında Ədalət gözəl saz çalırdı.
그의 나이 7살에 애달래트는 사즈를 잘 연주하고 있었습니다.

Atası onu özü ilə toylara, şənliklərə aparırdı.
그의 아버지는 자신과 함께 파티들에, 기념행사들에 데려가곤 했습니다.

Ədalət şənliklərdə "cürə saz"ında gözəl havalar çalırdı.
애달래트는 기념행사들에서 "아주 작은 사즈"로 아름다운 곡들을 연주하고 있었습니다.

Hamı balaca Ədalətin saz çalmağını bəyənirdi.
모두가 어린 애달래트의 사즈 연주를 좋아했습니다.

O vaxtdan illər keçib.
그 이후로 수 년이 흘렀습니다.

İndi Ədalət respublikamızın ən məşhur və sevimli aşığıdır.
이제 애달래트는 우리들의 공화국에서 가장 유명하고 사랑받는 아쉭입니다.

Respublikamızın hər yerində onu tanıyırlər, sevirlər.
우리들의 공화국의 모든 곳에서 그를 알고, 사랑합니다.

Azərbaycanda saz deyəndə Ədalət yada düşür.
아제르바이잔에서 사즈를 말할 때 애달래트를 떠올립니다.

Qonşu ölkələrdə də Aşıq Ədalət tanınır və sevilir.
이웃 국가들에서도 아쉭 애달래트는 알려져 있고, 사랑받고 있습니다.

Aşıq Ədalət tez-tez televiziya ilə çıxış edir.
아쉭 애달래트는 자주 텔레비전에 나오곤 합니다.

Onun çıxışını hamı böyük maraqla gözləyir.
그의 출연을 모두가 매우 좋아하며 봅니다.

O həm də bayram şənliklərində iştirak edir, saz çalıb oxuyur.
그는 명절 기념 행사들에도 참석하고, 사즈를 연주하며 노래합니다.

Ədalət çalanda saz, sanki, danışır.
애달래트가 연주할 때 사즈처럼 말합니다.

Onun çalğısı möcüzədir.
그의 음악은 기적입니다.

Ədalətin çaldığı "Yanıq Kərəmi", "Döşəmə Koroğlu", "Orta Sarıtel", "Misri", "Ruhani", "Qaraçı" havaları adamı valeh edir.
애달래트가 노래하는 "Yanıq Kərəmi", "Döşəmə Koroğlu", "Orta Sarıtel", "Misri", "Ruhani", "Qaraçı" 곡들은 사람을 매혹합니다.

Bu havalara qulaq asmaqdan doymaq olmur.
이 곡들에 귀를 기울이는 것에 만족할 수 없습니다.

단어

hərdən 가끔 dınqıldatmaq 기술 없이 연주하다, 쨍그렁거리다, 땡그랑거리다 cürə 매우 작은, 매우 어린 şənlik 기념행사, 축하 행사 çalğı 음악 valeh etmək 매혹하다, 마음을 사로잡다, 황홀하게 하다

Post a Comment

다음 이전