Neft daşları
네프트 다슈라르
Bir azdan dənizin ortasında buruqlar görünməyə başladı.
얼마 전부터 바다 한가운데에 탑들이 보이기 시작했습니다.
Yaxınlaşdıqca buruqların yanında dənizin içindən çıxmış qayalıqlar da
nəzərə çarpırdı.
가까이 다가갈 수록 탑들 옆에 있는 바다 속에서부터 나온 낭떠러지들도
보였습니다.
Gülər xala uşaqları başa salırdı:
귈래르 아주머니가 아이들에게 설명했습니다.
- Bura "Neft daşları" deyirlər.
"여기는 '네프트 다슈라르' 라고 해.
On il bundan qabaq burada gördüyünüz qayalıqlardan başqa, heç bir şey yox
idi.
10년 전 여기에는 너희들이 본 절벽들 외에는 아무 것도 없었어.
Gəmilər bu qayalıqların yanından ehtiyatla keçib gedirdilər.
선박들은 이 절벽들 옆에서 주의하며 지나가고 있었어.
Lakin bizim neft axtaran geoloqlarımız burada, dənizin dibində neft
olduğunu kəşf etdilər.
그러나 우리들의 석유 탐사 지리학자들이 여기에, 해저에 석유가 있다는 것을
발견했단다.
O vaxtdan buruqlar salınmağa başlandı.
그때부터 탑들이 들어차기 시작했어.
Adamlar dənizin ortasında fırtınalı havalarda heç bir çətinliyə və
təhlükəyə baxmayıb neft çıxarırlar.
사람들은 바다 한가운데에서 폭풍우가 몰아치는 날씨 속에서 그 어떤 어려움과
공포를 마주보지 않고 석유를 뽑아내고 있단다."
Kater dənizin içərisi ilə bir neçə kilometr uzanan körpüyə yan alanda
Lalə uzaqdan atasını gördü.
선박이 바다 안쪽으로 몇 킬로미터 뻗어 있는 다리에 정박할 때 랄레는 멀리서
아버지를 보았습니다.
O, əlini gözlərinin üstünə qoyub katerə baxırdı.
그는 손을 눈 위에 대고 배를 보고 있었습니다.
Lalə sevinclə çığırdı:
랄레가 기뻐하며 소리쳤습니다.
- Atam bizi gözləyir!
"제 아버지가 우리를 보고 있어요!"
Kater körpüyə yan aldı.
배가 다리에 정박했습니다.
Lalənin atası gülümsəyərək dedi:
랄레의 아버지가 웃으면서 말했습니다.
- Bayaqdan sizin yolunuzu gözləyirik.
"우리들은 조금 전부터 너희들이 오기를 기다리고 있었단아.
Xoş gəlmisiniz!
환영해!"
Onlar körpüdən dənizə salınmış dəmir pilləkənlə yuxarı qalxdılar.
그들은 다리에서 바다로 놓여진 철 사다리로 꼭대기로 올라갔습니다.
Lalə körpünün üstü ilə dəmir yolunun salındığını gördükdə təəccüblə
atasından soruşdu:
랄레는 다리 위에서 철도가 놓여진 것을 보고는 놀라서 아버지께
물어보았습니다.
- Ata, körpünün üstündən qatar da keçir?
"아빠, 다리 위로 기차도 지나가요?"
Atası gülümsəyib dedi:
아버지는 웃으며 말했습니다.
- Bu, körpü deyil, buna estakada deyilir.
"이것은 다리가 아니란다, 이것은 고가 철도라고 해.
Dənizin içərisi ilə uzanan bu yolu görürsənmi?
바다 안쪽으로 뻗어 있는 이 길을 보고 있니?
Bu yol bütün buruqları birləşdirir.
이 길은 모든 탑을 연결하고 있어.
Onun üstü ilə kiçik vaqonlar gedir.
그것 위로 작은 화차들이 가.
İri yük maşınları avadanlıq daşıyır.
큰 화물차들은 장비들을 나르고 있어.
"Küçələr" də salınmışdır.
'도로들'도 놓여져 있단다."
Niyaz təəccüblə soruşdu:
니야즈가 깜짝 놀라며 물어보았습니다.
- Burda küçə də var?
"여기에 도로도 있어요?"
- Bəs necə?
"그렇다면 어떤데?
Hətta küçələrimizdə ikimərtəbəli evlər də var.
심지어는 우리들의 도로들에는 2층집들도 있어.
Yaxşısı budur ki, gedək, öz gözlərinizlə görün.
가자, 너희들 눈으로 보는 것이 좋겠다."
Lalənin atası ilə Gülər xala qabağa düşdü.
랄레의 아바지와 귈레르 아주머니가 먼저 내려갔습니다.
Uşaqlar da onların dalınca estakada ilə getməyə başladılar.
아이들도 그들을 뒤쫓아 고가도로로 가기 시작했습니다.
Bir az getmişdilər ki, bir-birinin yanında tikilmiş ikimərtəbəli evlər
gördülər.
조금 가자, 그들은 양 옆에 지어진 2층집들이 보였습니다.
Niyaz dedi:
니야즈가 말했습니다.
- Küçə başlandı.
"거리가 시작되었어요."
Lalənin atası Niyazın sözünü təsdiq etdi.
랄레의 아버지는 니야즈의 말을 지지했습니다.
- Doğrudur.
"맞단다.
görürsünüzmü dəniz küçələri nə qəşəngdir!
너희들 보고 있니, 바닷길이 얼마나 아름다운지 말이야!
Bu binalarda ümumi yataqxanalar, mağaza, klub və başqa idarələr
yerləşir.
이 건물에는 공동침실들, 가게, 클럽과 그 외 다른 기관들이 있단다."
Onlar evlərin qabağından keçib yenə düz yola çıxdılar.
그들은 집 앞을 지나가서 다시 곧은 길로 들어갔습니다.
Bu yolun sağ və sol tərəfində buruqlar salınmışdı.
이 길의 왼편과 오른편에는 탑들이 들어차 있었습니다.
Lalənin atası onları yeni qazılan bir buruğa apardı.
랄레의 아버지는 그들을 새로 파낸 한 탑으로 데려갔습니다.
- Bu gün dəniz qazmaçıları bu quyunu təhvil verirlər.
"오늘 해양 채굴 기술자들은 이 유정을 넘겨주었어.
Sabahdan neftçıxarma briqadası onu işə salacaq.
내일부터 석유 채유팀이 그것을 개시할 거아.
Dənizdə neft quyusu qazmaq adamlardan qəhrəmanlıq tələb edir...
바다에서 유정을 파는 것은 사람들로부터 영웅적인 행위가 필요해..."
단어
nəzərə çarpmaq 관심을 끌다, 눈에 들어오다 kəşf 발견, 발명 kəşf etmək
발견하다, 발명하다 fırtınalı 폭풍우가 몰아치는, 날씨가 험악한 kater 배,
보트 qatar 기차 estakada 고가철교, 고가도로 vaqon 화물기차, 화차 avadanlıq
장비, 용품 ikimərtəbəli 2층의, 2층 구조의 təsdiq etmək 지지하다, 동의하다
ümumi yataqxana 공동침실, 기숙사 qazmaçı 광부, 채굴 기술자 quyu 우물
təhvil 이양, 양도 təhvil vermək 인계하다, 넘겨주다, 양도하다 neftçıxarma
석유 추출, 석유 채유 briqada 단체, 팀 işə salmaq 개시하다, 착수하다,
작동시키다
댓글 쓰기