Dörd arzu
소원 네 개
Azad qış tətili günlərində Şamaxıya dayısıgilə getmişdi.
아자드는 겨울 방학에 샤마크에 있는 외삼촌댁으로 갔습니다.
Bütün günü uşaqlarla qartopu oynayır, qaradamı düzəldir, xizəklə təpədən
sürüşürdü.
그는 온종일 아이들과 눈싸움을 하고, 눈사람을 만들고, 스키를 타고 언덕에서
내려왔습니다.
O, yanaqları şaxtadan qızarmış, şən halda qaçaraq atasına
yaxınlaşdı:
그는 볼이 추위로 상기되었고, 행복한 상태로 달리며 아버지께
다가갔습니다.
- Ata, qış necə də gözəldir!
"아버지, 겨울은 너무나 아름다워요!
Kaş həmişə qış olaydı!
제발 항상 겨울이었으면!"
- Oğlum, öz arzunu dəftərçənə yazsaydın, yaxşı olardı, - deyə atası cavab
verdi.
"아들아, 네 소원을 작은 공책에 적는다면, 잘 될 거야" 라고 아버지가
대답했습니다.
Azad təəccüblənərək arzusunu dəftərçəyə yazdı.
아자드는 놀라면서 소원을 작은 공책에 적었습니다.
Bahar gəldi.
봄이 왔습니다.
Azadın arzusu ilə atası onu tətildə yenə dayısıgilə apardı.
아자드의 소원과 함께 그의 아버지는 그를 방학때 다시 외삼촌댁으로
데려갔습니다.
Azad bütün günü uşaqlarla yaşıl, güllü-çiçəkli çəmənlikdə kəpənəklərin
dalınca qaçırdı.
아자드는 온종일 아이들과 초록빛, 꽃이 있는 풀밭에서 나비들 뒤를
쫓아갔습니다.
Uşaq sevincək halda öz hislərini atası ilə bölüşdü:
아이는 기쁜 상태로 자신의 감정들을 아버지와 함께 나누었습니다.
- Mən istəyirəm ki, həmişə bahar olsun.
"저는 항상 봄이기를 원해요."
Dəftəri cırıb tulladı.
그는 그의 공책을 찢어 내동댕이쳤습니다.
Atası onun bu arzusunu yenə dəftərçəsinə yazdırdı.
아버지는 그의 이 소원을 또 작은 공책에 적게 시켰습니다.
Azad yayda yenə ailəsi ilə Şamaxıya getmişdi.
아자드는 여름에 또 가조고가 함께 샤마흐로 갔습니다.
Bütün günü şənlənir, günəşin parlaq şüaları altında qızınır, istirahət
edirdi.
온종일 웃고 떠들고 놀았고, 태양의 반짝이는 햇살 아래에서 볕을 쬐고,
쉬었습니다.
Bir gün o yenə atasına dedi:
어느날 그는 또 아버지께 말했습니다.
- Mən heç belə şənlənməmişdim.
"저는 이토록 웃고 떠들며 논 적이 없어요.
Doğrudan da, yay fəsli lap gözəldir.
정말로 여름은 너무나 아름다워요."
Azadın bu arzusu da dəftərçəyə yazıldı.
아자드의 이 희망도 작은 공책에 적혔습니다.
Payız gəldi.
가을이 왔습니다.
Azad payızın gözəlliklərini, təbiətin əlvan rənglərini görərək atasına
dedi:
아자드는 가을의 아름다움을, 자연의 다양한 색들을 보면서 아버지께
말했습니다.
"Payız ki fəsillərin ən gözəli imiş!"
"가을이야말로 계절 가운데 가장 아름다웠어요!"
Bu zaman atası dəftərçəni çıxarıb oğluna göstərdi.
이때 아버지는 작은 공책을 꺼내서 아들에게 보여주었습니다.
Azad gördü ki, o hər fəsil üçün eyni tərifli sözlər demişdir.
아자드는 그가 모든 계절을 위해서 똑같이 찬미하는 말을 말했던 것을
보았습니다.
단어
qaradamı 눈사람 xizək 스키 qızınmaq günəşdə 볕을 쬐다, 햇볕으로 몸을
녹이다 qızınmaq 햇볕을 쬐다 tərifli 찬미하는, 찬송하는, 칭찬하는
댓글 쓰기