Səməd beşinci sinifdə oxuyur.
새매드는 5학년에서 공부합니다.
O, məktəbə getdiyi ilk günü belə xatırlayır.
그는 학교에 간 첫날을 이렇게 떠올리고 있습니다.
Hələ sentyabr ayı gəlməmiş, hələ məktəblərdə dərslər başlamamış
Səmədgilin evində dərsə hazırlıq başlamışdı.
아직 9월이 오지 않았고, 아직 학교들에서 수업이 시작되지 않았을 때
새매드의 집에서 수업 준비가 시작되었습니다.
Valideynləri deyərdilər:
그의 부모님들은 말하곤 했습니다.
- Savadsız adamdan kor yaxşıdır!
"무식한 사람보다 장님이 낫단다!"
Səmədi oxutmaq ata-anasının ən böyük arzusu idi.
새매드를 가르치는 것은 부모님의 가장 큰 소원이었습니다.
Ata-anasının bu arzusu Səmədin də ürəyində kök salmışdı.
부모님의 이 소원은 새매드에게도 마음 속 깊이 자리잡았습니다.
Səmədin xəyalında məktəbdən gözəl, məktəbdən işıqlı yer yox idi.
새매드의 상상에서 학교보다 아름답고, 학교보다 밝은 곳은 없었습니다.
Buna görə də sentyabrın birini səbirsizliklə gözləyirdi.
이 때문에도 그는 9월 1일을 조바심내며 기다리고 있었습니다.
Səməd hər gün iki-üç dəfə çantasını yoxlayırdı.
새매드는 매일 두 세 번 가방을 검사했습니다.
Kitab-dəftərin yerində olduğunu görüb rahat olurdu.
그는 책과 공책이 제자리에 있는 것을 보고 안도했습니다.
Ona görə yoxlayırdı ki, o, evdəki beş uşaqdan ən böyüyü idi.
왜냐하면 집에서 다섯 아이 중 그가 가장 위였기 때문에 검사하곤
했습니다.
Qorxurdu özündən iki yaş kiçik qardaşı və ya bir yaş kiçik bacısı o
yatanda çantanı götürüb açar, dəftər-kitabı cırar, çirkləndirər.
그는 자신보다 2살 아래인 남동생 또는 한 살 아래인 여동생이 그가 잘 때
가방을 집어서 열고, 책과 공책을 찢고, 더립힐까봐 두려웠습니다.
Çünki onlar Səmədin çantasına, dəftər-kitabına çox həsrətlə
baxırdılar.
왜냐하면 그들은 새매드의 가방에, 공책과 책에 많은 동경을 가지고 보고
있었기 때문이었습니다.
Səməd hiss edirdi ki, bu şeylər alınan gündən o, qardaşının və bacısının
gözündə böyüyüb.
새매드는 이것들을 받은 날로부터, 그가 남동생과 여동생의 눈에서 커졌다는
것을 느꼈습니다.
Belə ki, qardaşı çantaya yaxın gedəndə Səməd deyirdi:
왜냐하면, 그의 남동생이 가방에 접근할 때 새매드는 말하고는
했습니다.
- Əl vurma.
"손대지 마.
Çirkləndirərsən, gərək məktəbli uşağın kitabı, paltarı təmiz olsun.
너는 더럽힐 거야, 학생의 책과 옷은 깨끗해야 해."
Qardaşı o saat Səmədin üzünə baxıb geri çəkilirdi.
남동생은 그때 새매드의 얼굴을 보고 뒤로 물러나곤 했습니다.
Nəhayət, sentyabrın biri gəlib çatdı.
결국, 9월 1일이 도래했습니다.
Məktəbin həyəti və dəhlizi uşaqlarla dolu idi.
학교 정원과 복도는 아이들로 꽉 차 있었습니다.
Burada həm Səməd kimi birinci dəfə məktəbə gələnlər, həm də yuxarı
siniflərdə oxuyanlar vardı.
여기에 새매드와 같이 처음 학교에 온 사람들도, 최고학년에서 공부하는
사람들도 있었습니다.
Uşaqlar ucadan danışır, həyətdə oynaşır, dəhlizdə gəzib söhbət
edirdilər.
아이들은 큰 소리로 대화하고, 정원에서 놀고, 복도에서 돌아다니며 대화하고
있었습니다.
Səməd məktəbdə heç kimi tanımırdı.
새매드는 학교에서 그 누구도 알지 못했습니다.
Buna baxmayaraq, ürəyi sevinclə dolmuşdu.
이에 불구하고, 그의 심장은 기쁨으로 가득찼습니다.
Zəng oldu.
종이 쳤습니다.
Uşaqlar hay-küylə siniflərə doluşmağa başladılar.
아이들은 소란스럽게 교실로 우루루 들어가기 시작했습니다.
Tez hərə özünə bir yer tutdu.
빨리 모두가 자리를 잡았습니다.
Səməd də oturdu.
새매드도 앉았습니다.
Dirsəyini partaya söykədi, çənəsini ovcunun içinə qoyub fikrə
getdi.
팔꿈치를 책상에 기대고, 턱을 손바닥에 놓고 생각에 잠겼습니다.
Ürək döyüntüsü ilə müəllimin gəlməsini, birinci dərsin başlanmasını
gözlədi.
심장은 고동과 함께 선생님이 오는 것을, 첫 번째 수업의 시작을
기다렸습니다.
Bu anda Səmədə elə gəldi ki, dünyada ən xoşbəxt adamdır.
이때 새메드에게 세상에서 가장 행복한 사람이라고 느껴졌습니다.
Birinci dərs!
첫 번째 수업!
Bu dəqiqəni o nə qədər gözləmişdi!
이 시간을 그는 얼마나 기다렸었나요!
Qapı açıldı və ortaboylu bir müəllim içəri girdi.
문이 열렸고, 보통 키의 한 선생님이 안으로 들어왔습니다.
Uşaqların hamısı ayağa durdu.
아이들 모두가 일어났습니다.
Səməd də durdu.
새매드도 일어났습니다.
Ancaq bu, sanki mexaniki bir hərəkət idi.
그러나 이것은 마치 자동적인 한 행동이었습니다.
Çünki onun bütün fikri müəllimdə idi.
왜냐하면 그의 모든 생각은 선생님께 가 있었기 때문이었습니다.
Müəllimin üz-gözü, yerişi, hərəkətləri şəkil kimi hafizəsində həkk olub
qalırdı.
선생님의 얼굴과 눈, 걸음, 움직임들이 사진처럼 기억에서 새겨져가고
있었습니다.
Səmədə elə gəldi ki, hələ indiyə qədər bu qədər xoşsifət, bu qədər
mehriban və gözəl adam görməyib.
새매드에게 아직 지금처럼 이토록 예쁘고, 이처럼 사랑스럽고 아름다운 사람을
본 적이 없다고 와닿았습니다.
Səməd diqqətlə qulaq asırdı.
새매드는 주의깊게 귀를 기울였습니다.
Müəllimin bütün dediklərini başa düşməsə də, onun təmiz və aydın danışığı
qulağını oxşayırdı.
선생님이 말한 모든 것을 이해하지는 못했지만, 그의 깔끔하고 밝은 말은 듣기
좋았습니다.
Hələ heç zaman, heç yerdə belə şirin, belə gözəl sözlər
eşitməmişdi.
그는 여태까지 전혀, 그 어떤 곳에서 이처럼 달콤하고, 이처럼 아름다운
말들을 듣지 못했습니다.
단어
kor 장님, 맹인 ürəyində kök salmaq 마음 속 깊이 자리잡다 xəyal 꿈, 상상,
환상 işıqlı 밝은 həsrət 갈망, 동경 belə ki 왜냐하면, ~한 점을 고려하여
dəhliz 복도 baxmayaraq ~임에도 불구하고 doluşmaq 무리지어 달려가다, 우루루
들어가다 dirsək 팔꿈치 döyüntü 고동, 맥박, 진동 ortaboy 보통 키, 중간 키
ortaboylu 보통 키의 mexaniki 자동적인, 기계적인 hafizə 기억 xoşsifət 예쁜,
아름다운 qulağı oxşamaq 듣기 좋다 həkk olub qalmaq 기억되다, 각인되다
qəlbi oxşamaq 마음에 들다, 좋아하다 qoynunu açmaq 두 팔을 펼치다
댓글 쓰기