아제르바이잔 러시아인 학교 아제르바이잔어 과목 교과서 2010년 3학년 21 빵나무




Təbiət
자연

Yaşadığımız dünya, bizi əhatə edən təbiət gözəldir, maraqlıdır.
우리들이 살고 있는 세계, 우리들을 둘러싼 자연은 아름답고, 재미있습니다.

Biz özümüz də təbiətin bir hissəsiyik.
우리들 자신도 자연의 한 부분입니다.

Bizi bitkilər, vəhşi heyvanlar, həşəratlar əhatə edir.
우리들을 식물들, 야생 동물들, 벌레들이 감싸고 있습니다.

Yer kürəsində yaşayan insanlarla təbiət arasında möhkəm dostluq əlaqələri var.
지구에서 살고 있는 사람들과 자연 사이에 강한 우호 관계가 있습니다.

Əgər bu dostluq pozularsa, dünyada fəlakət baş verər.
만약 이 우호가 깨지면, 세계에서 파멸이 일어납니다.

Bunun üçün biz planetimizin bitkilərini - florasını və canlılarını - faunasını qorumalıyıq.
이것 때문에 우리들은 우리들의 지구의 식물들을 - 식물 생태계와 동물들을 - 동물 생태계를 보호해야 합니다.

단어

təbiət 자연 bitki 식물 vəhşi 야만적인, 흉포한, 몹시 사나운 həşərat 벌레, 곤충 möhkəm 굳건한, 확실한, 튼튼한, 강한 fəlakət 파괴, 파멸 baş vermək 발생하다, 일어나다 flora 식물군

=====

Çörək ağacı
빵나무

Dünyada elə yerlər var ki, orada çörək mağazada yox, ağacda olur, yəni ağacda bitir.
세계에는 다양한 땅들이 있는데, 거기에서는 빵이 가게가 아니라 나무에서 얻고, 새로운 것이 나무에서 자랍니다.

Düzdür, ağacda olarkən onlar hələ çiy, bişməmiş olur..
맞아요, 나무에서 얻을 때 그것들은 구워지지 않았고, 푸른 색입니다.

Bu yerlərin əhalisi onu təndir əvəzi közərmiş daş üzərində bişirirlər.
이곳들의 주민들은 그것을 화덕 대신 달구어진 돌 위에서 익힙니다.

Yetişməmiş "çörək" kal meyvələr kimi yaşıl olur.
덜 익은 "빵"은 설익은 과일들처럼 푸른 빛입니다.

Yetişəndən sonra qəhvəyi rəngdə olur.
그것은 익힌 후 커피 색깔로 됩니다.

Çörək ağacı 70-75 il məhsul verir.
빵나무는 70-75년 수확을 줍니다.

Bu ağac tropik meşələrdə bitir.
이 나무는 열대지방 숲에서 자랍니다.

단어

çiy 밀가루 반죽 상태의, 구워지지 않은, 질척거리는 bişməmiş 구워지지 않은, 푸른, 끓지 않은 təndir 화덕 közərmək 달구어지다, 발개지다 yetişməmiş 덜 익은, 미숙한 kal 덜 익은, 설익은, 푸른 tropik 열대지역, 열대지역의

Post a Comment

다음 이전